Adile Sahtaxtinskaya - Wikipedia
Adilə Şahtaxtinskaya (17 aprel 1894, Tiflis – 30 mart 1951, Tbilisi) — Azərbaycan sovet mama-ginekoloq, tibb elmləri doktoru (1930), professor (1936). Tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın.
Adilə Şahtaxtinskaya | |
---|---|
Adilə İsa sultan qızı Şahtaxtinskaya | |
Doğum tarixi | 17 aprel 1894 |
Doğum yeri | |
Vəfat tarixi | 30 mart 1951 (56 yaşında) |
Vəfat yeri | |
Atası | İsa sultan Şahtaxtinski |
Elm sahəsi | ginekologiya |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Tanınır | Tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın |
Həyatı
redaktəAdilə Şahtaxtinskaya 1894-cü il aprelin 17-də Tiflis şəhərində publisist və kollec müşaviri İsa Sultan Şahtaxtinskinin ailəsində anadan olub. Şahtaxtinskaya 1930-cu ildə tibb elmləri doktoru dərəcəsini, 1936-cı ildə isə professor elmi adını qazandı, bununla da tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın oldu.[1] 1933-cü ildən Şahtaxtinskaya Azərbaycan Dövlət Tibb İnstitutunun (hazırda Azərbaycan Tibb Universiteti) mamalıq və ginekologiya kafedrasına başçılıq edirdi. Adilə Şahtaxtinskaya Azərbaycanda ilk qadın kafedra müdirlərindən biri olub. Tədqiqatları, əsasən, qadın gigiyenasına, kəsilib götürülmüş uşaqlığın yumurtalıqlara təsirinə, eklampsiyaya həsr olunmuşdur.[1]
Adilə Şahtaxtinskaya 30 mart 1951-ci ildə Tiflisdə vəfat etmişdir. Tiflisin köhnə müsəlman qəbiristanlığında dəfn edilib (indiki botanika bağının ərazisində yerləşən Görkəmli Azərbaycanlılar panteonunda). Onun adı panteonun ərazisində qoyulmuş abidəsində həkk olunub.
İstinadlar
redaktə- ↑ 1 2 Şahtaxtinskaya Adilə İsasultan qızı Arxivləşdirilib 2022-08-16 at the Wayback Machine // shahtaxti.com.