Azerbaycan Reqs Havalari Kitab - Wikipedia
Azərbaycan_rəqs_havaları_(kitab) - Haqqında Məlumat
Azərbaycan Rəqs Havaları (rus. Азербайджанские Танцевальные Мелодии)- Azərbaycan-sovet bəstəkarı Səid Rüstəmovun 1937-ci ildə nəşr etdirdiyi xalq rəqs melodiyalarını nota köçürdüyü toplu və ya kitab. Kitabda 30 ədəd xalq rəqsləri yer alır.
Azərbaycan rəqs havaları | |
---|---|
Azərbajçan Rəqs Havalarъ | |
Müəllif | Səid Rüstəmov |
Janr | Musiqi |
Mövzu | Rəqslər |
Orijinalın dili | Azərbaycanca, rusca |
Ölkələr | Azərbaycan SSR, SSRİ |
Orijinalın nəşr ili | 1937 |
Rəssam | S. Valasova |
Nəşriyyat | Azərnəşr Musiqi Sektoru |
Səhifə | 28 |
Yaranma tarixi
redaktə1930-cu illərdə Səid Rüstəmov başqa folklor nümunələri ilə yanaşı, xalq rəqs melodiyalarını da nota köçürməklə məşğul olmuş və 1937-ci ildə "Azərbaycan xalq rəqsləri" toplusunu nəşr etdirmişdir. SSRİ dövrü olmasına baxmayaraq kitabın ilk səhifəsində musiqişünas Viktor Belyayev yazır:
Səjid Rystamovun jazmъş olduqu haman 30 tyrk milli rəqs melodijalarъ məçmuəsi hər şeydən əvvəl musiqi-etnoqrafik materialъ və rəqs musiqi sahəsində tyrk xalq jaradъçъlъqъ nymunələri məçmuəsi kibi Azərnəşrin musiqi seqtoru tərəfindən nəşr edilir.[a] |
Kitabda yer alan rəqslər
redaktə№ | Rəqsin adı | İlk nəşrdə | Tempi |
---|---|---|---|
1 | Lalə | Lalə | Allegretto |
2 | Qızıl gül | Qъzъl gyl | Allegro |
3 | İnnabı | Innaвъ | Allegretto |
4 | Qıt-qılıda | Qъt-qъlъda | Allegretto |
5 | Uzun dərə | Uzun dərə | Moderato |
6 | Vağzalı | Vaqzalъ | Allegro |
7 | Darçını | Darcъnъ | Moderato |
8 | Keçi məməsi | Keci məməsi | Allegro |
9 | Tərəkəmə | Tərəkəmə | Allegretto |
10 | Şüşənnik | Şyşənnik | Allegretto |
11 | Azərbaycan | Azərвajçan | Allegretto |
12 | Yüz bir | Jyz-вir | Moderato |
13 | Novruzu | Noruzu | Moderato |
14 | Qəşəngi | Qəşəngi | Grasiozo |
15 | Altı nömrə | Altъ nөmrə | Moderato |
16 | Turacı | Turaçъ | Moderato |
17 | İranı | Iranъ | Moderato |
18 | Bağdaduru | Baqdaduru | Allergo |
19 | Ceyranı | Çeyranъ | Allergo |
20 | Şalaxo | Şələxo | Allergo |
21 | Cıq-cıqa | Çъq-çъqa | Allegro |
22 | Brilyant | Brilljant | Allegro |
23 | Qazağı | Qazaqъ | Allegro con brio |
24 | On dört | On dөrt | Allegro |
25 | Xala bacı | Xala вaçъ | Allegro |
26 | Narıncı | Narъnçъ | Allegro |
27 | Gülgəz | Gylgəz | Allegretto |
28 | Ulduz | Jъldъz | Allegretto |
29 | Qars | Qars | Allegro |
30 | Bəxtəvəri | Bəxtəvəri | Allegro |
Qeydlər
redaktə- ↑ İlk nəşr əlifbası ilə.
Mənbə
redaktə- Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası