Albaniyada Neqliyyat - Wikipedia
Albaniyada nəqliyyat — Albaniya Respublikasındakı nəqliyyat, nəqliyyat infrastrukturu və nəqliyyat növləri.
Vəziyyəti
redaktəÖlkənin əsas nəqliyyat növü avtomobil nəqliyyatıdır[1]. Avto mobil yollarının uzunluğu 18 min km-dir ki, onun da 30%-i bərkörtüklüdür[1].
Ölkə avtoparkın böyük hissəsi köhnə maşınlardan ibarətdir[1]. Kənd yerlərində yük maşınları böyük üstünlük təşkil edir[1].
Paytaxt Tiranadan ölkənin bütün şəhərlərinə, həmçinin xarici ölkələrə avtobus işləyir[1].
Dəmir yolları
redaktəDəmir yollarının uzunluğu 720 km-dir[2].
Avtomobil yolları və dəmir yolları ölkənin qərbindəki düzənlik hissəsindədir, yalnız tək-tək şose yolları ölkənin şərqindəki dağ silsilələrini aşır[2].
Gəmiçilik
redaktəDəniz ticarət donanması 24 gəmidən ibarətdir ki, onlardan 7-sinin subasımı 1000 tondan çoxdur[2]. Başlıca xarici ticarət limanı Durresdir ki, buranın yük dövriyyəsi ölkənin limanlarındakı ümumi yük dövriyyəsinin təqribən 90%-ni təşkil edir. Sonrakı yerdə Vlyoradır[2].
Ölkədə çay gəmiçiliyi də vardır[2].
Boru nəqliyyatı
redaktə2004-cü ilin məlumatlarına görə ölkədə 339 km uzunluğunda qaz, 207 km uzunluğunda neft boru kəməri fəaliyyət göstərmişdir[2].
Hava nəqliyyatı
redaktəTiranadan 25 km aralıda beynəlxalq aeroport var[2].
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 297. ISBN 978-9952-441-02-4.
- ↑ 1 2 3 4 5 6 7 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 298. ISBN 978-9952-441-02-4.