Avatar Korra Haqqinda Efsane - Wikipedia
Korra əfsanəsi (ing. The Legend of Korra) — ABŞ-də anime elementləri ilə istehsal olunan cizgi serial. Avatar: Aanq haqqında əfsanə cizgi serialının davamı. 2012-ci ilin aprelin 14-ündə Nickelodeon kanalında yayımlanmağa başladı.
Korra əfsanəsi | |
---|---|
ing. The Legend of Korra | |
Janr | dram teleserialı[d] |
Yaradıcı | Maykl Dante DiMartino, Brayan Konietzko |
Rolları səsləndirənlər | C. K. Simmons[d], Henri Rolins, Zelda Uilyams, Stiven Yon |
Studiya | Nickelodeon Animation Studios[d] |
Ölkə | |
Dil | ingilis dili |
Mövsümlərin sayı | 4 |
Seriyaların sayı | 52 |
Seriyanın müddəti | 24 dəq. |
Telekanal | Nickelodeon |
Əvvəlki seriya | Avatar: Aanq haqqında əfsanə |
Sonrakı seriya | Avatar: Korra haqqında əfsanə (komikslər) |
IMDb | ID1695360 |
Süjet
redaktəBraun Conson, Nickelodeon prezidentı:
Maykl və Brayan "Aanq haqqında əfsanə" tərəfdən ilhamlanan tamamilə yeni taleyi yazdılar. Yeni Avatar - müxtəlif xarakterli, inpulsiv, müstəqil və dünyanı məzlum etməyə hazır qız, tamamilə Aanqın əksi |
Yüz illik müharibədən sonra 70 il keçib. Korra — Cənub Su tayfasında doğulan su maqı yeni Avatardır.O artıq yer və od magiyalarının incəsənətini öyrənib.Öyrənəcəyi son elementin incəsənəti qalmışdır-hava magiyasının incəsənəti. Ona Aanq ilə Kataranın oğlu Tenzin kömək edə bilər.
Personajlar
redaktə- Avatar Korra — Cənub su tayfasında doğulmuşdur. Qızdır. İsyankar və cəsur biridir. Su, hava və yer magiyalarının incəsənətində ustalaşmışdır. Geriyə sadəcə hava mahiyasını öyrənmək qalmışdır. Özünə hava magiyasını öyrədəcək birini tapmaq üçün Avatar dünyasının mərkəzi olan Respublikan şəhərinə gedir. Şəhəri yavaş-yavaş tanıdıqca bu şəhərin heç də göründüyü kimi olmadığını görür. Elementləri bükənlərə düşmanca yanaşıldığını və magiyanın bu şəkərdə öldürmək üçün olduğunun fərqinə varır. Korra bir tərəfdən şəhərdəki cinayətkarlarla dalaşarkən, bir tərəfdən də Aanqın oğlu Tenzin tərəfindən hava bükməyi öyrənər.
- Tenzin — Avatar Aanq və Kataranın oğludur. Respublikan şəhərində yaşayır. Hava magiyasını bilir.
- Cınora — hava maqı, Tenzinın böyük qızı.
- İkki — hava maqı, Tenzinın balaca qızı, Cınoranın bacısı.
- Milo — Tenzinın ən balaca uşaqı, və tək oğlu. Bacıları kimi hava maqıdır.
- Pemo — Tenzinın həyat yoldaşı, Cinora, İkki və Milonun anası.
- Mako — od maqı, Korraya kömək edir.
- Bolin — yer maqı, Makonun qardaşı. Moko ilə "Avatar komandasıda".
Respublika şəhəri
redaktəRespublika şəhəri — Sular və dağlarla əhatəli bir şəhərdir. Keçmişdəki və indiki şəhərlərdən götürülərək qurulmuşdur. Təxminən bir ada ya da bir yarım ada üzərində ola bilər. Burada hər elementdən insan yaşamaqdadır. Amma şəhərdə bəzi qarışıqlıqlar vardır. Cinayətkar miqdarı yuxarıdır və magiyaya əks olan insanlar üsyanlar çıxartmaqdadır. Korra isə yayılmış cinayətlərlə və magiyaya əks insanların üsyanları ilə məşğul olmalıdır.
Avatar
redaktəAvatar (ing. Avatar) "Avatar: Aanq haqqında əfsanə" serialında — insanda dörd elementin təcəssümü vardır. Avatar öləndə o avatar dövrünə görə növbəti tayfasında doğulur.
Avatar dövrü:
- Su tayfası
- Yer krallığı
- Od milləti
- Hava köçləri
Serialda avatarı təcəssüm edən Aanqdır (axırıncı hava maqı).
Avatarın rolu
redaktə- Dörd millət arasında sülh yaratmaq. Müharibənin qarşısını almaq.
- Yaşayanların və ruhların dünyaları arasında birləşdirici bənd olmaq. O, dalğınlıq zamanı ruhların dünyasına keçə bilir və orada onlarnan danışa bilir (məsələn kömək və ya məsləhət istəsə).
Avatar halı
redaktəAvatar Roku (Avatar: Aanq haqqında əfsanə, Kitab iki: Yer, birinci fəsil: Avatar halı):
Avatar halı - indiki Avatara keçmiş Avatarların bilgiləri və bacarıqları vermək üçün qoruyucu mexanızmdir. Avatardan gələn işıq - bir bədəndə cəmləşmiş onun keçmiş təcəssümlərin enerjisinin əksidir. Avatar ruhunu çağırığdan sonra o daha güclü, lakin daha həssas da olur. Avatar bu halda ölsə, reinkarnasiya dairəsi kəsiləcək və o öz mövcudluğu qurtaracaq |
Avatar halı — Avatarın qısa vaxtla xüsusi hala qirməsi. Avatar halında bütün keçmiş təcəssümlərin gücü onun içində birləşir. Bu halda Avatar çox güclüdür və o elementləri bilinçaltı səviyyəsində nəzarət alır. O cümlədə Avatar halda o bizim dünyasına ruhları çağırmaqa və onların gücü balansı məhv etmək istəyənləri qarşına istifadə edə bilir.
Avatar Avatar hala hər hansı emotsional sarsıntılar vaxtı keçə bilər: qorxu, hirs, dərd və bu vaxt idarəolunmayan olur. Bu halı və ona keçməyi kontrol etmək üçün Avatar bir neçə özünüdərketmə və özünütəmizləmə mərhələri keçməlidir. O öz təcrübələri, qorxuları, şübələri, emotsiyaları, ehtirasları, onun içərdəki harmoniyana təsiredə bilən hərşeyi rədd etməlidir. Avatar halı Avatar ideyanın kvintessensiyasıdır, çünki bu vaxt Avatarda onun bütün keçmiş təcəssümlərin bilgiləri və bacarıqları birləşir. Avatar halında Avatarın indiki təcəssümü onun keçmiş təcəssümlərə dönməyə bilir (Məsələn Aanq Avatar Roku məbəddə onnan danışanda Rokuya, Avatar Kioşının geyimi geyib isə Kioşına dönüb).
Avatar halda Avatar çox güclü olduğuna baxmayaraq, eyni vaxt bu hal — onun ən böyük zəifliyidir. Avatar Avatar halda ölsə, Avatar dövrü bitəcək, və daha yeni Avatar olmayacaq. Avatar hərzamankı halında ölsə isə Avatar dövrünə görə yeni Avatar doğulacaq. Buna görə də Avatar halına keçməsi — çox çətin işdir, və bu keçməsi prosesi kontrol edə bilən öz riski və dünyanın qarşısında məsuliyyəti başa düşməlidir.
Qəbul
redaktəMükafatları və nəmizədləri
redaktəMükafatlar | |||||
---|---|---|---|---|---|
Kitab | İl | Mükafat | Kateqoriya | Ad | Status |
Kitab 1 | 2012 | IGN's Best of 2012 Awards | Best TV Series (ing. Ən Yaxşı TV Serialı) | Korra əfsanəsi | Namizəd |
Best TV Animated Series (ing. Ən Yaxşı TV Animasiya Serialı) | Qazandı | ||||
IGN People's Choice Award for Best TV Animated Series (ing. IGN Ən Yaxşı TV Animasiya Serialı üçün Camaatın Seçimi Mükafatı) | |||||
Best TV Hero (ing. Ən Yaxşı TV Qəhrəman) | Canet Varni (Korra) | Namizəd | |||
2013 | Enni mükafatı | Best Animated Television Production for Children (ing. Ən Yaxşı Uşaqlar üçün Animasiyalı Televiziya Layihəsi) | Korra əfsanəsi | Namizəd | |
Best Character Design in an Animated Television Production (ing. Animasiya Televiziya Layihədə Ən Yaxşı Personaj Dizaynı) | Coakuim dos Santos, Brayan Konietzko, Ki Hyun Ryu, Kim İl Kvanq və Kim Cin Sun | ||||
2nd Annual BTVA Voice Acting Awards[1] | Best Vocal Ensemble in a New Television Series (ing. Yeni Televiziya Serialda Ən Yaxşı Vokal Ansambl) | Korra əfsanəsi | Qazandı | ||
BTVA People's Choice Award for Best Vocal Ensemble in a New Television Series (ing. BTVA Ən Yaxşı TV Yeni Televiziya Serialında Vokal Ansamblı üçün Camaatın Seçimi Mükafatı) | |||||
Best Female Lead Vocal Performance in a Television Series — Action/Drama (ing. Televiziya Serialda Ən Yaxşı Qadın Vokal Nümayişi - Döyüş/Dram) | Canet Varni (Korra) | ||||
Best Female Vocal Performance in a Television Series in a Guest Role (ing. Televiziya Serialda Ən Yaxşı Qonaq Rolunda Qadın Vokal Nümayişi) | İva Mari Seynt (Katara) | ||||
Best Male Lead Vocal Performance in a Television Series — Action/Drama (ing. Televiziya Serialda Ən Yaxşı Kişi Vokal Nümayişi - Döyüş/Dram) | CK Simmons (Tenzin) | Namizəd | |||
BTVA People's Choice Award for Best Male Vocal Performance in a Television Series in a Supporting Role — Action/Drama (ing. BTVA Televiziya Serialda Ən Yaxşı Köməkçi Rolunda Kişi Vokal Nümayişi ümüç Camaatın Seçimi Mükafatı - Döyüş/Dram) | Stiv Blam (Amon) | Qazandı | |||
Best Male Vocal Performance in a Television Series in a Supporting Role — Action/Drama (ing. Televiziya Serialda Ən Yaxşı Köməkçi Rolunda Kişi Vokal Nümayişi - Döyüş/Dram) | Di Bredli Beyker (Tarrlok) | Namizəd | |||
Best Female Vocal Performance in a Television Series in a Supporting Role — Action/Drama (ing. Televiziya Serialda Ən Yaxşı Köməkçi Rolunda Qadın Vokal Nümayişi - Döyüş/Dram) | Mindi Sterlinq (Lin Bei Fonq) | ||||
Daytime Emmy Awards | Outstanding Special Class Animated Program (ing. Görkəmli Xüsusi Dərəcəli Animasiya Proqramı) | Coakuim dos Santos, Tim Yun, Ki Hyun Ryu, Maykl Dante DiMartino və Brayan Konietzko | |||
Outstanding Directing In An Animated Program (ing. Görkəmli Animasiya Proqramı Rejissorluqu) | Coakuim dos Santos, Ki Hyun Ryu, Andrea Romano | ||||
Outstanding Casting For An Animated Series Or Special (ing. Animasiya Serialı və ya Xüsusi Veriliş üçün Görkəmli Kastinq) | Şannon Rid, Sara Nunan, Cin Vassilaros | Qazandı | |||
NAACP Image Awards | Outstanding Children's Program (ing. Görkəmli Uşaqlar üçün Proqramı) | Korra əfsanəsi | Namizəd | ||
Young Artist Awards | Best Performance in a Voice-Over Role (Television) — Young Actress (ing. Ən Yaxşı Dublaj Rolu Nümayişi (Televiziya) - Cavan Aktrisa) | Kirnen Şipka (Cinora) | |||
Kitab 2 | 2014 | Enni mükafatı | Best Animated TV/Broadcast Production for Children's Audience (ing. Ən Yaxşı Uşaq Auditoriya üçün Animasiyalı TV/Yayım Layihə) | Korra əfsanəsi | Namizəd |
Outstanding Achievement, Directing in an Animated TV/Broadcast Production (ing. Görkəmli Nailliyət, Animasiyalı TV/Yayım Layihədə Rejissorluq) | Kolin Hek | Namizəd | |||
Outstanding Achievement, Production Design in an Animated TV/Broadcast Production | Ancela Sanq, Uillyam Niu, Kristin Bayan, Emily Tetri, Frederik Stüart | Qazandı | |||
IGN's Best of 2013 Awards[2] | IGN People's Choice Award for Best TV Animated Series (ing. IGN Ən Yaxşı TV Animasiya Serialı üçün Camaatın Seçimi Mükafatı) | Korra əfsanəsi |
Media
redaktəYayım
redaktəBirinci mövsum ABŞ Nickelodeon kanalında 2012 ilin aprelın 14-dən, iyunun 23-dək yayımlanmışdır və ABŞ-də Hulu Plus servisi vasitəsi ilə baxmağ üçün mövcuddur. 2012 ilin avqustdan başlayaraq o, başqa ölkələrdə də yerli Nickelodeon kanallarında yayımlamağa başladı.
İkinci mövsum ABŞ Nickelodeon kanalında 2013 ilin sentyabrın 13-dən, noyabrın 22-dək yayımlanmışdır.
Kitablar
redaktəErika Devid Kitab bir: Hava əsasında iki kitablı adaptasiyanı yazmış. Bu kitablar 2013-cü ildə Random House nəşriyyatçı tərəfindən nəşr olunmuşlar:[3]
- İnqilab (ing. Revolution; ISBN 978-0449815540), 1–6 seriyaların adaptasiyası, 2013-cü ilin yanvarın 3-də çap olundu.
- Oyunun sonu (ing. Revolution; ISBN 978-0449815540), 6–12 seriyaların adaptasiyası, 2013-cü ilin iyulun 23-də çap olundu.
Videooyunlar
redaktəSerialın əsasında iki videooyun indi istehsal prosesindədilər. Birinci oyun üçüncü şəxs döyüş oyunu olacaq. O, Platinum Games tərəfindən hazırlanır və Activision tərəfindən 2014-cü ilin payızında Xbox One, Xbox 360, PlayStation 4, PlayStation 3 və PC üçün nəşr olunmalıdır.[4]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". BTVA. 25 April 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 May 2013.
- ↑ "IGN: Best of 2013 - TV". IGN. January 14, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 18, 2013.
- ↑ Schick, Michael. "'Legend of Korra' roundup: Season 3 moving forward, season 1 novelized". Hypable. 31 October 2012. 4 November 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 November 2012.
- ↑ Narcisse, Evan. "Legend of Korra Game Coming from Makers of Bayonetta". Kotaku. 25 June 2014. 9 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 June 2014.