Arran Ada - Wikipedia
Arran adası (şot.kelt Eilean Arainn ("uzaq ada"); ing. Arran) — Şotlandiyanın qərbində, Fert-of-Klayd körfəzində yerləşən ada. Sahəsinə görə ölkənin yeddinci böyük adası Şimali Eyrşir əyalətinin tərkibinə daxildir. Ərazisi dağlıq olan bu ada geoloqlar üçün "cənnət" hesab olunur.[1] 1787-ci ildə adaya gələn geoloq Ceyms Hatton burada olan süxurların yatım formasına və tərkibinə əsasən sonradan geologiya elmində yeni nəzəriyyənin — Plutonizimin əsasını qoydu.[2]
Arran adası | |
---|---|
ing. Arran, şot.kelt Eilean Arain | |
| |
Ümumi məlumatlar | |
Sahəsi | 432 km² |
Hündür nöqtəsi | 874 m |
Əhalisi | 5.058 nəfər (2001-ci il) |
Yerləşməsi | |
55°34′ şm. e. 5°14′ q. u.HGYO | |
Ölkə | Böyük Britaniya |
Rayon | |
Şəhər | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Təbiəti və iqlimi
redaktəGeologi baxımdan Şotlandiyanın ərazisi iki fərqli hissəyə bölünür: Dağlıq şimal və düzənlik cənub hissə. Bu geoloji bölgü xətti həm də Arranı iki hissəyə bölür. Adanın şimal hissəsi yüksək dağlardan və dərin dərələrdən, cənub hissəsi isə bunun əksi olaraq bataqlıq, çaylar və meşəlikdən ibarətdir. Sanki bütün Şotlandiyaya məxsus cəhətlər bu adada toplanmış. Dağları şimal Qrampian dağları kimi çox yüksək deyil. Arranın ən yüksək zirvəsi olan Qotfell (874 m) şimal-qərbdə yerləşir. Adanın ən geniş vadisi onun qərbində yerləşir. Bu Glen Lorsa vadisidir.
İqlimi yümşaq dəniz iqlimidir. Qolfstrim cərəyanı adanın iqlimin formalaşmaqda böyük rol oynayır. Qış aylar çox soyuq olmur, qış aylarının orta temperatura müsbətdir. Yayı isə sərin — nadir hallarda temperatura + 20 °C-dən yuxarıya qalxır.[3] Adanın fauna və florası çox zəngindir.[4]
Tarixi
redaktəAdada ilk məskunlaşma izləri neolit dövrünə təsadüf edir. Əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olan bu tayfaların adada 4 min öncə mövcud olması ehtimal olunur. Daha çox diqqət cəlb edən tarixi abidələrdən biri Maxri kəndi yaxınlığında olan şaquli formada duran iri daş parçalarıdır. Bu daşların nə məqsədlə qoyulması hal hazırdada mübahisə mövzusudur.
E.ə. I minillikdə kelt tayfalarının Avropanın materik hissəsindən Biritaniya adalarına məskunlaşması başlanıldı. I əsrin əvvəlində adada britt tayfaları məskunlaşdılar. VI əsrdə Arrana skott-irland tayflarının axını artdı. VIII əsrdən sonra adaya vikinqlər gəldilər və Arran yüz illər boyu Norveçin bir hissəsi oldu. II Robertin zamanında (1371) Arran Şotlandiyanı tərkibinə daxil edildi.[3]
Şəkillər
redaktə-
Arran qürub çağı.
-
Milport körfəzi
-
Korri oteli və pivə bağı
-
Lox Lorsa gölü
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Haswell-Smith 2004, p. 13
- ↑ Плутонизм[ölü keçid]
- ↑ 1 2 "İsle of Arran Scotland". 2015-08-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-07.
- ↑ "Arran Natural History Society". 2015-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-07.