Ala Yelkenler - Wikipedia
Ala yelkənlər (rus. Алые паруса) — hər il Sankt-Peterburqda(keçmiş Leninqrad) keçirilən orta məktəb şagirdlərinin buraxılış bayramıdır.[1] Adət olaraq ən aydın bəyaz gecəyə düşən şənbə günündə keçirilir(adətən 18–27 iyun tarixləri arasında, 22 iyun istisna olmaqla).
Ala yelkənlər | |
---|---|
Ölkə | Rusiya |
Qeyd olunmağa başlayıb | 28 iyun 1968 |
5-tv.ru/parusa/ | |
Vikianbarda əlaqəli mediafayllar |
İlk dəfə bayram 28 iyun 1968-ci ildə baş tutub.[1] İlk rəsmi tədbir isə bir il sonraya, 1969-cu ilə təsadüf edib.[1] 1979-cu ildən bayramın keçirilməsi dayandırlıb, lakin 2005-ci ildən yenidən davam edib.[1]
Tədbir üçün biletlər alına bilməz, yalnız məzunlar və onların yaxınları tədbirdə xüsusi dəvətnamələrlə iştirak edə bilərlər[1].
Tədbirin tarixi
redaktəAla yelkənlər bayramı 1968-ci ildə Sankt-Peterburqda bir neçə məzun qrupunun təşəbbüsü ilə meydana çıxdı.[2] İlk bayram 28 iyun 1968-ci ildə saat 23:00-da başladı. Həmin tədbirdə 25 mindən çox məzun iştirak edirdi.[3]
Tədbir Troiçki körpüsünün[rus.] altından hərəkətə başlayan bir qrup katelə açıq elan olundu. Onların ardınca Leninqrad[rus.](indiki Ümid(rus. Надежда) adalanır) əsas gəmisi çıxdı. Gəmidə əlində bayraq olan 3 məzun dayanır. Onların ətrafında əllərində məşəllər tutan uşaqlar yerləşirdi. Həmin məşəllər vasitəsiylə Rostral sütun alovlandırılır və səhərə kimi alovlanmağa davam edirdi. İstifadə olunan gəmilər müxtəlif illərdə başqaları ilə olundu.[1]
Pirotexniki şou təxminən gecə yarısından sonra başlayırdı və təxminən 20 dəqiqə davam edirdi.[4]
1977-ci ildə Leninqrad Vilayət Komitəsinin rəhbəri Qriqori Romanov[rus.] tədbiri ləğv etmək qərarına gəldi və həmin il tədbir Kirov adına stadionda[rus.] gəmisiz keçirildi.1979-cu ildə Romanov gənclərin böyük izdihamı səbəbindən tədbiri tamamilə ləğv etdi.[1][5] Bayram yalnız 2005-ci ildə rəsmi statusunu bərpa etdi.
Bayramın bərpası
redaktə2005-ci ildə Vladimir Putin Ala yelkənlər bayramını yenidən keçirməyi təklif etdi. Məhz onun təşəbbüsü ilə Sankt-Peterburq qubernatoru Valentina Matvienko Sankt-Peterburqda məzunların bayramının keçirilməsi ənənəsini bərpa etmək qərarına gəldi.[6]
Tənqid
redaktəBir çox kütləvi informasiya vasitələri festivalda sərxoş vəziyyətdə xeyli insanın olduğunu qeyd edirlər.[7][8]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 ""Алые паруса" - история и современность :: InterRight". inright.ru. 2019-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-11.
- ↑ Как "Секрет" "Аврору" победил Arxivləşdirilib 2014-08-26 at the Wayback Machine. Санкт-Петербургские ведомости. 18.06.2010. № 110-с (4639). С. 3.
- ↑ "«Алые паруса» впервые отпраздновали 50 лет назад" (rus). Новости Мойка78. 2018-06-27. 2019-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-15.
- ↑ Алёна Моргуновская. "В Петербурге прошли «Алые Паруса»" (rus). CBS MEDIA. 2019-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-11.
- ↑ "При Валентине Матвиенко снесли киоски и зажгли телебашню". 2017-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-23.
- ↑ "Путин рассказал, как предложил возродить праздник «Алые паруса» в 2005 году". ТАСС. 2019-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-15.
- ↑ "Фонтанка. Ru — Блог". 2009-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-14.
- ↑ "Блогеры: «Алые паруса» рассчитаны специально на пьяных подростков со всеми вытекающими. Гаzета. СПб". 2013-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-14.