Akif Huseynov Professor - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Hüseynov Akif Məhərrəm oğlu (d.31 yanvar, 1950-ci il-v.25 may, 2013-cü il) — məşhur alim və pedaqoq, texniki elmlər doktoru, professor, Azərbaycan Neft Akademiyasının “Elektrik stansiyalar” kafedrasının müdiri.
Akif Hüseynov | |
---|---|
Hüseynov Akif Məhərrəm oğlu | |
Doğum tarixi | |
Vəfat tarixi | (63 yaşında) (63 yaşında) |
Vətəndaşlığı | Azərbaycan |
Elmi dərəcəsi | |
Elmi adı | professor |
Həyatı
redaktəAkif Hüseynov 31 yanvar 1950-ci ildə anadan olub[1]. O, 1967-ci ildə orta məktəbi bitirdikdən sonra, Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) “Elektrik enerjisi” fakültəsinə daxil olub, 1972-ci ildə elektrik şəbəkələri və sistemləri üzrə mühəndis-elektrik ixtisasına yiyələnib.
A.Hüseynov əmək fəaliyyətinə “Azərenerji”də proqramçı kimi başlayıb, sonra isə avtomatlaşdırma idarəetmə sistemləri informasiya təminatı qrupunun rəhbəri olub. 1976-cı ildə A.Hüseynov Moskva Energetika İnstitutuna “Elektrik enerji sistemləri” kafedrasının əyani aspiranturasına qəbul olub. 1979-cu ildə o, professor Litkensin rəhbərliyi altında “Tərkibində zəif sistemlərarası əlaqələr olan elektrik sistemlərdə nəticə sabitliyi məsələləri” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.
Bakıya qayıtdıqdan sonra A. Hüseynov Neft və Kimya İnstitutuna “Elektrik stansiyaları” kafedrasına assistent vəzifəsinə işə qəbul edilib. Bir neçə vaxtdan sonra o dosent olub. O, Azərbaycan və rus dilində bir neçə fənlərdən leksiya oxuyub. Pedaqoji fəaliyyətlə yanaşı o, aktiv şəkildə elmi tədqiqatlarla məşğul olub. 1989-90-cı illərdə A.Hüseynov ixtisas üzrə məruzələri oxumaqla ABŞ-nin bir sıra universitetlərində olub. O, 1995-ci ildə operativ idarəetmə zamanı mürəkkəb elektrik enerji sistemlərinin iş rejimlərinin hesablanması metodlarına həsr edilmiş doktorluq dissertasiyasını müdafiə edib.
2004-cü ildə o, Köln Texniki Universitetində elmi-tədqiqat işlərinin aparılmasında iştirak edib. Onun əsas əmək fəaliyyəti “Elektrik stansiyaları” kafedrasında assistentdən kafedra müdirinədək vəzifəsində çalışdığı Azərbaycan Neft və Kimya İnstitutuyla bağlıdır. Bu iş müddətində Akif Hüseynovun iştirakıyla energetika kimi xalq təsərrüfatı sahəsinin mühüm sahəsində işləmək üçün mütəxəssislər hazırlanıb. O, “Azərenerji” və “Bakı elektrik şəbəkə” sistemində işləmək üçün yüksək səviyyəli kadrların hazırlanmasında həddən ziyadə güc sərf edib.
A.Hüseynov peşəkar hazırlığı, yüksək elmi səviyyəsi, praktiki problemlərin həllində elmi nəticələri istifadə etmək qabiliyyətiylə fərqlənib. O, istehsalata bütün işlənib hazırlanmış proqram komplekslərini tətbiq etməklə müxtəlif koordinatlarda qısa qapanma və müəyyən edilmiş qeyri-simmetrik rejimlərin hesablanması kimi mürəkkəb məsələləri həll edib. A.Hüseynovun nəzəri və eksperimental tədqiqatlarının nəticələri real enerji sistemində yarımçıq fazalı ehtimalların müəyyən edilməsi zamanı praktiki istifadə tapıb. O, elektrik stansiyaları və elektrik enerjisi sistemlərinin avtomatlaşdırılması məsələsinə xüsusi önəm verib.
2007-2008-ci illərdə A.Hüseynov Elmi-tədqiqat enerji İnstitutunun direktoru vəzifəsində çalışıb və eyni zamanda Prezident yanında Ali Attestasiya Komissiyasının üzvü olub.
A.Hüseynov mühəndis, bakalavr, magistr və aspirantların müvəffəqiyyətlə istifadə etdikləri elektrik enerjisinin aktual problemləri üzrə 19 kitab və dərsliklərin, 100-ə yaxın elmi məqalələrin müəllifidir.
A.Hüseynov tərəfindən “Bakı Elektrik Şəbəkə” Tədris Mərkəzinin təşkili, bu sahədə iş üçün mütəxəssislərin seçilməsi və öyrədilməsiylə bağlı böyük işlər görülüb. O, bu sistemin fasiləsiz, qəzasız və tam stabil işləməsi üçün kadrların seçilməsi, onların öyrədilməsi məsələlərinə böyük önəm və diqqət yetirib.
25 may 2013-cü il tarixində 64 yaşında Azərbaycan Neft Akademiyasının “Elektrik stansiyalar” kafedrasının müdiri, professor, texniki elmlər doktoru, məşhur alim və pedaqoq Hüseynov Akif Məhərrəm oğlu qəfil dünyasını dəyişib.
A.Hüseynov həm də gözəl ailə başçısı idi. O, öz həyat yoldaşı və uşaqlarını çox sevirdi. Ailəsi onun üçün hər şey idi. Mərhum alim, övladları-ailəsi üçün yaşayırdı və onlar üçün daim mehriban ata və həyat yoldaşı idi. Böyük alim Akif Hüseynov hafizələrdə də gözəl insan kimi qalacaq.
İstinadlar
redaktə- ↑ "Ömrünü elmə həsr edən alim". 2016-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-25.