Azerbaycan Elmler Akademiyasinin Memarliq Ve Incesenet Institutu - Wikipedia
Azərbaycan_Elmlər_Akademiyasının_Memarlıq_və_İncəsənət_İnstitutu - Haqqında Məlumat
Memarlıq və İncəsənət İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Direktor - Sənətşünaslıq üzrə elmlər doktoru, professor Ərtegin Əbdülvahab oğlu Salamzadə.
AMEA Memarlıq və İncəsənət İnstitutu | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Tipi | elmi-tədqiqat institutu |
Yaradılıb | 1945 |
Əvvəlki adı | Azərbaycan İncəsənət Tarixi İnstitutu |
Digər məlumatlar | |
Direktor | Ərtegin Əbdülvahab oğlu Salamzadə |
Ünvan | AZ1073, Bakı ş., H.Cavid pr., 115 |
Telefon | (+994 12) 5393494 |
Sayt | mii.az |
Tarixi
redaktəİnstitut 1945-ci ildə böyük Azərbaycan bəstəkarı, akademik Üzeyir Hacıbəyov tərəfindən yaradılıb və ilk dövrlər Azərbaycan İncəsənət Tarixi İnstitutu adlanırdı. 1948-ci ildən 40 il ərzində İnstituta məşhur memar, akademik Mikayıl Hüseynov rəhbərlik edib.
Fəaliyyət istiqamətləri
redaktəQədim dövrdən müasir dövrə kimi Azərbaycan memarlığı, incəsənəti, tarixi və nəzəriyyəsinin tədqiqi
Struktur bölmələri
redaktə- Teatr, kino və televiziya şöbəsi
- Azərbaycan musiqi tarixi və nəzəriyyəsi
- İncəsənətin qarşılıqlı əlaqələri
- Memarliq abidələrinin qorunması və bərpası problemləri
- Şəhərsalma şöbəsi
- Muğamşünaslıq
- Qafqaz Albaniyasının Memarlıq və İncəsənəti şöbəsi
- Memarlıq, şəhərsalma tarixi və nəzəriyyəsi şöbəsi
- Kulturologiya və incəsənətin nəzəriyyəsi şöbəsi
- Təsviri, dekorativ-tətbiqi sənətlər və heraldika şöbəsi
- Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi şöbəsi
- İctimaiyyətlə əlaqələr şöbəsi
- Təhsil şöbəsi
Mənbə
redaktə- Memarlıq və İncəsənət İnstitutu Arxivləşdirilib 2008-04-10 at the Wayback Machine