Ali Qapi - Wikipedia
Ali Qapı (azərb. Yüksək Qapı; fars. عالیقاپو:, Ali Kapu) hal-hazırda İranın İsfahan şəhərində yerləşən Səfəvilər dövrünə aid saraydır. Dünyanın ən böyük meydanlarından biri olan Nəqşi Cahan meydanının qərbində yerləşir. Bu saray qırx səkkiz metr hündürlükdə, 6 mərtəbəlidir.[6]
Ali Qapı | |
---|---|
عالی قاپو | |
32°39′25″ şm. e. 51°40′36″ ş. u.HGYO | |
Ölkə | |
Üslubu | Səfəvi memarlığı[d][3][4][…] |
Hündürlüyü | 48 m[3] |
Material | kərpic[3][5], kaşı[3], ağac[3][5] |
Vikianbarda əlaqəli mediafayllar |
Mərasim yeri olan Ali Qapı, kompleksin qapalı quruluşu ilə meydanın ictimailiyi arasında simvolik keçid rolunu oynayırdı. Ali Qapının bir hissəsi olduğu Dövlətxana Saray Kompleksi bir-birinə bağlı olan və müxtəlif funksiyalar üçün istifadə edilən çoxlu binalardan ibarət idi. Bu kompleksin tikintisinə I Şah Abbasın dövründə başlanmışdır; Şah Səfi dövründə yeni bölmələr əlavə edilmiş və bütün tikinti II Şah Abbas tərəfindən sona çatıdırlmışdır. Kompleks dövlətxanə, hərəmxana, dəftərxana, səfirlərin qəbul olunduğu Talar-e Tavile adlı kiçik pavilyon və Ali Qapı Sarayı da daxil olmaqla bir sıra binadan ibarətidi. Səfəvi saraylarının ən fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, onların ətraflarında qalın divarlar və ya qalalar olmur.[7] Görünürlük və açıqlıq Səfəvi şahlarının və dövlətin təmsil olunduğu saray memarlığının səciyyəvi xüsusiyyətləri idi. Səfəvi paytaxtının mərkəzində yerləşən Ali Qapı sarayı qalın və hündür divarlarla əhatə olunmuş intruziv Osmanlı və Moğol saraylarından fərqli olaraq şəhərin ən canlı ticarət və dini mərkəzlərindən birinin tərkib hissəsi kimi tikilmişdir. Səfəvi şahları öz müasirlərindən fərqli olaraq, yer üzündə imamların nümayəndəsi olmaq iddiasından çıxış etmiş, təvazökarlıq və səxavət məfhumlarına daha çox önəm vermiş, onları mərasim və memarlıq fəaliyyətlərində də göstərməyə çalışmışdırlar.[7] Ali Qapı Sarayı ilə meydan arasında vasitəsiz vizual və məkan əlaqəsi də bu memarlıq mədəniyyətinin təzahürüdür. İranın 20.000 rial əskinasının arxa tərəfində saray təsvir edilmişdir. Saray 1953-cü il tarixli İran 20 rial əskinaslarının arxa tərəfində də təsvir edilmişdir.[8]
Adının etimologiyası
redaktəSarayın adı “Ali” farsca “yüksək” “görkəmli” , qapı isə Azərbaycan tükcəsindən götürülmüşdür. Mənası yüksək qapı deməkdir. Bu saray on yeddinci əsrdə Şah I Abbasın fərmanı ilə inşa edilmişdir. Saray bu dövrdə əyanları və xarici səfirləri əyləndirmək üçün istifadə olunmuşdur. Şah ilk dəfə burada 1597-ci ildə Novruz bayramını qeyd etmişdir.[9]
Sarayın konstruksiyası
redaktəAli qapı sarayı Nəqşi Cahan meydanının qərbində, Şeyx Lütfullah məscidinin qarşısında yerləşir. Saray Səfəvi şahlarının rəsmi iqamətgahı olmuşdur. Meydanın dördüncü monumental abidəsi qərb fasadının ortasında yerləşən və Dövlətixanə Saray Kompleksinin giriş hissəsində təşkil edən Ali Qapı Sarayıdır. Saray Teymur dövrünə aid bina olsa da, sonralar 1597-ci ildə Şah Abbas tərəfindən yeni inşa edilmiş , II Şah Abbas dövründə isə yeni mərtəbələr və balkon əlavə edilmişdir. Sarayın hündürlüyü 48 m olub, 6 mərtəbədən ibarətdir. Binaya qarşıdan tamaşa edildikdə iki mərtəbəsini, sağ və sol tərəflərdən baxdıqda bina 3 mərtəbəsini arxadan baxdıqda isə 5 mərtəbənin hamısını görmək mümkündür. Musiqi otağının yerləşdiyi 6-cı mərtəbə çöldən görünmür. İlk əvəllər 2 mərtəbə kimi inşa ediən saraya sonradan Şah II Abbas, Şah Süleyman və Sultan Hüseynin hakimiyyəti illərində yeni əlavələr edilmişdir.[10]
Döşəmələrin tavan və divarlarında müxtəlif bəzəkləri olan sarayın 52 otağı var. [11] Qapıdan içəri daxil olduqda burada bizi uzun dəhliz qarşılayır. Dəhlizin əsas diqqət cəlbedən cəhəti onun "əks-səda" xüsusiyyətidir. Deyilənə görə burada bir küncdə edilən fısıltılar ona paralel digər küncdən eşidilirmiş. Dəhlizdən keçib, kirəmit pilləkənlər vasitəsilə binanın 1-ci və 2-ci mərtəbələrinə çıxmaq mümkündür. Bu mərtəbələr padşahın qonaqlarının şahla görüşmək üçün icazə gözlədikləri "gözləmə" otaqları rolunu oynayırmış. İlk mərtəbə giriş kimi istifadə olunur. Burada iki zal yerləşir. Bəhs edilən dövrdə inzibati məhkəmə binası kimi istifadə edilirdi. Ölçüləri 20x 19 metrdir və hündürlüyü isə 13 metrdir. [11]
İkinci mərtəbədən baxdıqda Şeyx Lütfullah məscidini görmək mümkündür.
Üçüncü mərtəbədə sarayın ən maraqlı hissələrindən biri olan, 18 nazik və zərif sütun üzərində yüksələn terras yerləşir. Sütunların hər biri 12 metr hündürlükdə olan çinar ağaclarından hazırlanıb. Balkonun tavanı sadə taxta oymalarla bəzədilib. Ortadakı hovuz mis və qurğuşundandır. Bir vaxtlar kral ailəsi meydandakı bütün fəaliyyətləri, şənlikləri, polo oyunlarını buradan seyr edirmiş. 18 sütunlu bu balkon II Şah Abbas dövründə inşa edilmişdir.
Bu zalın üzərində sarayın 2 ara mərtəbəsi yerləşir. [12][13]
Abidənin 6-cı mərtəbəsində Tonq Bori adlanan musiqi zalı vardır ki, onun divarlarında akustik dəyəri olan dərin dairəvi boşluqlar yerləşir. Şah Abbas qonaqları və xarici səfirləri əyləndirmək üçün burada konsertlər verirdi. Bu bölmə tamamilə suvaqdan hazırlanmış unikal dizayn və müqərnəs işləri ilə bəzədilib. Əgər bu musiqi zalının mərkəzində dayanaraq əl çalsanız səsin heç bir əks-səda vermədiyiniə şahid olacaqsınız. Belə iri ölçülü və həcmli bir otaqda bu dizaynın məqsədi şah və qonaqlarının musiqini aydın və təhrif edilmədən eşitməsini təmin etməkdir. [14][12]
Dekorasiya
redaktəAli Qapı sarayının dekorasiyasına suvaq işi, kafellər, güzgülər, rəsmlər, Girih kirəmitləri, taxta üzərində rəsmlər, qabartma və kərpic işləri eləcədə işıqlandırmalar daxildir. Dekorativ naxışların tədqiqi ilə müəyyən edilir ki, dizaynlar tikinti statikliyinə uyğun istifadə olunub. Məsələn, divardan dama qədər çəkilən qüvvə xətlərində naxışlar forma və rəng baxımından ritmikdir. Girişdəki günbəzin daxili səthində mərkəz hissədə günəş dizaynı yerləşir. Onun ətrafındakı Arabesk naxışları böyükdən kiçiyə doğru ritmlə və tamamilə bu sferik məkana uyğun tərtib edilmişdir.[6]
Ali Qapu malikanəsinin girişindən musiqi zalının ən hündür hissəsinə qədər bina Səfəvi rəssamlarının sənət əsərləri ilə bəzədilib. Ali Qapı malikanəsinin hər mərtəbəsində suvaq işlərinin izlərini və gözəl rəsm əsərlərini görmək olar.
Ali Qapı sarayının üçüncü mərtəbəsində güzgü ilə bəzədilmiş taxta sütunlar yerləşir. Sarayın eyvan tavanı da taxta relyef və bədii oymalarla bəzədilmişdir. Eyvanın arxasında divarlardakı rəsmlər binanın gözəlliyini artırır. Günümüzdə güzgü və bir sıra bəzək motivləri dağıdılmışdır. Daxili dekorasiyada Səfəvi rəssamı Rza Abbasinin rəsmləri də var. Bu əsərlərin bəzilərinə ciddi ziyan dəysə də, bu zədələr onların dəyərini azaltmır. Ali Qapı sarayının interyerində başqa bir xüsusiyyət kimi naxışlı xalçalar diqqət çəkməkdədir. Sarayda İslam tarixi binalarının əsas xüsusiyyətlərindən olan moqran bəzəkləri çoxdur. [15] Səfəvi padşahları rəsm və rəssamlıqla maraqlanırdılar və Ali Qapı sarayında günümüzə qədər gəlib çatann əsərlərin bir çoxu İsfahanın ən mühüm tarixi incəsənət nümunələri hesab edilir. Sarayın divarlarındakı bir çox rəsmin altında rəssamın adının və çəkilmə tarixinin olmaması rəssamı müəyyənləşdirməkdə çətinlik yaradır.[16]
Abidənin divarlarında sadəcə miniatür sənətinin deyil Avropa rəssamlarının üslubunun nümunələrinə də rast gəlmək mümkündür. Məsələn sarayın 1-ci,2-ci,4-cü və 5-ci mərtəbələrində Rza Abbasi və oxşar üslubda çəkilən rəsmlərlə olsa da, 3-cü və 6-cı mərtəbədə daha müasir rəsmlər vardır. Bu əsərlər stabilləşdirici məhlul vasitəsilə qorunur. Malikanənin divar və tağlarında qızılı işləmələrə rast gəlmək olur. [17]
Ali Qapı sarayının kitabə və yazılarında Şah Sultan Hüseynin dövründə sarayın bəzi hissələrinin bərpa olunduğu qeyd olunmuşdur. Ali Qapı malikanəsinin divarlarında, tağlarında və tavanlarında da qızılla işləməyə rast gəlmək olar.[18]
Qalereya
redaktə-
Sarayın öndən görünüşü
-
Musiqi zalı
-
Musiqi zalının tavanı
-
Musiqi zalının bir digər perspektivdən görünüşü
-
Terras
-
Sarayın daxilində pilləkənlər
-
Qadın rəsmi
-
Sarayın arxadan görünüşü
-
Ali Qapı 1909-cu il, fotonun müəllifi Ernst Hoeltzer
-
pilləkənlər üzərində taxta pəncərə
-
Ali Qapı XVII əsr
Həmçinin bax
redaktəMənbə
redaktə- M. Ferrante. Dessins et observations préliminaires pour la restauration du palais de ‛Alī Qāpū’, Travaux de restauration de monuments historiques en Iran. Rome. 1968. 137–206.
- E. Galdieri. ‛Alī Qāpū: An Architectural Survey. Rome. 1979.
- Sussan Babaie. Isfahan and its palaces: Statecraft, Shisim and the architecture of conviviality in early modern Iran. 2. Edinburgh University Press. 2018. səh. 302. ISBN 978 0 7486 3375 3.
- Sheila.S.Blair, Jonathan M.Bloom. The Art and Architecture of Islam 1250-1800. Yale University Press. 1994. səh. 335.
- Anthony Welch. Shah Abbas and the Arts of Isfahan. Asia Society. 1973. səh. 152.
- Sheila R. Canby. Safavid Art and Architecture. British Museum Press. 2002. səh. 120.
- Ann E. Lucas. Music of a Thousand Years: A New History of Persian Musical Traditions. California: UC Press. 2019. səh. 265. ISBN 978052972032.
- Aydoğmuşoğlu, Cihat. “Şah Abbas (1587-1629) Devrinde İran’da Sosyal ve Kültürel Hayat. Ankara: Türk Dünyası İncelemeleri Dergisi. 2011.
- Kurt, Erdmann. The Art of Carpet Making. 1961.
- G., Fevervari. İranda Safevi Dönemi. İstanbul: İslam Tarihi Kültür ve Medeniyyeti. 1997.
İstinadlar
redaktə- ↑ 1 2 Wiki Loves Monuments monuments database. 2017.
- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ 1 2 3 4 5 https://iranarchpedia.ir/entry/14006.
- ↑ https://www.iranicaonline.org/articles/ali-qapu-a-five-storied-building-overlooking-the-maydan-e-sah-of-isfahan.
- ↑ 1 2 https://www.archnet.org/sites/2712.
- ↑ 1 2 "«کاخ عالی قاپو، تیشینه»". 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-08.
- ↑ 1 2 Blair, 1994. səh. 153
- ↑ "Iran 20 Rials banknote 1953 Mohammad Reza Shah Pahlavi". www.worldbanknotescoins.com. 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-21.
- ↑ Blair, 1994. səh. 155
- ↑ Blair, 1994. səh. 158
- ↑ 1 2 Welch, 1973. səh. 85
- ↑ 1 2 Canby, 2002. səh. 98
- ↑ Blair, 1994. səh. 160
- ↑ Blair, 1994. səh. 159
- ↑ Lucas, 2019. səh. 187
- ↑ Canby, 2002. səh. 100
- ↑ Lucas, 2019. səh. 190
- ↑ Lucas, 2019. səh. 191