Azerbaycan Miniaturleri Film 1971 - Wikipedia
Azərbaycan miniatürləri qısametrajlı sənədli filmi rejissor Musa Bağırov tərəfindən 1971-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Elmi-kütləvi film ən yaxşı nümunələri dünya sənəti xəzinəsinə daxil olan XIV-XVII əsrlər Azərbaycan miniatürü, bu sənətin inkişafı və təşəkkülü tarixi haqqındadır.
Azərbaycan miniatürləri | |
---|---|
Janr |
sənədli qısametrajlı |
Rejissor | Musa Bağırov |
Ssenari müəllifi | Oqtay Orucov |
Operator | N. Setxanyan |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1971 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | Azərbaycan SSR |
İl | 1971 |
Texniki məlumatlar |
1 hissə 273 metr |
Rəng | rəngli |
Məzmun
redaktəElmi-kütləvi film ən yaxşı nümunələri dünya sənəti xəzinəsinə daxil olan XIV-XVII əsrlər Azərbaycan miniatürü, bu sənətin inkişafı və təşəkkülü tarixi haqqındadır.[1]
Filmdə görkəmli miniatürçü rəssamlar Sultan Məhəmməd, Ağa Mirək, Behzat və başqaları haqqında söhbət gedir. Filmdə bizə qədim əlyazmalar göstərilir. Bu əlyazmaların səhifələrində rəssamlar tərəfindən böyük ustalıqla çoxlu miniatürlər çəkilmişdir.[1]
Müxtəlif miniatür məktəblərinin (Təbriz, İsfahan, Qəzvin, Hindistan) işləri nümayiş etdirilərək filmdə bunların fərqləndirici cəhətləri də göstərilmişdir.[1]
Filmin üzərində işləyənlər
redaktəSsenari müəllifi: Oqtay Orucov
Rejissor: Musa Bağırov
Operator: N. Setxanyan
İstinadlar
redaktəMənbə
redaktəAzərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Həmçinin bax
redaktəAzərbaycan filmlərinin siyahısı
1971-ci ilin Azərbaycan filmləri
1970-ci illər Azərbaycan filmlərinin siyahısı