Ahmet Taner Kislali - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Əhməd Tanər Qışlalı (türk. Ahmet Taner Kışlalı; 10 iyul 1939, Zilə[d], Toqat ili – 21 oktyabr 1999, Ankara) — Türkiyə politoloqu, siyasətçisi (sabiq nazir), yazıçısı və təhsil qurumu üzvü.
Əhməd Tanər Qışlalı | |
---|---|
türk. Ahmet Taner Kışlalı | |
Doğum tarixi | 10 iyul 1939 |
Doğum yeri | |
Vəfat tarixi | 21 oktyabr 1999 (60 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili | |
Fəaliyyəti | akademik[d], felyetonçu[d], siyasətçi |
ahmettanerkislali.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAtası Ziraat Bankı xəzinədarı Hüsnü bəy, anası isə Kilis Kemaliye ibtidai məktəb müəllimi olan Lütfiye xanımdır. Əhməd Tanər Kilis Kemaliye ibtidai məktəbindən sonra Kilis orta məktəbini və Kabataş oğlan Liseyini bitirib. Liseyi bitirdikdən sonra Ankara Universitetinin Siyasi Elmlər fakültəsinə daxil olmuş, oxuduğu müddətdə həm də "Yeni gün"-də idman jurnalistliyi etmişdir. 1962–1963-cü illərdə " Yeni gün" qəzetində yazı işləri şöbəsinin müdiri olmuşdur. Paris Universitetində konstitusiya və siyasət elmi çərçivəsində "Müasir Türkiyədə siyasi güclər" adlı elmi işini müdafiə edərək doktorluq dərəcəsi alıb. Fransada tanış olduğu Bordolu Nikole(Nilgün Kışlalı) ilə 1968-ci ildə evlənən Kışlalının bu evlilikdən iki qızı dünyaya gəlib.
Əsgərlikdən qayıtdıqda universitetə qəbul edilməmiş, Siyasi Elmlər fakültəsinə keçmişdir. 1972-ci ildə dosent adını almışdır. 1971–1977-ci illərdə " Yankı" dərgisində yazdığı yazıları ilə CHP başqanı Büllent Ecevitin diqqətini çəkmiş və 1977-ci ildə CHP siyahısında İzmir millət vəkili seçilmişdir. 1978-ci ildə Bülent Ecevit hökumətində mədəniyyət naziri olmuşdur. 12 sentyabr 1980-ci il hücumundan sonra Ankara Universitetində Telekommunikasiya fakültəsində siyasət dərsləri keçməyə başlayan Kışlalı 1988-ci ildə professor dərəcəsinə yüksəlmişdir. 1991-ci ildə "Cumhuriyyet" qəzetində "Həftəyə baxış" başlığı ilə köşə yazıları yazmağa başlamışdır. 1995-ci ildə yol qəzası nəticəsində həyat yoldaşını itirmiş və 1997-ci ildə ikinci dəfə ailə qurmuşdur. Nilufer Kışlalı ilə evliliyindən üçüncü qızı Nilhan Nur dünyaya gəlmişdir. Əhməd Tanər 1999-cu ildə 21 oktyabrda Ankarada evinin qarşısında edilmiş bombalı hücum nəticəsində dünyasını dəyişmişdir. Ölümündən sonra 1999-cu ildə " Sertel Demokrasi" mükafatına layiq görülüb.