Azerbaycani Tedqiq Ve Tetebbo Cemiyyeti - Wikipedia
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti (ATTC; Азәрбајҹаны Тәдгиг вә Тәтәббө Ҹәмијјәти) — Azərbaycanın təbii sərvətlərini, iqtisadiyyatını, tarixini, fəlsəfəsini, incəsənəti və s. öyrənən elmi mərkəz.
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılıb | 2 noyabr 1923 |
Bağlanıb | 1929 |
Tarixi
redaktəAzərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti (ATTC) 1923-cü ildə Nəriman Nərimanovun təşəbbüsü ilə yaradılmış, 1929-cu ilədək fəaliyyət göstərmişdir. 1925-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin tabeliyində verilmişdir. Respublika ərazisini planlı və hərtərəfli tədqiq etmək üçün Naxçıvan MSSR (Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyəti), DQMV və qəza mərkəzlərində cəmiyyətin şöbələri yaradılmışdır. Leninqradda ATTC tarix bölməsinin xüsusi şöbəsi var idi. Cəmiyyətin işində Səməd ağa Ağamalıoğlu, Tağı Şahbazi Simurğ, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Bəkir Çobanzadə, İvan Meşaninov və başqaları yaxından iştirak etmişlər. 1925–1929-cu illərdə ATTC-nin "Xəbərləri" nəşr olunmuşdur.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Азәрбајҹаны Тәдгиг вә Тәтәббө Ҹәмијјәти // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 179.