Antikomintern Pakti - Wikipedia
Antikomintern paktı (alm. Antikominternpakt, yap. 日独防共協定) — 25 noyabr 1936-cı ildə kommunizmdən müdafiə olunmaq üçün bağlanmış Almaniya-Yaponiya razılaşması, müqavilənin bağlandığı yer — Berlin) — dünyada kommunist ideologiyasının daha da genişlənməsinin qarşısını almaq məqsədilə Kommunist İnternasionalı (Komintern-paktın adı buradan yaranmışdır) ölkələrinə qarşı Almaniya ilə Yaponiya arasında yaradılmış ikitərəfli ittifaq.
Antikomintern paktı | |
---|---|
| |
Hazırlanma tarixi | 23 oktyabr 1936-cı il |
İmzalanma tarixi | 25 noyabr 1936-cı il |
İmzalanma yeri | Berlin |
İmzalayanlar | Almaniya, Yaponiya |
Tərəflər | İoaxim fon Ribbentrop |
Tarixi
redaktə1937-ci ilin noyabrında Benito Mussolininin şəxsində İtaliya da Antikomintern paktına qoşuldu. Sonralar hakimiyyətə yeni gələn və ideologiyaları alman nasionalizmi və italyan faşizmi ilə səsləşən bir sıra hökumətlərin və SSRİ-yə və bütövlükdə kommunizmə düşmən münasibət bəsləyən bir sıra dövlətlər də Antikommuntern paktına qoşuldular. 1939-cu ildə Almaniya ilə İtaliya arasında bağlanmış ikitərəfli "Polad pakt"ını və 1940-cı ildə Berlin paktını imzalayan dövlətlərlə birlikdə Antikomintern paktının üzvləri də hərbi ittifaqın üzvlərinə çevrildilər.
24 fevral 1939-cu ildə pakta Macarıstan və Mancjou-qo dövlətləri də qoşuldular.
26 mart 1939-cu ildə Almaniyanın təkriki ilə vətəndaş müharibəsi şəraitində olan general Franko hökuməti də Antikomintern paktını imzaladı.
25 noyabr 1941-ci ildə Antikomintern paktının müddəti 5 il müddətinə uzadıldı, elə həmin dövrdə bu pakta Finlandiya, Rumıniya, Bolqarıstan, həmçinin faşistlər tərəfindən işğal edilmiş ərazilərdə — Xorvatiyada, Danimarkada, Slovakiyada təşkil olunmuş marionet hökumətlər və yaponlar tərəfindən işğal olunmuş Çin ərazisində yaradılan Van Szin-veya hökuməti də daxil oldular.
Mənbə
redaktə- Command Decisions. Department of the Army. Под редакцией Kent Roberts Greenfield. Washington, DC, 1960. С. 18.
İstinadlar
redaktə- [1].
- ↑ 25 ноября Arxivləşdirilib 2009-09-07 at the Wayback Machine Этот день в истории: Антикоминтерновский пакт