Argentina Ehalisi - Wikipedia
Argentina əhalisi 40 milyon nəfərdir[1]. Argentinalılar saylarına görə Cənubi Amerikada 3-cü, Latın Amerikasında isə 4-cü milli qrupdular. Yalnız braziliyalıların (190 mln.), meksikalıların (145 mln.) və kolumbiyalıların (52 mln.) sayı onlardan çoxdur. Müasir argentinalılar müxtəlif vaxtlarda Argentina ərazisinə gəlmiş avropalıların, induların və afrikalıların törəməlidirlər. Ölkənin periferiya regionlarının əksəriyyətində metislər üstünlük təşkil edir. Bununla belə ölkə əhalisinin 2001-ci ildə aparılmış siyahıya alması zamanı əhalinin 97 %-i özünü ənənəvi olaraq daha yüksək təbəqə sayılan ağdərilər kateqoriyasına mənsub olduğunu bildirmişdir. Cəmi 2 % əhali indu əsilli olduğunu qeyd etmişdir.
Demoqrafik göstəricilər
redaktəSaldo mühacirət — hər 1000 nəfərə 0 nəfər.
Orta yaş həddi (2012) — 30,7 yaş:
- Kişilər — 29,7 yaş
- Qadınlar — 31,8 yaş
Uzunömürlülük göstəricisi — 77,14 yaş:
- Kişilər — 73,9 yaş
- Qadınlar — 80,54 yaş
Uşaq ölümü səviyyəsi — hər 1000 nəfərə 10,52 nəfər.
Ana ölümü səviyyəsi hər 100000 nəfərə 77 nəfər.
Artım səviyyəsi — hər 1000 nəfərə 17,34 nəfər.
Ölüm səviyyəsi — hər 1000 nəfərə 7,36 nəfər.
Əhali artımı — 0,997%.
Dini: katoliklər — 92 % (möminləri - 20%-dən az), protestantlar 2%, iudeylər 2%, digərləri - 4%.
Şəhər əhalisi — 92 %; əsas şəhərləri: Buenos-Ayres, Kordova.
Dövlət dili: ispan dili.
İstinadlar
redaktə- ↑ Somos 40.091.359 habitantes y un tercio vive en Capital y GBA Arxivləşdirilib 2016-03-12 at the Wayback Machine (isp.)