Alxanli Faciesi - Wikipedia
Alxanlı hücumu və ya Alxanlı faciəsi — 2017-ci il iyulun 4-də saat 20:40 radələrində Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı yaşayış məntəqəsinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində törədilən hücumdür.[1]
Alxanlı hücumu | |
---|---|
Əsas münaqişə: Qarabağ münaqişəsi | |
| |
Ümumi məlumatlar | |
39°36′00″ şm. e. 47°23′12″ ş. u.HGYO | |
Yeri | Alxanlı, Füzuli rayonu, Azərbaycan |
Tarix |
|
Silah(lar) | minaatanlar və qumbaraatanlar |
Ölü sayı |
Zəhra Quliyeva Sahibə Allahverdiyeva |
Yaralı sayı | Səlminaz Quliyeva |
Törədən(lər) | Ermənistan silahlı qüvvələri |
Bu hücum nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həyatını itirmişdir.[1] Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə hərbi hospitala çatdırılaraq əməliyyata götürülmüşdür.[1]
Hücum zamanı həyatını itirən yaş yarımlıq Zəhra Quliyeva 1994-cü ildə Birinci Qarabağ müharibəsinin başa çatmasından sonra Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində öldürülən sayca üçüncü azərbaycanlı uşaq idi.[2] Bu hücum beynəlxalq ictimaiyyət və bir-sıra xarici dövlətlərin rəsmiləri, parlament üzvləri tərəfindən qınanmışdır.
Zəmin
redaktə1980-ci illərin sonlarında başlamış Azərbaycan–Ermənistan Dağlıq Qarabağ münaqişəsi 1990-cı illərin əvvəllərindən 1994-cü ilin mayına qədər davam edən Birinci Qarabağ müharibəsinə səbəb olmuşdur.[3][4] Müharibə zamanı Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında olan yeddi rayon Ermənistan silahlı qüvvələri və erməni hərbi dəstələri tərəfindən işğal edilmişdir.[4] İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın düşmüşdür, münaribə zamanı isə həm Azərbaycan, həm də Ermənistan tərəfində ümumi olaraq 16–18 min insan öldürülmüşdür, mindən çox insan itgin düşmüşdür.[4]
1994-cü ildən aparılan sülh danışıqları nəticə verməmiş, 1994–2017-ci illərdə ara-sıra Dağlıq Qarabağ təmas xəttində və Azərbaycan–Ermənistan sərhədində silahlı toqquşmalar baş vermişdir.[4] Sonuncu belə silahlı toqquşma 2016-cı iin 2–5 aprelində Dağlıq Qarabağ təmas xəttində baş vermişdir.[4]
Bu müddət ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı da hücumlar olmuşdur.[4] 2011-ci ilin martında 9 yaşlı Fariz Bədəlov qarşı tərəfin snayper gülləsi nəticəsində öldürülmüşdür.[5] Həmin ilin iyulunda isə 13 yaşlı Aygün Şahmalıyeva qarşı tərəfin çaya buraxdığı oyuncağın partlaması nəticəsində həyatını itirmişdir.[6]
Hadisə
redaktəAzərbaycan tərəfinin versiyası
redaktə4 iyul 2017-ci il, saat 22:30 radələrində Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan tərəfinin cəbhə xəttində növbəti irimiqyaslı təxribat törətməsi barədə məlumat yaymışdır.[7] Məlumatda iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı yaşayış məntəqəsinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulduğu qeyd edilmişdir.[1] Ermənistan tərəfinin bu təxribatı nəticəsində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həyatını itirmişdir.[1] Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə hərbi hospitala çatdırılaraq əməliyyata götürülmüşdür.[1] Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılmış, Azərbaycan silahlı qüvvələrinin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulmuşdur.[1]
Ermənistan tərəfinin versiyası
redaktəErmənistan tərəfi Alxanlıda dinc əhaliyə atəş açıldığını rədd eləməsə də, günahın Azərbaycan tərəfdə olduğunu bildirmişdir.[8][9] Hadisələri şərh edən Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan iyulun 4-də "Artsax [a] və Azərbaycan qoşunlarının təmas xəttində qarşı tərəfin TR 107-dən bölmələrimizə atəş açıldığını" bildirmişdir. Bundan sonra isə Müdafiə Ordusunun qabaqcıl bölmələri Alxanlıda yerləşən atəş nöqtəsinə cavab atəşi açmışdırlar.[10] Dinc əhalinin ölümündə isə nazir müavini Azərbaycanı günahlandırmışdır — "dinc şəxslər adı altında hücumların olması Azərbaycanın ənənəvi siyasətinə uyğundur".[11]
Azərbaycanın Müdafiə Nazirliyi isə bu ittihamları əsassız olduğunu sübut eləmişdir.[12] İyulun 6-da Azərbaycanın Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Baş Prokurorluq və Füzuli rayonunun İcra Hakimiyyəti tərəfindən Azərbaycanda qeydə hərbi attaşelərin və xarici KİV nümayəndələrinin Ermənistan silahlı bölmələri tərəfindən atəşə tutulması nəticəsində 2 dinc insanın həyatını itirdiyi Füzuli rayonunun Alxanlı yaşayış məntəqəsinə səfəri baş tutmuşdur.[12] Bu ərazidə Azərbaycan silahlı qüvvələri bölmələrinin qərargahının və atəş nöqtələrinin olmadığını sübut edən dəlillər onlara yerində təqdim olunmuşdur.[12] Azərbaycanın Müdafiə Nazirliyi məlumatında hərbi attaşelər və KİV nümayəndələrinin ərazidə Azərbaycan bölmələrinin heç bir qərargahının və atəş nöqtələrinin olmadığına yerində əmin olduqlarını bildirmişdir və Ermənistan tərəfinin Alxanlı ərazisində guya hərbi bölmələrimizin olması barədə yaydığı məlumatının dezinformasiya və yalan olduğu qeyd edilmişdir.[12]
Münasibətlər
redaktəAzərbaycan tərəfi
redaktəAzərbaycan Prezidenti İlham Əliyev özünün rəsmi sosial media hesablarında yaş yarımlıq Zəhra Quliyeva və nənəsinin öldürülməsi ilə bağlı paylaşım eləmişdir.[13] Paylaşımda qan içində olan uşaq oyuncağı yer almışdır və "Dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır" sitatı əlavə edilmişdir.[14]
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva isə özünün rəsmi sosial media hesablarında hadisə ilə bağlı paylaşım eləmişdir.[15] Paylaşımında "Azərbaycanın erməni işğalına, günahsız insanların qətlə yetirilməsinə qarşı" olduğunu qeyd edən Mehriban Əliyeva balaca Zəhraya və bütün şəhidlərə Allahdan rəhmət arzulamışdır.[16]
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Ermənistan silahlı qüvvələrinin bu təxribatının Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut elədiyi" bildirmişdir.[17] "Ermənistanın Azərbaycan əhalisinə və birbaşa və qəsdən hücumlarının, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları və ona 1 saylı əlavə, həmçinin uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi formada pozulması" olduğunu qeyd edən Hacıyev yaranmış vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd eləmişdir.[18]
Azərbaycanın İnsan hüquqları üzrə ombudsmanı Elmira Süleymanova iyulun 5-də bəyanat vermişdir.[19] Bəyanatda "bunun, Ermənistan silahlı qüvvələri tərəfindən minlərlə günahsız insanın həyatına son qoymuş, insan hüquqlarının pozulması, dünya mədəniyyətinə mənsub tarixi, dini və mədəni abidələrin tam dağıdılması, yer üzündən silinməsi ilə nəticələnən Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüzün, təmizləmənin və terror hadisələrinin davamı olan daha bir cinayəti" olduğu qeyd edilmişdir.[19] Bəyanatda həmçinin "bu hərbi təcavüz nəticəsində insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərin, Cenevrə Konvensiyalarının, o cümlədən Müharibə zamanı dinc əhalinin qorunması haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının və digər sənədlərin müddəaları pozulması" olduğu vurğulanmışdır.[20]
Azərbaycan Milli Məclisinin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü, dönəmin ATƏT Parlament Assambleyası vitse-prezidenti Azay Quliyev[21] iyulun 5-də Belarusda baş tutan ATƏT Parlament Assambleyasının 26-cı sessiyasında çıxış edən zaman Ermənistanı barbar adlandırmışdır.[22] Azay Quliyev "erməni silahlı birləşmələrinin qəsdən dinc əhalini hədəfə alaraq günahsız insanları — Sahibə Quliyeva və 2 yaşlı Zəhra Quliyevanı qətlə yetirdiyini, bunun Ermənistanın Azərbaycan xalqına qarşı olan barbar və vəhşi addımı" olduğunu bildirmişdir.[22] Azay Quliyev həmçinin bu gündən etibarən bütün hərbi və siyasi məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirdi və ATƏT PA-nın bu insidentlə bağlı səssiz qalmamasının və cəbhə xəttində belə halların baş verməməsi üçün müvafiq addımlar atılmasının vacibliyini vurğulamışdır.[23]
Beynəlxalq səviyyədə
redaktə- Belarus: Belarus Prezidenti Aleksandr Lukaşenko iyulun 6-da ATƏT-in Parlament Assambleyasının 26-cı sessiyasının rəsmi açılış mərasimində olanda ayaqüstü qısa görüş zamanı Azərbaycan Milli Məclisinin sədr müavini Bahar Muradovaya hadisədən məlumatlı olduğunu və cəbhə xəttində azərbaycanlı dinc şəxslərin öldürülməsindən təəssüfləndiyini bildirmişdir.[24]
- Türkiyə: Xarici İşlər Nazirliyi iyulun 5-də rəsmi bəyanat vermişdir.[25] Bəyanat da "Ermənistanın törətdiyi bu mənfur hadisənin şiddətlə qınandığı, xain hücumda həyatlarını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı, atəş nəticəsində yaralanmış azərbaycanlıya şəfalar diləndiyi" bildirilmişdir.[26] Həmçinin bəyanat da "Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam edən Ermənistanın sərhəd bölgələrində ağır silahlarla törətdiyi təxribatların, beynəlxalq hüquq və insan haqlarına zidd bir formada dinc şəxsləri, xüsusilə qadın və uşaqları hədəf aldığını bütün çılpaqlığı ilə göstərdiyi" vurğulanmışdır.[26]
- ABŞ: ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert baş verən hadisədən narahat olduğunu bildirmişdir və həyatını itirənlərin ailələrinə səmimi başsağlığını ifadə eləmişdir.[27]
- Litva: Litvanın xarici işlər naziri Linas Linkyaviçyus hücum nəticəsində həyatını itirənlərin ailələrinə Litva xalqı adından dərin hüznlə başsağlığı verdiyini bildirmişdir.[28] Nazir həm də Litvanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə — BMT-nin Nizamnaməsində təsbit olunmuş başlıca prinsiplərə əsaslanan danışıqlar yolu ilə nizamlanmasından tərəf olduğunu vurğulamışdır.[29]
- Latviya: Latviya Seyminin Azərbaycan-Latviya parlamentlərarası dostluq qrupu Alxanlı hadisəsi ilə bağlı bəyanat vermişdir.[30] Bəyanat da Ermənistan silahlı qüvvələri tərəfindən Alxanlıda dinc insanların qətlə yetirilməsinin qətiyyətlə pislədiyi bildirilmişdir.[30] Deputatlar həmçinin "fərq qoyulmadan dinc əhalinin, qadın və uşaqların qətlə yetirilməsinin dərhal dayandırılmalı olduğu vurğulanmışdır.[31]
- Birləşmiş Krallıq: İcmalar Palatasının üzvü Bob Blemen hadisəni şərh edən zaman dinc şəxsləri qəsdən hədəfə almağı iyrənc bir addım olaraq qiymətləndirmişdir və Ermənistan silahlı qüvvələrinin təmas xəttində atəşi dayandırmalı və sülh danışıqlarına şərait yaratmalı olduğunu bildirmişdir.[32] İcmalar Palatasının digər üzvlərindən Lord Killuney "bu təxribatını mənfur addım", Baronessa Zahidə Mənsur isə "insanlıq faciəsi" adlandırmışdır.[33]
- Fransa: Fransa Senatının üzvü Natali Qule hadisələri edən zaman Ermənistan tərəfinin törətdiyi qanlı cinayətlə bütün sədləri aşdığını bildirmişdir.[34] "İlham Əliyevin Ermənistana qarşı sanksiya tətbiq olunması ilə bağlı tələbinin reallaşdırılmasının labüd" olduğunu qeyd edən Natali Qule dinc şəxslərin münaqişələrdə hədəfə alınması qəbuledilməz olduğunu da bildirmişdir.[35]
- Rusiya: Rusiya Federasiyası Dövlət Dumasının üzvü Dmitri Savelyev G20 görüşü ərəfəsində Qarabağ separatçılarının belə addımlarını açıq təxribat olaraq qiymətləndirdiyini və bunun, günahsız dinc vətəndaşların, o cümlədən uşağın həyatı bahasına başa gəldiyini vurğulamışdır.[36][37]
- Almaniya: Almaniya Bundestaqının üzvü Katrin Albsteiger baş verən toqquşmaları pislədiyini, onların dərhal dayandırılmasını və dinc əhalinin toqquşmaların qurbanı olmamalı olduğu bnildirmişdir.[38] Katrin Albsteiger həmçinin Azərbaycan da daxil olmaqla hər bir dövlətin ərazi bütövlüyü və siyasi müstəqilliyinin toxunulmaz olduğunu, dövlətlərin ərazi bütövlüyünün qorunması bütün beynəlxalq ictimaiyyətin marağında olmalı olduğunu, qaçqınların öz yurd-yuvalarına qayıtmaq hüququnun olduğunu vurğulamışdır.[39]
- Argentina: Argentina Senatının üzvü Mariya Ester Labado yaş yarımlıq Zəhra Quliyeva və nənəsini öldürülməsi ilə bağlı Azərbaycanın Argentinada olan səfirliyinə müraciət ünvanlamışdır.[40] Senator Ermənistan silahlı qüvvələri tərəfindən Alxanlı hücumu nəticəsində dinc əhalinin öldürülməsi ilə bağlı dərin təəssüf hissini ifadə eləmişdir.[41] Həmçinin senator müraciətdə "bu hadisənin ancaq xalqlarımızın ruhuna qarşı bir hücum olduğuna görə deyil, həm də uşaqların qətlinin mütləq pislənilməli olduğuna görə bizi narahat elədiyini" vurğulamışdır.[42]
- Gürcüstan: Gürcüstan Parlamentinin deputatı Azər Süleymanov Alxanlıda baş verən hadisənin əxlaq normalarına sığmadığınl, bunun ancaq azərbaycanlılara qarşı deyil, insanlığa qarşı törədilmiş iyrənc cinayət olduğunu bildirmişdir.[43]
- İtaliya: İtaliya Senatının üzvü Maria Rizzotti senatın ümumi iclasında çıxış edən zaman Alxanlı hücumuna münasibət bildirmişdir.[44] Senator "yalnız sülh və firavanlıq axtarışında olan bir əhaliyə qarşı yenidən terrorun törədildiyini" bildirmişdir.[45] "Ermənistanın cəbhə xətti boyunca ərazilərdə yaşayan, xüsusilə qadın, uşaq və qocaların olduğu dinc əhaliyə qarşı qəsdən, hədəflənən hücumlar elədiyini" vurğulayan Maria Rizzotti dinc azərbaycanlı əhaliyə qarşı törədilən, terror hücumlarından da daha betər olan birbaşa və qəsdən törədilmiş hücumların beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə Konvensiyasının və ona 1 saylı əlavənin, həmçinin uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi formada pozulması olduğunu qeyd eləmişdir.[46]
- Ukrayna: Ukrayna Ali Radasının deputatı Maksim Kuryaçiy bu hadisədən təəssüfləndiyini və beynəlxalq ictimaiyyəti bu cinayətə göz yummamağa çağırmışdır.[47] Həmçinin o, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc şəxslərinin qətlə yetirilməsinin beynəlxalq cinayət olduğunu və bunu törədənlərin beynəlxalq tribunal qarşısında cavab verməli olduğunu qeyd eləmişdir.[48]
İctimai qurumlar
redaktəAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bəyanatında baş verən hadisənin Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut elədiyini bildirmişdir və "Azərbaycan dövlətinin heç bir uşağın istər azərbaycanlı olsun, istərsə də digər millətin nümayəndəsi olsun — müharibədən əziyyət görməsinə qarşı" olduğu da vurğulanmışdır.[49]
Qafqaz Müsəlmanları İdarəsi də hadisə ilə bağlı bəyanat yayaraq bu hadisəni qətiyyətlə pislədiyini, dinc insanların, qadın, uşaq, qocaların məhvi kimi bağışlanmaz cinayətlərə heç bir bəraət olmadığını bildirmişdir.[50] "Bu təxribat ilə erməni tərəfi növbəti dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində danışıqlar prosesini pozmağa yönəlmiş cinayət əməllərinə yol verdiyini" qeyd edən bəyanat da Rus Pravoslav Kilsəsinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dini liderləri olaraq dəfələrlə sülhməramlı görüşlərin də baş tutduğu vurğulanmışdır.[50]
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA)[51], "İrəli" İctimai Birliyi[52] və digər bir sıra ictimai birliyin rəhbərləri, həmçinin Danimarka[53], Finlandiya[54] və Yaponiyada[55] fəaliyyət göstərən Azərbaycan diasporları da bəyanatlar yayaraq Alxanlı hücumunu pisləmişdilər.
Etirazlar
redaktəAlxanlı hücumu ilə bağlı azərbaycanlılar tərəfindən iyulun 7-də Birləşmiş Ştatların Vaşinqton şəhərində Ermənistanın səfirliyi qarşısında[56], iyulun 8-də isə Almaniyanın Berlin və Hannover şəhərlərində[57][58], iyulun 10-da isə Kiyev şəhərində ATƏT ofisinin qarşısında etirazlar olmuşdur.[59]
Cinayət işi
redaktəİyulun 5-də Azərbaycanın Baş Prokurorluğu Ermənistanın təxribatçı əməlləri ilə bağlı cinayət işinin başlandığını bildirmişdir.[60] Məlumatda Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələrinin növbəti dəfə təcavüz əməllərini davam etdirməsi və ağır artilleriya qurğularından Azərbaycan silahlı qüvvələrinin cəbhəboyu mövqelərini və dinc əhalinin yaşadığı əraziləri intensiv atəşə tutmaqla beynəlxalq humanitar hüquq normalarının tələblərini pozması nəticəsində Füzuli rayonunun Alxanlı yaşayış məntəqəsinin dinc əhalisinin mina və qumbaraatanlardan atəşə tutaraq dinc əhalinin qəsdən öldürülməsi məqsədilə növbəti təxribatın törədilməsi qeyd edilmişdir.[61] Təxribat 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının ölümü, 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alması ilə nəticələnmişdir.[62] Həmin məqamlarla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 116.0.6 (silahlı münaqişə zamanı hərbi zərurətdən irəli gəlməyən genişmiqyaslı dağıntılar törədilməsi ilə beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.7 (silahlı münaqişə zamanı müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə hücumla beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.8 (silahlı münaqişə zamanı hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən dini, təhsil, elm, xeyriyyə, tibb müəssisələrinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücumla beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.10 (silahlı münaqişə zamanı dinc əhaliyə və ya döyüşlərdə olmayan ayrı-ayrı dinc şəxslərə hücumla beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.7 (2 və ya daha çox şəxsi qəsdən öldürmə) 29,120.2.7 (2 və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçi niyyətlə qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanılmışdır.[63]
Qeydlər
redaktə- ↑ Ermənistan tərəfi Azərbaycanın işğal edilən ərazilərində qurulan qondarma Dağlıq Qarabağ dövlətini Artsax olaraq adlandırır
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Ermənistan cəbhə xəttində növbəti irimiqyaslı təxribat törədib". www.azertag.az (az.). 2022-08-04. 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Azərbaycanın Xarici İşlər Nazirliyi. "ERMƏNİ TERRORİZMİ" (PDF). www.mfa.gov.az (az.). 2022-08-04. İstifadə tarixi: 02.08.2022.
- ↑ Prezident Kitabxanası. "Azərbaycan Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası // Xronoligiya – 20 YANVARA APARAN YOL" (PDF). www.files.preslib.az (az.). 2022-08-04. 2023-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 02.08.2022.
- ↑ 1 2 3 4 5 6 Prezident Kitabxanası. "Azərbaycan Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası // Xronoligiya – Ermənistan-Azərbaycan münaqişəsi" (PDF). www.files.preslib.az (az.). 2022-08-04. 2023-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 02.08.2022.
- ↑ Modern.az İnformasiya Agentliyi. "Düşmən gülləsinin öldürdüyü uşaqlarımız - FOTOLAR". www.modern.az (az.). 2022-08-04. İstifadə tarixi: 02.08.2022.
- ↑ Trend İnformasiya Agentliyi. "13 yaşlı azərbaycanlı uşaq ermənilərin çaya buraxdığı oyuncağın partlaması nəticəsində həyatını itirib". www.trend.az (az.). 2022-08-04. 2023-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Müdafiə Nazirliyi. "Ermənistan cəbhə xəttində növbəti irimiqyaslı təxribat törədib". www.mod.gov.az (az.). 2022-08-04. 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Verelq xəbər saytı. "Баку несет ответственность за все жертвы провокаций в зоне карабахского конфликта – МИД". www.verelq.ru (rus). 2022-08-04. 2023-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Armen Press. "Азербайджан нагло бросает перчатку международной общественности – Шаварш Кочарян". www.armenpress.am (rus). 2022-08-04. 2015-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Hetq.am xəbər saytı. "Шаварш Кочарян: "Это очередное преступление наследственного режима Баку, основанного на ненависти против соседнего народа и крови собственного народа"". www.hetq.am (rus). 2022-08-04. 2023-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ News.am xəbər saytı. "Шаварш Кочарян: Нападения под прикрытием мирного населения соответствуют традиционной политике Азербайджана". www.news.am (rus). 2022-08-04. 2023-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ 1 2 3 4 Müdafiə Nazirliyi. "Azərbaycan Alxanlıda atəş nöqtələrinin olmadığını sübut etdi". www.mod.gov.az (az.). 2022-08-04. 2022-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Report İnformasiya Agentliyi. "İlham Əliyev: "Dünya ictimaiyyəti günahsız insanların öldürülməsinə göz yummamalıdır"". www.report.az (az.). 2022-08-04. 2023-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ İlham Əliyev. "Dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır". www.twitter.com (az.). 2022-08-04. 2023-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Report İnformasiya Agentliyi. "Birinci Vitse-prezident: "Azərbaycan erməni işğalına, günahsız insanların qətlə yetirilməsinə qarşıdır!"". www.report.az (az.). 2022-08-04. 2023-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Mehriban Əliyeva. "Azərbaycan erməni işğalına, günahsız insanların qətlə yetirilməsinə qarşıdır! Allah balaca Zəhraya və bütün şəhidlərimizə rəhmət eləsin!". www.twitter.com (az.). 2022-08-04. 2023-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Azərbaycan XİN: Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı bu dövlətin terrorçu mahiyyətini bir daha sübut edir". www.azertag.az (az.). 2022-08-04. 2023-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Turan İnformasiya Agentliyi. "Azərbaycan XİN: Rəsmi Yerevan məsuliyyət daşıyır". www.turan.az (az.). 2022-08-04. 2023-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ 1 2 Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Ombudsman Ermənistan silahlı qüvvələrinin dinc azərbaycanlıları qətlə yetirməsi ilə bağlı bəyanat yayıb". www.azertag.az (az.). 2022-08-04. 2017-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Azərbaycanın Fransada olan səfirliyi. "Azərbaycanın İnsan Hüquqları üzrə Ombudsmanın Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonun Alxanlı yaşayış məntəqəsində yaşayan dinc əhalinin qətlə yetirilməsi ilə əlaqədar BƏYANATI". www.paris.mfa.gov.az (az.). 2022-08-04. 2022-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Azərbaycan Milli Məclisi. "QULİYEV Azay Əjdər oğlu". www.meclis.gov.az (az.). 2022-08-04. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ 1 2 Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Azay Quliyev ATƏT PA-nın sessiyasında Ermənistanı barbar adlandırıb". www.azertag.az (az.). 2022-08-04. İstifadə tarixi: 02.08.2022.
- ↑ Yeni Azərbaycan qəzeti. "Azay Quliyev ATƏT-in PA-nın sessiyasında Ermənistanı barbar adlandırıb". www.yeniazerbaycan.az (az.). 2022-08-04. 2018-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Belarus Prezidenti cəbhə xəttində azərbaycanlı mülki şəxslərin öldürülməsindən təəssüfləndiyini bildirib". www.azertag.az (az.). 2022-08-04. 2017-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Türkiyənin Xarici İşlər Nazirliyi. "No: 218, 5 Temmuz 2017, Ermenistan Silahlı Kuvvetleri Tarafından Açılan Ateş Sonucunda Azerbaycan Vatandaşı Sivillerin Hayatını Kaybetmesi". www.mfa.gov.tr (türk). 2022-08-04. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ 1 2 AzVision.az xəbər portalı. ""Ermənistanın xain hücumunu şiddətlə qınayırıq" - Türkiyə XİN". www.azvision.az (az.). 2022-08-04. 2023-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "ABŞ Dövlət Departamenti Azərbaycanın Qarabağ regionunda vəziyyətin gərginləşməsindən narahatdır VİDEO". www.azertag.az (az.). 2022-08-04. 2017-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Litva Alxanlıda dinc azərbaycanlı insanların öldürülməsi ilə əlaqədar başsağlığı verir". www.azertag.az (az.). 2022-08-04. İstifadə tarixi: 02.08.2022.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Литва выражает соболезнование в связи гибелью мирных жителей села Алханлы". www.azertag.az (rus). 2022-08-04. İstifadə tarixi: 02.08.2022.
- ↑ 1 2 Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Latviyalı deputatlar: Qadın və uşaqların qətlə yetirilməsi yolverilməzdir". www.azertag.az (az.). 2022-08-04. İstifadə tarixi: 02.08.2022.
- ↑ Yeni Azərbaycan qəzeti. "Latviyalı deputatlar: Qadın və uşaqların qətlə yetirilməsi yolverilməzdir". www.yeniazerbaycan.az (az.). 2022-08-04. 2023-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Haqqin.az xəbər saytı. "Британский депутат осудил преступление армян". www.haqqin.az (rus). 2022-08-04. 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Birləşmiş Krallıq parlamentinin üzvləri: Dinc insanların qəsdən hədəfə alınması mənfur addımdır". www.azertag.az (az.). 2022-08-04. 2017-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Haqqin.az xəbər saytı. "Французский сенатор: «Сколько еще должно погибнуть азербайджанцев?»". www.haqqın.az (rus). 2022-08-04. 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Senator Natali Qule: Ermənistan iyulun 4-də törətdiyi qanlı cinayətlə bütün sədləri aşıb VİDEO". www.azertag.az (az.). 2022-08-04. İstifadə tarixi: 02.08.2022.
- ↑ Haqqin.az xəbər saytı. "Российский депутат об убийстве в Карабахе азербайджанской девочки". www.haqqin.az (rus). 2022-08-04. 2020-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Turan İnformasiya Agentliyi. "Rusiya Federasiyası Dövlət Dumasının deputatı erməni təcavüzünü pisləyib". www.azertag.az (az.). 2022-08-04. 2023-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Almaniyalı deputat Katrin Albsteiger: Dinc əhali toqquşmaların qurbanı olmamalıdır". www.azertag.az (az.). 2022-08-04. 2018-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Haqqin.az xəbər saytı. "Немецкий депутат: «Армения должна вывести войска из Карабаха»". www.haqqin.az (rus). 2022-08-04. 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Report İnformasiya Agentliyi. "Argentinalı senator Ermənistanın cəbhə xəttində törətdiyi təxribatları pisləyib". www.report.az (az.). 2022-08-04. İstifadə tarixi: 02.08.2022.
- ↑ Trend İnformasiya Agentliy. "Argentina senatoru dinc azərbaycanlıların qətli ilə nəticələnən erməni təxribatını pisləyib". www.trend.az (az.). 2022-08-04. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Modern İnformasiya Agentliyi. "Argentina senatoru Alıxanlı qətliamını pisləyib". www.modern.az (az.). 2022-08-04. 2023-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Oxu.az xəbər saytı. "Gürcüstan parlamentinin üzvü: Zəhranın qisasını almağa hazırıq". www.oxu.az (az.). 2022-08-04. 2017-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "İtaliya Senatının ümumi iclasında Ermənistanın vəhşiliyindən danışılıb". www.azertag.az (az.). 2022-08-04. 2017-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Report İnformasiya Agentliyi. "İtaliya Senatının ümumi iclasında Ermənistanın vəhşiliyindən danışılıb". www.report.az (az.). 2022-08-04. 2023-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Xalq qəzeti. "İtaliyalı senator: Ermənistanın məqsədi sistemli təxribat və sabotajlarla status quonu saxlanılmasına nail olmaqdır". www.old.xalqqazeti.az (az.). 2022-08-04. 2023-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Ali Rada deputatж: Azərbaycanın вштс şəxslərini qətlə yetirənlər beynəlxalq tribunal qarşısında cavab verməlidirlər". www.azertag.az (az.). 2022-08-04. 2017-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Milli.az xəbər portalı. "Ali Radanın deputatı: "Ermənilər tərəfindən 2 yaşlı uşağın öldürülməsi növbəti hərbi cinayətdir"". www.news.milli.az (az.). 2022-08-04. 2023-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Dövlət Komitəsi: Daha nə qədər azərbaycanlı uşaq qətlə yetirilməlidir, dünya ictimaiyyəti bu münaqişənin həllinə diqqət yetirsin". www.azertag.az (az.). 2022-08-04. 2017-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ 1 2 Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Qafqaz Müsəlmanları İdarəsinin bəyanatı". www.azertag.az (az.). 2022-08-04. 2017-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "AVCİYA Ermənistanın dinc Azərbaycan əhalisinə qarşı törətdiyi növbəti ağır cinayəti lənətləyir". www.azertag.az (az.). 2022-08-04. İstifadə tarixi: 02.08.2022.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). ""İrəli" İctimai Birliyi: Ermənistana qarşı sərt qadağalar tətbiq olunmalıdır". www.azertag.az (az.). 2022-08-04. İstifadə tarixi: 02.08.2022.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Kopenhagendə olan Azərbaycan diasporu beynəlxalq ictimaiyyətə müraciət edib". www.azertag.az (az.). 2022-08-04. 2017-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Finlandiyada fəaliyyət göstərən Azərbaycan diasporu beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb". www.azertag.az (az.). 2022-08-04. 2017-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Yaponiyada olan Azərbaycan diasporu Ermənistan silahlı qüvvələrinin təxribatını pisləyən bəyanat yayıb". www.azertag.az (az.). 2022-08-04. 2017-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Ermənistanın Vaşinqtonda olan səfirliyi qarşısında etiraz baş tutub VİDEO". www.azertag.az (az.). 2022-08-04. 2017-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Berlində baş tutan etirazda Ermənistanın işğalçılıq siyasətinə son qoyulması tələb edilib". www.azertag.az (az.). 2022-08-04. 2017-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Almaniyada yaşayan azərbaycanlıların daha bir etirazı Hannover şəhərində baş tutub". www.azertag.az (az.). 2022-08-04. 2022-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Azərbaycanın dinc şəxslərinin erməni hərbçiləri tərəfindən öldürülməsi ilə bağlı Kiyevdə etiraz baş tutub". www.azertag.az (az.). 2022-08-04. 2017-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Azərbaycanın Baş Prokurorluğu. "Ermənistanın təxribatçı əməlləri ilə bağlı cinayət işi başlanmışdır". www.genprosecutor.gov.az (az.). 2022-08-04. 2023-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Ermənistanın təxribatçı əməlləri ilə bağlı cinayət işi başlanıb VİDEO". www.azertag.az (az.). 2022-08-04. 2018-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Report İnformasiya Agentliyi. "Ermənistanın təxribatçı əməlləri ilə bağlı 7 maddə üzrə cinayət işi başlanıb". www.report.az (az.). 2022-08-04. 2023-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
- ↑ Azərbaycanın Bolqarıstanda olan səfirliyi. "Ermənistanın təxribatçı əməlləri ilə bağlı cinayət işi başlanmışdır". www.sofia.mfa.gov.az (az.). 2022-08-04. 2023-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.