Andhra Prades Statinda Demiryolu Qezasi 2016 - Wikipedia
Andhra Pradeş ştatında dəmiryolu qəzası (hind. हीराखंड एक्सप्रेस ट्रेन हादसा) - Hindistanın cənub-şərq hissəsində yerləşən Andhra Pradeş ştatında 2017-ci ilin 21 yanvar tarixində yerli vaxtla saat 11:00-da baş vermiş dəmiryolu qəzası.[1]
Andhra Pradeş ştatında dəmiryolu qəzası | |
---|---|
hind. हीराखंड एक्सप्रेस ट्रेन हादसा | |
Tarix | |
Ölkə | Hindistan |
Səbəbi | Qatarın relsdən çıxması |
Qatarlar | 1 |
Sərnişinlər | 600 nəfər |
Həlak olanlar | 41 nəfər |
Yaralananlar |
|
Arxa plan
redaktəQəza Hindistanın Orissa və Andhra Pradeş ştatlarının sərhədində yerləşən Kuneru stansiyası yaxınlığında baş verib. Caqdalpur şəhərindən Bxubaneşvar şəhərinə hərəkət edən qatarda 600 nəfərdən çox sərnişin olub. Qatarın qəza törətməsinin əsas səbəbi kimi hərəkverici vaqonun relslərdən çıxması göstərilir. Ümumilikdə 22 vaqondan ibarət olan qatarda, lokomotiv və 8 vaqon relsdən çıxıb. Xilasedicilərin ilk qrupu hadisə baş verəndən 40 dəqiqə sonra hadisə yerinə çatıblar. İlkin məlumatlara əsasən dəmiryolu qəzası nəticəsində 41 nəfər həlak olub, 68 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İstinadlar
redaktə- ↑ "Jagdalpur-Bhubaneswar Hirakhand Express derails LIVE updates: 39 dead, Railways suspect sabotage; Suresh Prabhu meets victims' family". The Indian Express. New Delhi. 2017-01-22. 2021-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-22.