Anhel Selalesi - Wikipedia
Anxel şəlaləsi — Venesuelanın cənubundakı Bolivar ştatında yerləşən şəlalə. Yerli əhalinin dilində Kerepakupai meru və ya Churun meru adlanır. Cənubi Amerika materikində yerləşir.
Anxel şəlaləsi | |
---|---|
Salto Ángel | |
Ümumi məlumatlar | |
Hündürlüyü | 807 m[1], 979 m |
Eni | 107 m |
Yerləşməsi | |
5°58′12″ şm. e. 62°32′10″ q. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəAnxel dünyada ən hündür şəlalədir, ümumi hündürlüyü 979 metrdir. Digər bir çox sənədlərə əsasən isə 1054 metr sayılır. Suyun aşağı tökülməsi hündürlüyü, yəni hündürlükdən axım zamanı su arası kəsilmədən 807 metrlik yeri əhatə edir. Şəlalənin adı isə pilot Ceyms Anxelin şərəfinə qoyulmuşdur, 1935-ci ildə şəlalənin üzərindən uçuş zamanı buranı kəşf etmişdir.
Şəlalə Venesuelanın tropik meşələrində yerləşir və həmin ərazinin milli parkı sayılan "Canaima" nın səlahiyyətindədir. Şəlalənin coğrafi koordinatı – 5°58′03″ şimal, 62°32′08″ qərb hissə.
Şəlalə Çurun çayının Karao qolunun üzərində yerləşir. "Çurun" yerli insanların dilində Pemón adlanır və mənası "gurultu" kimi tərcümə edilir. Şəlalə həmçinin "Kerepakupai-merú" adlanır, bu adın mənası isə "ən dərin yerdə şəlalə" kimi dilimizə tərcümə edilir.
Tarixçə
redaktəŞəlalə XX əsrin əvvəllərində tədqiqatçı Ernesto Sançes La Krus tərəfindən tapılmışdır, lakin buranın adı Ceyms Anxeldən əvvəl belə çox tanınmır və hallanmırdı.
1930-cu illərdə Venesuelada "almaz həyəcanı" var idi. Yüzlərlə tədqiqatçı, həyəcan axtaran, müxtəlif kateqoriyaların insanları bura gəlir və nə isə tapmaq istəyirdilər. 1935-ci ildə Anxel də çox da baha olmayan təyyarə — "Flaminqo"nu alır və Auyan–Tepui massivinə doğru uçmağa başlayır. Çox vaxt dağların başı qarla əhatə olunur yaxud hava dumanlı görünürdü. Elə bu səbəblərə görə də Anxel həmin əraziyə açıq havada uçmağı qərarlaşdırır. Onun ilk gördüyü böyük tapıntı isə şaquli istiqamətdə olan su axını olur.
Şəlalədən axan suyun həcmi saniyədə 300 kub metr hesablanmışdır. Anxel qızıl axtarışını davam etdirmədi, çünki onun təyyarəsi qəzaya uğradı və möcüzə nəticəsində canını qurtarmağı bacardı. Anxel canını qurtardıqdan sonra ilk poçt müəssisəsinə özünü çatdıraraq Birləşmiş Ştatlara dünya coğrafiyasına verdiyi töhfə haqqında ilkin məlumat verdi və bütün dünya xəritələrində hazırda onun adı həkk olunmuşdur. Anxel öz həyatının son illərini Venesuelada keçirdi və Syudad-Bolivar ştatında 1956-cı ildə vəfat etdi. Anxelin öz vəsiyyətinə əsasən onun cəsədinin külləri şəlalədə dağıdıldı.
1949-cu ildə bura gedən amerikan və venesuelalı coğrafiyaçılar beş nəfərdən ibarət idi, onlar şəlaləyə çatmaq üçün çox böyük çətinliklər çəkdilər. Çünki şəlalənin yerləşdiyi selva meşə massivi liana və azğın bitkilərlə dolu idi. Yolun açılması üçün balta və müxtəlif ləvazimatlardan istifadə edildi. Son 36 km ərazini keçmək üçün isə ekspedisiya nümayəndələri 19 gün sərf etməli oldular.
Anxelin monoplanı "Flaminqo" isə su şəlalənin yuxarı hissəsindəki bataqlıq olan torpaqda dayandırıldı və orada 33 il müddətində qaldı. Həmin yerdə onu digər vertolyotların köməyi ilə dartıb, çıxarana qədər qalmışdır. Anxel və onun üç şəriki şəlaləyə düşməyi bacardılar və 11 gün ərzində sivilizasiyaya geri qayırdılar. Hazırkı dövrdə Anxelin təyyarəsi Marakae muzeyində saxlanılır və şəlalənin yuxarısında isə onun əsl oxşarı yaradılmışdır.
Anxel şəlaləsi Venesuelanın ən vəhşi cəngəlliklər olan yerində yaradılmışdır və bura gedib, çatmaq üçün yalnız hava nəqliyyatından istifadə etmək mümkündür. Şəlaləyə turlar komplekt halda verilir və özündə Karkasdan yaxud Kanaymunun Syudad-Bolivar ərazisindəki pilotları birləşdirir. Kanaymoda yerləşən bu qəsəbə özündə milli parka gəzintidə iştirak edən işçiləri birləşdirmişdir. Həmçinin tura suda gəzinti, yemək və yüklərin daşınması, şəlalə üçün lazımı olan avadanlıqlar da daxil edilir. Bundan əlavə, şəlalənin uçuş xəttindən də bilet alıb getmək mümkündür, lakin elə hallar ola bilər ki, səmadan şəlalə görülməsin. Quraqlıq dövründə xüsusən dekabrdan marta qədər olan müddətdə su olduqca az olur, lakin bəzən buludlu və dumanlı hava olan mövsümə də düşmək mümkündür. Bütünlükdə tur təxminən bir sutka vaxt tələb edir.
Yerləşməsi
redaktəŞəlalə 1935-ci ildən ziyarətçilər üçün açıq elan edilmişdir. Ümumiyyətlə, bu şəlalənin yerləşdiyi yer çox əlçatmaz yer hesab olunur və məhz buna görə də şəlalə olduqca gec aşkar edilmişdir. Anxel Cənubi Amerikanın Venesuela ərazisində dağlıq massiv sayılan Auyantepuy hissəsində (bu dağ İblis də adlandırılır) yerləşir. Məsaməli qum daşından ibarətdir və 2600 metr yüksəkliyə malikdir, həmçinin qayalıq divarlardan ibarətdir. Qayalıq divarları qalın selva tropik meşələri əhatə edir.
Çaves və Anxel
redaktəÇaves Anxel şəlaləsinin bundan sonra Çurum Meru adlanacağını bəyan edib. Venesuela prezidenti şəlalənin amerikalı təyyarəçi Cimmi Encelin şərəfinə Anxel adlandırılmasından qəzəblənib.[2][3][4]
Maraqlı faktlar
redaktə- Artur Konan Doyl özünün "İtirilmiş dünya" əsərində bu şəlalə haqqında yazmışdır.
- Latın Amerika ölkələrinin xəritələrində bu şəlalənin adı Salto Angel kimi yazılır. Bəziləri bu adı "mələyin tullanması" kimi mənalandırmağı sevir.
İstinadlar
redaktə- ↑ https://www.guinnessworldrecords.es/news/2024/3/el-salto-del-angel-ostenta-dos-impresionantes-records-mundiales.
- ↑ Dünyanın ən hündür şəlaləsinin adı dəyişildi [ölü keçid]
- ↑ "Çaves dünyanın ən hündür şəlaləsinin adını dəyişdi". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-12-21.
- ↑ "Uqo Çaves dünyanın ən uzun şəlaləsinin adını dəyişdirib". 2010-09-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-12-21.
Mənbə
redaktə Coğrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |