Astara Cayi - Wikipedia
Bu məqalə Astaraçay haqqındadır. Digər mənalar üçün Astara səhifəsinə baxın. |
Astaraçay — Azərbaycan Respublikasının İranla dövlət sərhədində çay.
Astaraçay | |
---|---|
Astaraçay | |
Ölkə | |
Keçdiyi ərazilər | Azərbaycan və İran |
Mənbəyi | Astara rayonu, Şindanqalası dağı |
• Yüksəkliyi | 1817 m |
Mənsəbi | Xəzər dənizi |
Uzunluğu | 38 km |
Hövzəsinin sahəsi | 242[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Astaraçay Astara rayonundan axıb Xəzər dənizinə tökülür. Uzunluğu 38 km, hövzəsinin sahəsi 242 km²-dir. Başlanğıcını Talış silsiləsində, Şindanqalası dağından (1817 m yüksəklikdən) alır. Alaşa kəndi yanında qovuşan İstisu Astaraçayın əsas qolu hesab olunur. Astaraçay bu hissədən mənsəbə qədər olan məsafədə Azərbaycanla İran arasında dövlət sərhədi təşkil edir.
Çayın illik axımının 70%-ni yağış suları, 22%-ni yeraltı sular, 8%-ni isə qar suları təşkil edir. Yaz aylarında çayda güclü daşqınlar olur. Daşqın dövründə illik axımın 80-85%-i keçir. Suvarmada istifadə edilir. Astara şəhəri Astaraçayın mənsəbindədir.
Adını ərazidəki eyni adlı bulaqdan almışdır. Hidronim ast (aşağı, çökək, dərə) və ara/ura (yer, su, çay, bulaq) sözlərindən düzəlib, "dərədə bulaq, çökək yerdən çıxan su" mənasındadır.
İstinadlar
redaktə- ↑ "Analytical report water quantity and quality in Armenia, Georgia and Azerbaijan" (PDF). 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-09-09.
Mənbə
redaktə- Azərbaycan toponimlərinin ensklopedik lüğəti. II cilddə. Bakı: 2007, I cild, səh.51.