Albert Speer - Wikipedia
Albert Şpeer (alm. Albert Speer; 19 mart 1905[1][2][…], Manhaym, Baden knyazlığı[d][3] – 1 sentyabr 1981[1][2][…], London)) — Üçüncü Reyxin əsas arxitektoru, silahlandırma və hərbi sənaye naziri. Nürnberq prosesində mühakimə olunmuşlardan biri.
Albert Şpeer | |
---|---|
isp. Albert Speer | |
Doğum tarixi | 19 mart 1905[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 1 sentyabr 1981[1][2][…] (76 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | insult |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, memar |
Partiyası | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAlbert Şpeer 19 mart 1905-ci ildə Almaniya İmperiyasının Mannhaym şəhərində anadan olmuşdur. 1923-cü ildə atasının istəyi ilə Karlsruhe şəhərində memar kimi təhsil alıb. 1924-cü ildə Münhen şəhərinin texniki univertsitetinə daxil olur. 1925-ci ildə təhsilini Berlində davam etdirir. 1928-ci ildə diplom aldıqdan sonra universitetdə assistent kimi çalışmağa başlayır. 1930-cu ildə ilk dəfə universitetdə Adolf Hitlerin nitqini eşidir. Bu nitq daha öncələr siyasətlə heç məşğul olmayan Şpeerə çox güclü təsir edir. 1931-ci ilin yanvarında Şpeer NSDAP-yə üzv olur və Mannhaymda müstəqil memar kimi fəaliyyət göstəməyə başlayır. 1932-ci ildə NSDAP-dən ilk inşaat sifarişini alır. 1933-cü ilin mart ayında Jozef Göbbelsdən Təşviqat Nazirliyinin binasının yenidənqurmasını aparma tapşırığı alır. Hitler Şpeerin təşkilatçılıq istedadından xəbərdar idi. O, Şpeeri öz əsas memarı olan Paul Troostun assistenti təyin edir və ona Reyxskantslayın (Reyx dəftərxanasının) binasının yenidənqurmasını tapşırır. Qısa vaxt ərzində Şpeer Hitlerin inamını qazanır. O NSDAP-nin küləvi mitinqlərinin təşkili və planlaşdırılmasında yaxından iştirak edirdi. 1933-cü ildə Nürnberqdə keçirilən partiya qurultayında xüsusi işıq effektlərindən istifadəni təşkil edir. 1934-cü ildə Troostun ölümündən sonra, Şpeer Hitlerin əsas memarı təyin edilir. O, çoxlu sayda vacib layihələrin müəllifi olur. 1937-ci ildə Parisdə keçirilən dünya sərgisində Almaniyanın pavilyonunu təşkil edir. Burada Şpeer Nürnberq partiya qurultayının təşkilinə görə Qran-pri və pavilyonun təşkilinə görə qızıl medal alır. Elə həmin ildəcə, Hitler Şpeeri Berlin və digər Almaniya şəhərlərinin yenidənqurulması üzrə baş müfəttiş təyin edir. 1938-ci ildə Hitler ona NSDAP-nin qızıl nişanını təqdim edir. Şpeerə Berlini yenidən Alman Reyxinin əsl paytaxtına çevirmək tapşırığı verilir və 1938–1939-cu illərdə o yenidənqurmanın baş planını hazırlamağa başlayır. Şpeerin layihələrini gözdən keçirən Hitler ona hüdudsuz maliyyə dəstəyi ayrılmasını tələb edir. İkinci dünya müharibəsi başladıqdan sonra belə Şpeer öz işinə davam edir, amma daha çox hərbi məqsədli binaların layihələrini hazırlayır. 1941-ci ildə qərbi Berlin seçki dairəsindən Reyxstaqa deputat seçilir və 1945-ci ilə qədər bu vəzifədə qalır. 1941-ci ildə SSRİ ilə müharibə başladıqdan sonra hərbi sənaye naziri olan Frits Todtdan Ukraynada olan silah fabriklərinin və dəmir filizi emalı zavodlarının yenidənqurması prosesini aparması tapşırığını alır. 15 fevral 1942-ci ildə Todt aviaqəzada həlak olur. Bundan sonra, Şpeer Hitler tərəfindən silahlandırma və hərbi sənaye naziri təyin edilir. O, həmçinin su və elektrik enerjisi üzrə Reyxin baş müfəttişi vəzifəsinə təyin edilir. Nazir kimi Şpeer bütün hərbi iqtisadiyyata cavabdeh idi. O, hərbi sənayeni total hərbi iqtisadiyyata çevirməyə müvəffəq olur. Alman infrastrukturunun tam dağılmasına və mütəffiqlərin tez-tez bombalamalarına baxmayaraq Şpeer silah istehsalını yüksək səviyyəyə çatdırır. Şpeerin təşkilatında konsentrasiya lagerlərində yaşayan yəhudilərdən və dustaqların əməyindən geniş istifadə olunurdu. Görünür buna görə onun təşkilatı Henrix Himmler və onun SS təşkilatı ilə sıx əlaqədə idi. 1942-ci ilin 2 sentyabrında Şpeerin rəhbərlik etdiyi müxtəlif təşkilatlar cəmləşdirilərək silahlandırma və hərbi sənaye nazirliyi adı altında birləşdirilir. 1944-cü ildə Şpeer bərk xəstələnir və yaz ayı üçün olan işlərini yerinə yetirə bilmir. Şpeer Hilerə xammalı və istehsal qüvvəsinin getdikcə azaldığını və müharibəni saxlamaq lazım olduğunu deyir, amma Hitler Şpeerin xəbərdarlıqlarına məhəl qoymur. 1944-cü ilin 20 iyulunda Hitlerə təşkil edilmiş sui-qəsddə onun da iştirakının olmasına şübhə edilir. Belə ki, bu sui-qəsd haqqında tapılmış sənədlərdə yeni yaradılacaq hökumətdə Şpeerin də adı hallanırdı, amma Şpeer bu məsələdən xəbərsiz olduğunu bildirmişdi. 1945-ci ildə artıq məğlubiyyətin yaxın olduğunu görən Hitler Şpeerə bütün alman torpaqlarının yandırılmasını əmr edir. Şpeer isə bunun əleyhinə çıxaraq Almaniyanın bununla daş dövrünə qayıdacağını bildirir. 1945-ci ildə Hitler əleyhinə yeni sui-qəsd təşkil edilir. Bu dəfə də məsələdə Şpeerin iştirakından şübhələnirlər, amma sübutlar yenə olmur. Müharibədən sonra o, mütəffiqlər tərəfindən həbs edilir və Nürberq məhkəməsində hərbi cinayətkar kimi mühakimə edilir. Albert Şpeer məhkəmədə özünü təqsirli saydığını bildirir. 1946-cı ildə Nürnberq beynəlxalq məhkəməsi tərəfindən Şpeer törətdiyi cinayətlərə görə 20 il müddətində azadlıqdan məhrum edilir. Cəzasını Berlin-Şpandau həbsxanasında çəkib. Dəfələrlə ailəsi və yaxınları tərəfindən əfv edilməsi ilə bağlı istəklərin olmasına baxmayaraq, SSRİ-nin etirazı üzündən əfv edilməyib. 1966-cı ilin 30 sentyabrında azadlığa buraxılır. 1981-ci ildə Londona səfəri zamanı vəfat etmişdir.
Xarici Keçidlər
redaktə- Şpeer haqqında veb sayt Arxivləşdirilib 2010-09-03 at the Wayback Machine- İngiliscə
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Albert Speer // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Catalog of the German National Library (alm.).