Aysenur Islam - Wikipedia
Ayşənur İslam (16 yanvar 1958, Üsküdar, İstanbul ili) — türk siyasətçisi və müəllimi.
Ayşənur İslam | |
---|---|
türk. Ayşenur İslam | |
Ailə və Sosial Siyasət naziri | |
7 aprel 2014 – 28 avqust 2015 | |
Baş nazir | Rəcəb Tayyib Ərdoğan Əhməd Davudoğlu |
Seçki dairəsi | Sakarya (2011-iyun 2015) |
Əvvəlki | Fatma Şahin |
Sonrakı | Ayşən Gürcan |
12 iyun 2011 – 1 noyabr 2013 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 yanvar 1958 (66 yaş) |
Doğum yeri | |
Milliyyəti | türk |
Vətəndaşlığı | Türkiyə |
Partiya | Ədalət və İnkişaf Partiyası |
Təhsili |
Ankara Universiteti Qazi Universiteti |
İxtisası | kimya mühəndisliyi |
Fəaliyyəti | siyasətçi, universitet müəllimi[d], yazıçı |
Həyat yoldaşı | Bahadır İslam |
Uşağı | 1 |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
25 dekabr 2013-cü ildə Ərdoğanın üçüncü kabinetində Ailə və Sosial Siyasət naziri vəzifəsinə təyin edilib və 28 avqust 2015-ci ilə qədər bu vəzifədə çalışıb.
Həyatı
redaktəAyşənur İslam 16 yanvar 1958-ci ildə İstanbulun Üsküdar səmtində Mehmet İslam və Cahidə İslamın ailəsində anadan olub. O, Ankara Universitetində türk ədəbiyyatı təhsili alıb və həmin universitetdə magistr dərəcəsinə də yiyələnib. Qazi Universitetindən isə fəlsəfə doktoru dərəcəsini almışdır.[1][2][3]
Ayşənur Yılmaz 2005-ci ildə dosent elmi adına yiyələnib. İslam Ankara Universiteti, Kırıkkale Universiteti və Başkənd Universitetində pedaqoq kimi çalışıb.[1][3] On kitabın və 40-a yaxın nəşrin müəllifidir.[2]
O, Ədalət və İnkişaf Partiyasından keçmiş millət vəkili Mərvə Kavakçının da qayınatası olan Nadir Lətif İslamın gəlinidir. Həyat yoldaşı Bahadır İslam həkimdir, yardım təşkilatlarında könüllü işləyir. O, 2010-cu ildə Qəzzə bölgəsinə humanitar yardım aparan gəmilərə hücum basqınında iştirak edən MV Mavi Mərmərə gəmisində olub.[4]
Siyasi karyerası
redaktəAyşənur İslam hakim Ədalət və İnkişaf Partiyası (AKP) vasitəsilə siyasətə qədəm qoyub, 2011-ci ildə keçirilən ümumi seçkidə Sakarya vilayətindən millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisinə seçilib.[4]
26 dekabr 2013-cü ildə Türkiyədə, 2013-cü il korrupsiya qalmaqalından sonra bir gün əvvəl, dekabrın 25-də açıqlanan on yeni adla Ərdoğanın kabinet dəyişikliyi zamanı Fatma Şahinin yerinə Ailə və Sosial Siyasət naziri vəzifəsinə başladı.[5][6] [7] [8]
Onun kabinetə daxil olmasında prezident Abdullah Gülün də rolu olduğu bildirilib. O, dövlət qulluqçusu olduğu müddətdə prezidentin baş katibi Mustafa İsenlə birgə çalışıb. O, sosial siyasətdə də çox bacarıqlıdır.[6]
İstinadlar
redaktə- ↑ 1 2 3 "İşte yeni bakanların özgeçmişi". Radikal (Turkish). 26 December 2013. 1 October 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 December 2013.
- ↑ 1 2 "Ayşenur İslam" (Turkish). Grand National Assembly of Turkey. 17 April 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 December 2013.
- ↑ 1 2 3 "Ass. Prof. Dr. Ayşenur İslam named Minister of Family and Social Policies". Aile ve Soyal Politikalar Bakanlığı. 26 dekabr 2013. 1 fevral 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2014.
- ↑ 1 2 3 "Ayşenur İslam'ın eşi bakın kim çıktı?". Milliyet (Turkish). 26 December 2012. 27 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 December 2013.
- ↑ "Üç bakan istifa etti". Hürriyet (Turkish). 25 December 2013. 24 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 December 2013.
- ↑ 1 2 Yılmazi Turan & Esra Kaya. "Kabinede 10 değişiklik". Hürriyet (Turkish). 26 December 2013. 24 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 December 2013.
- ↑ "PM Erdoğan announces new Cabinet with 10 changes amid graft probe". Hürriyet Daily News. 2013-12-25. 2016-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-30.
- ↑ "PM Erdoğan announces 10 new names in major Cabinet reshuffle". Today's Zaman. 2013-12-25. 2014-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-30.