Alan Mur Muharibe Artisti - Wikipedia
Alan Mur (ing. Alan Moore; 1 avqust 1914[1], Melburn – 24 sentyabr 2015, Ballarat[d]) — Avstraliya müharibə artisti. O, əsasən İkinci Dünya müharibəsi illərində gördüyü işlərlə tanınır. Onun ən tanınmış işi Bergen-Belzen həbs düşərgəsinin təsvirləridir.[2][3] Onun bir çox əsəri Avstraliya Müharibə Memorialı müzeyində saxlanılır.
Alan Mur | |
---|---|
| |
Doğum tarixi | 1 avqust 1914[1] |
Doğum yeri | |
Vəfat tarixi | 24 sentyabr 2015 (101 yaşında) |
Vəfat yeri |
|
Milliyyəti | avstraliyalı |
Fəaliyyəti | müharibə artisti, rəssam, rəssamlıq müəllimi |
Tanınmış işləri | Bergen-Belzen həbs düşərgəsinin eksizləri, fotoşəkilləri və rəsmləri |
Vikianbarda əlaqəli mediafayllar |
Erkən həyatı
redaktəAlan Mur 1914-cü ildə Avstraliyanın Melburn şəhərində anadan olmuşdur.[4] O, 16 yaşında rəsm çəkməyə başlamış, lakin nü mövzularına toxunduğuna görə atası onun bu fəaliyyətini davam etdirməsini qadağan etmişdir. Mur 18 yaşı tamam olanda Viktoriya Milli İncəsənət Məktəbi Qalereyasında yenidən rəssamlıqla məşğul olmağa başlamış, ali təhsilini dərəcə ilə başa vurmuşdur.[5] O, həmçinin Sidneydə C.S. Vatkinsin rəhbərliyi altında təhsil almışdır.[6][7][8] Mur nü janrında çəkdiyi rəsm əsərlərinə görə 1942-ci ildə Qreys Col adına təqaüd mükafatı da daxil olmaqla,[9] Melburnda bir neçə sənət və rəsm mükafatı qazanmışdır.[5] O, 14 iyul 1939-cu ildə birinci arvadı Mariya ilə evlənmişdir.[5][10]
Karyerası
redaktəİkinci Dünya müharibəsi
redaktəAlan Mur 1942-ci ildə Avstraliya Kral Hərbi Hava Qüvvələrinə (AKHHQ) könüllü olaraq qoşulmuşdur. Burada ona təyyarə diaqramlarını çəkmək tapşırılmışdır.[4] Bir ayağında yaşadığı problemə görə onun uçuş heyətinin tərkibində olmasına icazə verilməmişdir.[5] O, 1943-cü ilin sonlarında rəssamlar Vilyam Darci və Harold Herbertin tövsiyəsi ilə orduya bağlı rəsmi müharibə artisti təyin edilmiş, leytenant rütbəsinə yüksəlmişdir.[4][11]
Murun rəssam kimi ilk tapşırığı AKHHQ tərkibində, 1944-cü ilin əvvəlində Papua-Yeni Qvineyada olmuşdur. Onun ilkin mərhələdə Miln körfəzi və Qudenaf adasında çəkdiyi akvarel rəsmləri rütubətli hava şəraitində məhv olmuşdur. Mur sonradan tropik mühitə daha uyğun olduqlarından rəsm əsərlərində yağlı boyadan istifadə etməyə başlamışdır.[4][12] O, Papua-Yeni Qvineyada olduğu müddətdə havadan eskizlər çəkmək üçün bir neçə dəfə reydlərdə iştirak etmişdir.[13][14] Mur İkinci Dünya müharibəsinin sonuna yaxın Papua-Yeni Qvineya, Yaxın Şərq, İtaliya, İngiltərə və Almaniyada müharibə səhnələrini çəkmişdir.[3][15]
Mur 1945-ci ildə Birləşmiş Krallıq Silahlı Qüvvələrinə bağlı 11-ci zirehli diviziya Almaniyada yerləşən Bergen-Belzen həbs düşərgəsini azad edəndə onlarla birlikdə olmuşdur.[5] O, üç gün ərzində düşərgənin vəziyyətini, məhbusları və onları əsir götürənləri, o cümlədən Frits Klaynın eskiz və rəsmlərini çəkmişdir.[2][15] Bu zaman əsgərlərdən biri Mura heç kimin bu təsvirlərə inanmayacağını demişdi və buna görə də o, sübut kimi düşərgənin fotoşəkillərini də çəkmişdir.[5][16]
Müharibədən sonra
redaktəAlan Mur müharibədən sonra bir neçə il Avropada qalmış, sonradan Melburna qayıtmışdır. O, burada təxminən 1963-cü ildən etibarən Svinbern Texniki Kollecində rəssamlıq üzrə dərs demişdir.[7][8] Mur həmçinin, Bergen-Belzen həbs düşərgəsində çəkdiyi eskizləri və fotoşəkilləri əsasında şəkillər çəkmişdir. Onlar kommersiya məqsədi ilə nümayiş etdirilmiş, lakin satışlarda uğurlu olmamışdır.[16] Avstraliya Müharibə Memorialı muzeyi əvvəlcə bu əsərləri Avstraliya əsgərlərini təsvir etmədiyi üçün rədd etmişdir. Mur 1969-cu ildə onları muzeyə hədiyyə etmişdir və muzey bunu qəbul etmişdir.[15][17] Bergen-Belzenin təsvirləri 2013–2014-cü illərdə Avstraliya Müharibə Memorialı muzeyinin Kanberra şəhərində keçirdiyi sərginin əsasını təşkil etmişdir. Mur özü də muzeyin dəvəti ilə sərgini ziyarət etmişdir.[12][16] Bundan başqa, Avstraliya Müharibə Memorialı muzeyi Muru generallar Duqlas Makartur və Artur Semuel Allen də daxil olmaqla bir neçə şəxsin böyükhəcmli portretini çəksin deyə işə götürmüşdür.[4][18] 2015-ci ildə olan məlumata görə, muzeydə Murun 200-dən çox əsəri saxlanılır.[3]
Sonrakı illəri
redaktəAlan Mur 95 yaşına qədər Avstraliyada, Viktoriya ştatının Avoka qəsəbəsində yerləşən studiyasında rəsm çəkməyə davam etmişdir. O, 2009-cu ildə artrit və görmə qabiliyyəti itirməsi səbəbindən fəaliyyətini dayandırmışdır. Mur təxminən eyni vaxtda Avokada qocalar evinə köçürülmüşdür. O, 24 sentyabr 2015-ci ildə vəfat etmişdir. Murun üçüncü həyat yoldaşı Alison onun vəfat etdiyi vaxt sağ idi.[5][19]
İstinadlar
redaktə- ↑ 1 2 Alan Moore // https://historygreatest.com/alan-moore-australian-war-artist-died-at-101.
- ↑ 1 2 "Alan Moore: Australian war artist who drew horrors of Nazi concentration camp dies in Victoria" [Alan Mur: Nasist həbs düşərgəsinin dəhşətlərini çəkən avstraliyalı müharibə rəssamı Viktoriyada vəfat edib] (ingilis). Australian Broadcasting Corporation. 25 sentyabr 2015. 13 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2022.
- ↑ 1 2 3 "Bergen-Belsen war artist Alan Moore dead at 101" [Bergen-Belzenin müharibə rəssamı Alan Mur 101 yaşında vəfat edib] (ingilis). The Canberra Times. 25 sentyabr 2015. 7 may 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2022.
- ↑ 1 2 3 4 5 "Alan Moore" [Alan Mur] (ingilis). Australian War Memorial. 27 sentyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2022.
- ↑ 1 2 3 4 5 6 7 Emily Bissland. "Alan Moore: WWII artist turns 100" [Alan Mur: İkinci Dünya müharibəsi sənətkarının 100 yaşı tamam olub] (ingilis). Australian Broadcasting Corporation. 26 sentyabr 2014. 29 noyabr 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2022.
- ↑ "Moore, Alan (b. 1914)" [Mur, Alan (1914-cü ildə anadan olmuşdur)] (ingilis). Canadian Museum of History. 10 iyun 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2022.
- ↑ 1 2 "Alan Moore" [Alan Mur] (ingilis). McMurray Galleries. 24 iyul 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2022.
- ↑ 1 2 "Alan Moore (1915-.) Australia" [Alan Mur (1915-.), Avstraliya] (ingilis). Australian Art Auction Record. 17 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2022.
- ↑ "Art prize won by technical college student" [İncəsənət mükafatını texnikumun tələbəsi qazanıb]. The Argus (ingilis). Melburn, Viktoriya. 18 dekabr 1942. səh. 3. 7 iyun 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2022.
- ↑ "I heard and saw" [Eşitdim və gördüm]. The Argus (ingilis). Melbourne, Victoria. 10 iyul 1946. səh. 11 S. 7 iyun 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2022.
- ↑ "Alan Moore: the compassionate observer" [Alan Mur: Mərhəmətli müşahidəçi] (ingilis). ArtsPlanner.com. 4 aprel 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2022.
- ↑ 1 2 Second World War Official War Alan Moore visits the Australian War Memorial [İkinci Dünya müharibəsi rəsmisi Alan Mur Avstraliya Müharibə Memorialını ziyarət edib] (ingilis). Australian War Memorial. 19 mart 2014. 1 iyun 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2022.
- ↑ "Putting the R.A.A.F. on canvas" [A.K.H.H.Q.-nı qalın kətana qoymaq]. Western Mail (ingilis). Perth, Western Australia. 25 may 1944. səh. 7. İstifadə tarixi: 7 iyul 2022.
- ↑ "R.A.A.F Beauforts make their biggest daylight strike" [A.K.H.H.Q. bofortları günün ən böyük zərbəsini edib]. Townsville Daily Bulletin (ingilis). Queensland. 28 yanvar 1944. səh. 1. 7 iyun 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2022.
- ↑ 1 2 3 Heanue, Siobhan. "World War II artist Alan Moore makes pilgrimage to Australian War Memorial to view Holocaust works" [İkinci Dünya müharibəsi rəssamı Alan Mur Holokost haqqında əsərləri görmək üçün Avstraliya Müharibə Memorialını ziyarət edib] (ingilis). Australian Broadcasting Corporation. 26 fevral 2014. 11 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2022.
- ↑ 1 2 3 Bevan, Scott. "The lifelong friendship of a WWII artist and the girl he met in Belsen" [İkinci Dünya müharibəsi rəssamı ilə Belzendə tanış olduğu qız arasında ömürlük dostluq]. The Australian Financial Review Magazine (ingilis). Fairfax Media Publications. 11 aprel 2015. 28 sentyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2022.
- ↑ Ellery, David. "War artist's powerful images of Holocaust at War Memorial" [Müharibə rəssamının Müharibə Memorialında Holokost haqqında güclü şəkilləri] (ingilis). The Canberra Times. 16 mart 2013. 22 fevral 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2022.
- ↑ "Generals MacArthur and Allen at Owers' Corner" [Generallar Makatur və Allen Overs küncündə] (ingilis). Australian War Memorial. 27 sentyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyun 2022.
- ↑ "Alan MOORE" [Alan MUR]. The Age (ingilis). Fairfax Media. 26 sentyabr 2015. 21 iyun 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 iyul 2022.
Xarici keçidlər
redaktə- Vikianbarda Alan Mur (müharibə artisti) ilə əlaqəli mediafayllar var.