Afrika Birlesmis Statlari - Wikipedia
Afrika Birləşmiş Ştatları 55 müstəqil Afrika dövlətinin hamısının və ya bəzilərinin birləşib federasiya təşkil etməsi barədə təklif olunan konsepsiyadır.
Afrika İttifaqının rəhbəri olan keçmiş Liviya lideri Muammar al-Qəddafi iki regional səviyyəli Afrika sammitində Afrika Birləşmiş Ştatlarının yaradılması fikrini irəli sürür: ilk dəfə 2007-ci ilin iyununda Qvineyanın paytaxtı Konakridə və ikinci dəfəf 2009-cu ilin fevralında Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində. Gəddafinin bu sahədə ilk təşəbbüsü 2000-ci ildə Lome sammitində olmuşdu. O, Afrika İttifaqını çoxsaylı hadisələrdə uğursuzluqda ittiham etmiş və yalnız həqiqi pan-Afrika dövlətinin Afrika regionunda stabillik yaradacağını qeyd etmişdi. Afrika İttifaqı ölkələrinin əksəriyyəti təklif olunan federasiya ideyasını dəstəklədi, onlar bu birliyin “yeni” Afrikaya sülh gətirəcəyinə inanırdılar.
Markus Garvey, 1924
redaktə“ Afrika Birləşmiş Ştatları” ideyası ilk dəfəf Markus Garvey tərəfindən 1924-cü ildə “ Ey, Afrika Birləşmiş Ştatları” şeirində qeyd olunub. Garveyin ideyaları Pan-afrikanist hərəkatına güclü təsir etmişdir. Bu hərəkat 1945-ci ildə Birləşmiş Krallıqda Mançestr şəhərində Beşinci Pan- Afrikanist Konqresinin keçiriıməsi lə nəticələndi
Əhalisi
redaktəTəklif olunan federasiyanın ərazisi istənilən dövlətin ərazisindən böyük olacaqdı ( Yəni, Rusiya Federasiyasından daha böyük). Bu federasiya Çin və Hindistandan sonra dünyanın ən çox əhalisi olan yer olacaq və burda 2000 dildə danışan əhali birləşəcəkdi.
Mənbə
redaktəhttps://en.wikipedia.org/wiki/?axtar=United_States_of_Africa