Andrea Bocelli - Wikipedia
Andrea Boçelli (it. Andrea Bocelli; 22 sentyabr 1958[1][2][…], Layatiko[d], Toskana) — İtalyan tenor, bəstəkar, müğənni və albom prodüseri.[3] Müğənni Selin Dion onun haqqında: "Əgər Allahın oxumağa səsi olsa, bu səs Andrea Bocellinin səsinə oxşamalıdır" deyib. Prodüser və bəstəkar Devid Foster isə Andrea Bocellinin səsini "dünyanın ən gözəl kişi səsi" kimi təsvir edir.[4][5]
Andrea Boçelli | |
---|---|
it. Andrea Bocelli | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 22 sentyabr 1958[1][2][…] (66 yaş) |
Doğum yeri | |
Uşaqları | 3 (Matteo Boçelli daxil olmaqla) |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | mahnı yazarı[d], müğənni-mahnı yazarı, musiqi prodüseri, opera müğənnisi, vəkil, bəstəkar, pianoçu, gitaraçı, saksofonçu[d], truba ifaçısı[d] |
Fəaliyyət illəri | 1992-ci ildən |
Janr | opera |
Səs tembri | tenor |
Albom şirkətləri | Decca Records[d], Universal Music Group |
Təhsili | |
Mükafatları | |
andreabocelli.com | |
Vikianbarda əlaqəli mediafayllar |
1992-ci ildən bəri Boçellinin 90 milyondan çox albomu satılıb.[6][7]
Zəif görmə ilə doğulan Boçelli, on iki yaşında futbol oynayarkən keçirdiyi qəza nəticəsində görmə qabiliyyətini tam itirib.
1994-cü ildə Sanremo Musiqi Festivalının "Yeni gələnlər bölümü"ndə "Il mare calmo della sera" mahnısı ilə qalib olmuşdur. Beynəlxalq şöhrətinə böyük təkan verən Con te partirò (Sağollaşmaq vaxtıdır) adlı mahnı ilə Avropada uzun müddət musiqi listlərinin, hit mahnıların başında yer almışdır.
1998-ci ildə adı People jurnalında dərc edilən "50 ən gözəl/yaraşıqlı insan" siyahısında yer alıb.[8] 1999-cu ildə Qremmi Mükafatının Ən Yaxşı Yeni Sənətçi nominasiyası üzrə namizəd olub. "Quest for Camelot" animasi filmi üçün yazılmış, Selin Dionla duet oxuduğu "The Prayer" mahnısı ilə, Qızıl Qlobus Mükafatının Ən Yaxşı Orijinal mahnı nominasiyası üzrə qalib, Oskar Mükafatının Ən Yaxşı Orijinal Mahnı nominasiyası üzrə isə namizəd olmuşdur.[3] "Secret Arias" albomu ilə Ginnesin Rekordlar Kitabına düşüb. Həmin albomla "ABŞ Klassik Albomlar" siyahısında 3-cü yerə sahibdir.[3]
Həyatı
redaktəİtaliyalı populyar musiqiçi, opera, pop, operatik pop və romantik musiqilərin mahir ifaçısı Andrea Boçelli 1958-ci il 22 sentyabrda dünyaya gəlib.
Andreanın şərab istehsalçısı olan atası Alessandro, oğlunun musiqiyə marağının olduğunu görüb onu musiqi məktəbinə qoyur. 6 yaşından fortepiano çalmağı öyrənən Andrea, burada fleyta və saksofonda da ifa etməyi öyrənir.
Kiçik yaşlarından gözlərində problem olan Andrea hələ 6 aylığında bir neçə dəfə gözündən əməliyyat olunmuşdu, lakin bunların heç bir faydası olmur və 12 yaşında futbol oynayarkən baş verən bədbəxt hadisə nəticəsində o, görmə qabiliyyətini tamamən itirir. Ancaq yaşanan faciə Andreanın gələcəkdə uğur qazanmasına mane olmur.
İki oğul və bir qız atasıdır. Hüquq fakültəsi məzunudur və dünyanın ən yaxşı üçüncü tenoru olaraq qəbul edilməkdədir.
Karyera
redaktəAndrea hüquq sahəsinin ona yad olduğunu anlayır. O, yenidən musiqi sahəsinə üz tutur, tanınmış opera tenoru Franko Korellinin tələbəsi olur. İfaçının özü dediyi kimi: "Bir çoxlarının musiqi kayerasına son verdikləri yaşda mənim musiqi karyeram başladı." Bunun adı taledir və Andrea öz taleyinin ardınca gedirdi. Bu taleyin iştirakçılarından olan italyan rok ifaçısı Zucchero 1992-ci ildə Pavarotti üçün hazırlanmış "Miserere" mahnısını oxumaq üçün ifaçı axtardığı zaman Andrea peyda olur və tenor bu musiqini o qədər gözəl ifa edir ki, onun bu ifasını dinləyən Pavarotti bu gəncin kim olması barədə maraqlanır və beləliklə, Andrea uğur nərdivanının ilk pilləsinə qalxır.
1992–94. Sanremo musiqi festivalı və Il mare calmo della sera
redaktə1992-ci ildə məşhur italyan rok ifaçısı Zucchero Pavarotti üçün hazırlanmış "Miserere" mahnısını oxumaq üçün tenor axtarışına başlayır. Sonra kasetdə Bocellini dinləyən Pavarotti Zukeroya onun əvəzinə Bocellidən istifadə etməsini bildirir.
Diskoqrafiya
redaktəStudio albomlar
redaktə- 1994: Il Mare Calmo della Sera
- 1995: Bocelli
- 1997: Viaggio Italiano
- 1998: Aria — the opera album
- 1999: Sogno
- 1999: Arie sacre
- 2000: Verdi
- 2001: Cieli di Toscana
- 2002: Sentimento
- 2004: Andrea
- 2006: Amore
- 2008: Incanto
- 2009: My Christmas
- 2011: Notte Illuminata
- 2013: Passione
- 2015: Cinema
Kompilyasiya albomları
redaktə- 1997: Romanza
- 2007: The Best of Andrea Bocelli: Vivere
- 2012: Opera
Canlı ifa albomları
redaktə- 2006: Under the Desert Sky
- 2008: Vivere Live in Tuscany
- 2011: Concerto, One Night in Central Park
- 2013: Love in Portofino
Festival albomları
redaktə- 2012: iTunes Festival: London 2012
Digital (rəqəmsal) albomlar
redaktə- 2011: Notte Illuminata
Əməkdaşçı albomları
redaktə- 1997: A Hymn for the World
- 1998: A Hymn for the World 2 (Voices From Heaven)
- 2000: Verdi's Requiem
- 2010: Carmen: Duets & Arias
Tam opera səs yazıları
redaktə- 2000: Bohema
- 2003: Toska
- 2004: Trubadur (opera)
- 2005: Werther
- 2006: Palyaçolar (opera)
- 2007: Cavalleria rusticana
- 2008/2010: Karmen (opera)
- 2010: Andrea Chénier
- 2012: Roméo et Juliette
- 2014: Manon Lescaut
- 2015: Turandot
Tam opera səsyazmaları
redaktə- 2000: La bohème
- 2003: Tosca
- 2004: Il trovatore
- 2005: Werther
- 2006: Pagliacci
- 2007: Cavalleria rusticana
- 2008/2010: Carmen
- 2010: Andrea Chénier
- 2012: Roméo et Juliette
Video albomlar
redaktə- 1998: A Night in Tuscany
- 2000: Sacred Arias: The Home Video
- 2002: Tuscan Skies (Cieli di Toscana)
- 2006: Credo: John Paul II
- 2006: Under the Desert Sky
- 2008: Vivere Live in Tuscany
- 2008: Incanto The Documentary
- 2009: My Christmas Special
- 2011: Concerto: One Night in Central Park
- 2013: Love in Portofino
Mənbə
redaktəXarici keçidlər
redaktə- Rəsmi veb səhifəsi Arxivləşdirilib 2015-10-19 at the Wayback Machine
- Andrea Bocelli Azerbaijan
- Andrea Boçelli | Kayzen
- Bocellinin müsahibəsi Arxivləşdirilib 2006-04-10 at the Wayback Machine — İngiliscə
Şəkilləri
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Andrea Bocelli // Dutch Top 40.
- ↑ 1 2 Andrea Bocelli // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 3 "Andrea Bocelli". Decca Records. Universal Music. 30 April 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2013.
- ↑ "Andrea Bocelli - Sito Ufficiale - Tour, discografia e opere". 2019-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-29.
- ↑ "En Aranjuez con tu amor - Andrea Bocelli". 19 October 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 January 2013.
- ↑ "Andrea Bocelli to Receive Master's Degree". Billboard. AP. 18 October 2013. 24 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2013.
- ↑ "Andrea Bocelli to receive Classic Brit honour". BBC News. 6 September 2012. 30 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2013.
- ↑ "Andrea Bocelli: Singer". People. 49 (18). 11 May 1998. 13 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2013.