Avey Monastiri - Wikipedia
Avey monastırı və ya Ay məbədi — Qazax rayonunun Daş Salahlı kəndi ərazisində Aveydağ silsiləsinin ən yüksək zirvəsində yerləşən Alban məbəd kompleksi. Kompleks Avey dağının zirvəsində, dəniz səviyyəsindən 922 metr, dağ ətəyindən isə 420 metr yüksəklikdə yerləşir.[1] Tikili Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.[2]
Avey monastırı | |
---|---|
Müqəddəs Sarqis monastırı | |
41°08′29″ şm. e. 45°15′58″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Qazax |
Yerləşir | Daş Salahlı |
Aidiyyatı |
Alban Həvari Kilsəsi Erməni Qriqorian Kilsəsi |
Əsas tarixlər |
V əsr təməli qoyulub X-XI əsrlər hazırkı kilsə binası inşa edilib 1230 - Hovannes Tavuşetsi monastıra köçmüşdür 1851 - monastırda əsaslı yenidənqurma işləri aparılmışdır |
İstinad nöm. | 283 |
Kateqoriya | Məbəd |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Məbəd kompleksinə iki kilsə, sovməə, qala divarları və bir neçə köməkçi tikililər daxildir. Kompleksin şimal tərəfindən yerləşən kilsə planda düzbucaqlı formaya malik olmaqla, yarımdairəvi tağ-tavanla örtülmüşdür. Cənub tərəfdə yerləşən günbəzli kilsə xaricdən düzbucaqlı, daxildən isə xaçvari plana malikdir.
Tarixi
redaktəMəbəd erkən xristianlıq dövrünə (V-VII əsrlər) aid edilsə də, memarlıq üslübuna görə əsasən, Roma və ellinizm mədəni abidələrini xatırladır. Belə bir iddia var ki, məbəd yunan mifologiyasında Ay ilahəsi Selenanın şərəfinə inşa edilib. Görkəmli tarixçi Qiyasəddin Qeybullayevin fikrincə, "Avey" sözü "Ay evi" mənasını verir ki, bu da Selenaya həsr olunması versiyasını gücləndirir.
Bir digər versiyaya görə, bura ov yeri olub. Məbədin həyətində qəbirlər aşkar edilib. Sinə daşları albanlara xas üslubda naxışlanıb. Daşların birinin üzərində lotos gülü və onun yuxarısında günəş simvolu təsvir olunub.
Bir çox erməni mənbələrində buranın guya müqəddəs Sargisin şərəfinə tikildiyi iddia olunur. Lakin xalqa açıq ibadət yerinin belə bir yerdə, sıldırımlı qayaların üstündə tikilməsi versiyası ağlabatan deyil. Sovetlər dönəmində məbədin iç divarlarında erməni xaçları və qrabarda (qədim erməni dili) yazılmış mətnlər olan plitələr yapışdırılıb.
Memarlıq xüsusiyyətləri
redaktəMəbəd kompleksinə iki kilsə, sovməə, qala divarları və bir neçə köməkçi tikililər daxildir.[3] Kompleksin şimal tərəfindən yerləşən kilsə planda düzbucaqlı formaya malik olmaqla, yarımdairəvi tağ-tavanla örtülmüşdür.[3] İbadət zalı demək olar ki, kvadrat formasına malikdir, kiçik bemə malik altar apsidası isə planda yarımdairəvi formaya malikdir.[4]
Cənub tərəfdə yerləşən günbəzli kilsə 4.90x5.80 m ölçülərə, xaricdən düzbucaqlı, daxildən isə xaçvari plana malikdir. Xaçın qolları arasında ən uzun ölçüyə malik olan şərq qolu yarımdairəvi sonluğa, digər üç qol isə düzbucaqlı sonluğa malikdir. Planda oval formaya malik olan günbəz (2.7x2x2 m) yarımdairəvi tağların formalaşdırdığı düzbucaqlı üzərində dayanır.[3] Kilsənin daxili plan kompozisiyası, xaçvari plana malik olan Qəbizdərə kilsəsini xatırladır.[3] Xarici fəza həcminə görə isə kilsə günbəzli zal kilsələri ilə yaxınlıq təşkil edir.[3]
Hər iki kilsə iki pilləli binə üzərində və inşa xüsusiyyətlərindən bəlli olduğu kimi ardıcıllıqla inşa edilmişdir.[3] Bunu göstərən əsas amillərdən biri şərq divarında hörgü sıralarının fərqli hündürlüklərə malik olmasıdır.[3]
İstinadlar
redaktə- ↑ Анохин Г. И. Малый Кавказ. — М.: Физкультура и спорт, 1981. — 191 с.
От узловой вершины 1680 м по тропе на лесном водоразделе на северо-восток 4 км до высшей точки Мисхана (1538 м), 4 км до вершины 1424 м, 3 км на восток через лесную поляну, протянувшуюся поперек хребта, до вершины Эльяк (1361 м) на опушке леса, 5 км вдоль опушки леса до вершины Воскеван (1240 м), 9 км на северо-восток до конца леса. Далее только по травянистому водоразделу: на юго-восток 5 км до вершины Сурбсаркис («Святой Саркис» или Гаг, 924 м) с храмом на ней, на север 8 км до вершины Малачал (544 м) и 2 км до восточной окраины сел. Алибайрамлы, откуда на восток по дороге 7 км до пос. Юхарысалахлы, через который идет автострада Кировабад—Тбилиси. Общая протяженность маршрута от вершины 1680 м до пос. Юхарысалахлы 47 км.
- ↑ "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2 avqust 2001. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 iyul 2020.
- ↑ 1 2 3 4 5 6 7 Мамедова, 2004. səh. 98
- ↑ Ахундов, Д. А. Архитектура древнего и раннесредневекогого Азербайджана. Баку: Азерб. Государств.изв.-во. 1986. 214.
Ədəbiyyat
redaktə- Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
- Ахундов, Д. А. Архитектура древнего и раннесредневекогого Азербайджана. Баку: Азерб. Государств.изв.-во. 1986.
- "Tarixi abidələrdə yaşayan tariximiz". Bakı, 2017