Avropa Xalq Partiyasi - Wikipedia
Avropa Xalq Partiyası (ing. EPP) — ümumavropa məkanında böyük nüfuza malik partiyadır və müasir Avropa dəyərlərinin formalaşmasında aparıcı rol oynayır. EPP deputatlar qrupunun mövqeyi Avropanın əsas beynəlxalq təşkilatlarında, o cümlədən Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT və NATO Parlament Assambleyalarında hər hansı məsələ ilə bağlı qərarların qəbul edilməsi zamanı həlledici rol oynaya bilir.
Avropa Xalq Partiyası | |
---|---|
Quruluş tarixi | 8 iyul 1976 |
Baş qərargah | |
İdeologiya | Liberal konservatizm, neoliberalizm, Avropaya meyllik |
İdeoloji spektr | mərkəz sağ[3] |
Üzvlüyü |
|
Saytı | epp.eu |
Vikianbarda əlaqəli mediafayllar |
39 Avropa ölkəsindən 72 üzvü olan partiya qitənin 20 ölkəsinin, o cümlədən Avropa İttifaqına üzv 14 ölkənin və Avropa İttifaqına üzv olmayan 6 ölkənin hökumət başçılarını təmsil edir. 14 Avropa Komissarı, o cümlədən Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo EPP-nin üzvləridir. Hazırda Avropa Parlamentinin ən böyük qrupu EPP qrupudur və 265 deputata malikdir. Avropa Şurası Parlament Assambleyasında 218 üzvü vardır. EPP ATƏT və NATO Parlament Assambleyalarında geniş siyasi qruplarla təmsil olunur.
EPP demokratik prinsiplərə əsaslanan sağ mərkəzçi siyasi partiyadır. Məqsədi demokratiklik, şəffaflıq və effektivlik prinsiplərilə federal Avropa quruculuğuna nail olmaqdır. EPP hesab edir ki, Avropa qitənin bütün ölkə və regionlarının azad vətəndaşlarını birləşdirməlidir, yəni "Avropa hamı üçündür". Partiyanın istəyi çiçəklənən və dinc gələcəyə malik Avropa qurmaqdır.