Arzuman Kuftesi - Wikipedia
Arzuman küftəsi — Azərbaycan mətbəxindən olan ət və toyuq yeməyi.[1] Naxçıvan bölgəsi üçün karakterikdir.[2] Yemək 8-10 nəfər üçün hazırlanır.[3]
Arzuman küftəsi | |
---|---|
Aid olduğu milli mətbəxlər | |
Təfərrüatları | |
Tipi | küftə |
Hazırlanması və servis edilməsi
redaktəBütöv toyuq təmizlənir və qaynayan suda yarımhazır olana kimi bişirilir. Şabalıd suda pörtülür, turş gavalı soyuq suda isladılır. Hazırlanmış şabalıd və gavalı üstü zəfəranlanmış toyuğun içərisinə doldurulur. Ət və baş soğan balta ilə xırdalanır (və yaətçəkən maşından keçirilir), ədviyatlar vurulub yaxşı yoğurulur. Hazır qiymə təmiz yuyulmuş və qaynadılmış tənzifin içərisinə 1,5-2 sm qalınlığında yayılır, qiymənin ortasına hazırlanmış toyuq qoyulur və tənzifin ucları bir yerdə düyünlənib, qiymə toyuğun hər yerini örtmək şərtilə ona girdə forma verilir. Bu zaman bir əllə tənzifın ucları bir-birinə çatdırılır, o biri əllə qiymə toyuğun cəmdəyinə sıxılır və axırda tənzifin ucları bərk bağlanır. Küftə, 5-6 litrlik qazanda sümüklərdən hazırlanmış bulyona salınıb bişirilir. Bu zaman, qazanın çox gur qaynamasına diqqət yetirilir.[3]
Xörək hazır olduqda küftə qazandan çıxarılır, iri plov buluduna qoyulur (tənzifi ehmalca açmaqla) və süfrəyə təqdim edilir. Xörəyin bulyonu kasalara və ya iri piyalalara çəkilib, üstünə xırda doğranmış keşniş və ya quru nanə səpilir. Xörəyin yanında təzə göyərti (turp, vəzəri, göy soğan) verilir və ayrıca qabda sumax qoyulur.[3]
Müasir dövrdə daha kiçik ölçüyə uyğunlaşdırma zamanı toyuğun soyutma yumurta ilə əvəzlənməsi yolveriləndir.[1] Eyni zamanda bişirilmə zamanı bulyona kartof və noxud əlavə edilməsinə də rast gəlinir.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 Азербайджанская кухня. Первые блюда. Вторые блюда (rus). DirectMEDIA. ISBN 978-5-9989-3745-3. İstifadə tarixi: 25 avqust 2024.
- ↑ "Arzuman kufta". 2024-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2024.
- ↑ 1 2 3 "Arzuman küftəsi". Milli.Az (az.). 21 mart 2012. 2024-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2024.