Allayiaxa Ulusu - Wikipedia
Allayıaxa ulusu (saxa Аллайыаха улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Çokurdax şəhər tipli qəsəbəsidir.
Allayıaxa ulusu | |
---|---|
70°09′ şm. e. 147°54′ ş. u.HGYO |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 20 may 1931 |
Sahəsi |
|
Hündürlük | 18 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəRespublikanın şimal-şərqində, Şimal Qütb dairəsindən kənarda, İndigirka çayının aşağı axarında yerləşir. Şimalda Şərqi Sibir dənizi, şərqdə Aşağı Kolıma ilisi, cənub-şərqdə Orta Kolıma ulusu, cənubda Abıy ulusu, qərbdə Ust-Yana ulusu ilə həmsərhəddir. Ulusun çox hissəsi Yana-İndigirka və Kolıma ovalığında yerləşir. Cənubda - Polous silsiləsi, Ulaxan-Sis silsiləsi, şərqdə - Kondakov dağları tərəfindən əhatə olunur. Rayonun sahəsi 107,3 min km²-dir.
Böyük çaylar çoxsaylı qollara sahibdir:İndigirka, Allayıaxa, Beryolyox, Böyük Erça, Xroma, Şandrin və başqaları. Rayon çoxlu göllərə sahibdir. Bunlardan ən böyüyü Moqotoevo, Ojoqino, Bakul, Soluntax və s. göstərmək olar.
İqlimi
redaktəYanvar ayının orta temperaturu -32 ilə -38 °C (-26 -36 °F), iyulun orta temperaturu şimalda +4 °C (39 °F) , cənubda + 12 °C (54 °F) arasında dəyişir.
Tarixi
redaktəRayon 20 may 1931-ci ildə qurulmuşdur.
Əhalisi
redaktə- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıyaalmasına görə: saxalar - 39,0 %, ruslar - 31,7 %, evenlər - 20,0 %, yukagirlər - 2,56 %,ukraynalılar — 1,67 %, evenklər - 1,18 %, buryatlar - 0,92 %, çukçalar - 0,56 %, digər millətlərdən olanlar - 5,16 %[3]. 2010-cu il siyahıyaalmasına görə, rayonun ümumi əhalisi 3050 nəfərdir. Çokurdax əhalisi isə bu sayın 77,6% -ni təşkil etmişdir.
Yerli özünü idarəetmə
redaktəAllayıaxa ulusu ərazisinə 1 şəhər və 5 kənd inzibati vahidliyinə ümumilikdə 7 yaşayış məntəqəsi daxildir. Yaşayış məntəqələri:Vorontsovo, Nıçalax, Oyotunq, Olenoqorsk, Ruskoe-Uste, Çkalov, Çokurdax.
İqtisadiyyat
redaktəRayon iqtisadiyyatının əsasını balıqçılıq təşkil edir. Əsas fəaliyyət formaları isə şimal maralı bəsləməsi, balıqçılıq və xəz ticarətidir. Ərazidə qalay və qızıl yataqları vardır.
Polentologiya
redaktə2009-cu ildə Allayıaxa ulusunda, suyun səviyyəsindən təqribən 9 metr yüksəklikdə və sahil yamacının damından təxminən 2 metr aşağıda, 6-7 aylıq mamont qalığı tapılır. Bədənin uzunluğu 158.5 sm, hündürlüyü 60 sm, çəkisi təxminən 100 kq təşkil edir[4][5][6].
İstinadlar
redaktə- ↑ 1 2 GEOnet Names Server. 2018.
- ↑ Оценка численности населения на 1 января 2023 года по муниципальным районам.
- ↑ "Перепись населения 2010". 2018-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-20.. Росстат.
- ↑ "Всё о мамонтах". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-25.
- ↑ "Учёные завершили полную расшифровку генома якутского мамонта". 2020-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-25.
- ↑ "Музей Якутии". 2016-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-17.