Avranlo Qalasi - Wikipedia
Avranlo qalası (gürc. ავრანლოს ციხე) — Gürcüstanın cənubundakı Kvemo-Kartli (Aşağı Kartli) diyarının (mxare) Tsalka bələdiyyəsindəki meqalit tikili.
Avranlo qalası
ავრანლოს ციხე | |
Ölkə | Gürcüstan |
Yerləşməsi | Tsalka bələdiyyəsi, Kvemo-Kartli |
Binanın tipi | siklop tikili |
Tikilmə tarixi | e.ə.I minilliyin son rübü |
Quru hörgü texnologiyası ilə tikilmiş siklop tikili eyniadlı kənddən 0,5 km şimal-qərbdə, Anaxatır çayının sol sahilində, dəniz səviyyəsindən 1640 m yüksəklikdə yerləşir. Tikili e.ə.I minilliyin son rübünə aiddir.[1][2]
Təsviri
redaktəAvranlo qalası çay dərəsinin üstündəki üç səviyyəli terraslardan ibarət meqalitik kompleksdir. Dağın ətəyindəki ən aşağı yarusun uzunluğu təqribən 80 m, hündürlüyü bəzi yerlərdə 3 m olan yarımdairəvi divardan ibarətdir. Uzunluğu 2,2 m, eni 1,8 m olan monolitlə örtülmüş hündürlüyü 1,9 m, eni 1,75 m olan bir darvazası var. Ətrafına iri daşlar səpələnib. Bu divarla dağ arasında kiçik bir orta əsr pravoslav kilsəsi və onun yaxınlığında bir neçə mağara var ki, bunlar da birlikdə Abibos monastırı adlanır.[1][2] Kilsə bu yaxınlarda bərpa edilmişdir. Şimal tərəfdən isə mağara ilə birləşir. Qalanın daxili hissəsində yaşayış evlərinin xarabalıqları var. Onun şimal-qərb divarının künclərində və mərkəzdə kəskin şəkildə əyilmiş dayaq sütunu vardır. Şimal-şərq divarının aşağı hissəsində daha bir dayaq sütunu qorunub saxlanılıb. İkinci terrasda bina qalıqlarını görmək olar. Çayın sahilində, uçurumun sıldırım ətəyində, birinci terrasda ayrıca hasar çəkilib, onun içərisində orta əsrlərdə kilsə inşa olunub.
Qalanın ikinci və üçüncü pillələri böyük qayalar, quru daş hörgü və qeyri-adi tikinti üsulu ilə səciyyələnən həqiqi "siklopik" strukturlardır. Qalanın üçüncü, ən yuxarı, hündür pilləsi, dağın başında yerləşir. Uzunluğu 25 m, eni 18 m olan düzbucaqlı plana malikdir. Divarlarının qalınlığı isə 3-4 m-dir. Konstruksiyanın xeyli hissəsi zədələnmiş, bir çox hissələri də dağılmışdır. Meqalit qalasından şimaldakı ərazilərdə aparılan arxeoloji qazıntılar 2006-cı ildə Kür-Araz mədəniyyətinə aid yaşayış məskənini və e.ə.XII-XI əsrlərə aid nekropolu aşkar etməyə imkan verib.[1][2] Burada xeyli sayda müxtəlif dövrlərə aid keramika nümunələri fraqmentləri aşkar olunub. Avranlo kompleksinin ətrafında da son Tunc dövrü-erkən Dəmir dövrünə aid saray aşkar edilib. Demək olar ki, Kür-Araz mədəniyyəti dövrünə aid istehkam kompleksi və ona bitişik ərazisi e.ə.II minilliyin sonuna qədər intensiv inkişaf etmişdir.
Avranlo qalası 2007-ci ildə Gürcüstanın Milli Əhəmiyyətli Daşınmaz Mədəni abidələri siyahısına daxil edilib.[3] 2019-cu ilin sentyabrında Abuli, Şaori, Avranlo və Sameba qalaları da daxil olmaqla, ölkənin meqalit komplekslərinin daha da öyrənilməsi və qorunması üçün çoxillik arxeoloji tədqiqat layihəsinə başlanılıb.[4]
İstinadlar
redaktə- ↑ 1 2 3 "ავრანლოს (თეზი) ციკლოპური ციხე" (gürcü). კულტურული მემკვიდრეობის გის პორტალი [GIS-portal of Cultural Heritage of Georgia]. 2019-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-31.
- ↑ 1 2 3 Narimanishvili, Goderdzi; Amiranashvili, Juansher; Kvachadze, Marine; Shanshashvili, Nino. Archaeological sites at Avranlo // Rescue archaeology in Georgia: The Baku-Tblisi-Ceyhan and South Caucasian pipelines (PDF). Tbilisi: Georgian National Museum. Gamkrelidze, Gela; Vickers, Michael. 2010. 381–409. ISBN 978-99940-980-4-0.
- ↑ "List of Immovable Cultural Monuments" (PDF) (gürcü). National Agency for Cultural Heritage Preservation of Georgia. 2019-05-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-07-03.
- ↑ Peikrishvili, Tako. "აბულისა და შაორის ციკლოპურ ნაგებობებს არქეოლოგები შეისწავლიან". samkhretis karibche (gürcü). 2019-09-05. İstifadə tarixi: 2019-09-05.
Ədəbiyyat
redaktə- ლ. მელიქსეთ -ბეგი, მეგალითური კულტურა საქართველოში, თბ. 1938