Aci Heyat Teleserial 2005 - Wikipedia
Acı həyat (türk. Acı Hayat) — rejissor Əbdülqədir Ceyran Edenin etdiyi teleserial.
Acı həyat | |
---|---|
türk. Acı hayat | |
Janr |
Dram Ekşn |
Rejissor | Əbdülqədir Ceyran Ede |
Ssenarist |
Aybars Bora Kahyaoğlu Soner Pehlevan Tangül Sınav İsa Yıldız |
Rollarda |
Kənan İmirzalıoğlu Selin Dəmiratar |
İstehsalçı ölkə | Türkiyə |
İl | 2005–2007 |
Dil | türkcə |
Mövsüm sayı | 2 |
Seriya sayı | 59 |
Davametmə müddəti | 90 dəqiqə |
Telekanal | Show TV |
IMDb | ID0499168 |
Film haqqında
redaktəFilmdə İstanbulun varoş məhəllələrindən birində yaşayan qaynaqçı Mehmet və manikürçü Nərmindən bəhs edir. Mehmet və manikürçü Nərmin bir-birini çox sevən iki gəncdir. Evlənib yuva qurmaq istədikləri halda pulsuzluq üzündən davamlı çətinlik yaşayırlar.
Yoxsulluq üzərinə kabus kimi gəlir. Tale, sanki bu iki sevgilini bir-birindən qoparmaq üçün şəbəkələrini qururlar.
Nərmin gün keçdikcə yoxsulluğun onu itələdiyi ümidsizliyə qapılır, Mehmet isə bütün səylərinə baxmayaraq Nərmini xoşbəxt edəcək bir şey edə bilmir.
Nərmin xoşbəxt olacağına dair bütün inancını itirməyə başladığı bir vaxtda, cəmiyyət həyatının məşhur adlarından biri olan Bəlqıs Kərvançıoğlu, manikür etdirmək üçün Nərmini dəbdəbəli malikanəsinə çağırır. Bəlqız, bu möhtəşəm malikanədə; əri Səfa, qızı Filiz və məşhur pleyboy olan oğlu Endər ilə yaşayır.
Endər, bacısı Filizlə iddia edir ki, Nərmini özünə bağlayacaq. Bu hadisə ümidsiz bir sevgi daşımağa çalışan Nərminin taleyini dəyişdirir. Endər, başda zərərsiz görünən, ancaq sonra Nərminin həyatını cəhənnəmə çevirəcək taktikalarla, gənc qızın həyatına bir daha çıxmamaq üçün girməyi bacarır.
Nərmin varlı və işıltılı bir dünyaya doğru gün keçdikcə yaxınlaşmağa və bunun bədəli olaraq həyatının eşqi Mehmetdən uzaqlaşmağa başlayır.
Mehmet üçün isə, artıq həyatda tək bir mühüm şey var; intiqam. Yoxsulluq ucbatından itirdiyi məhəbbətinin intiqamını almaq. Bunun da bircə yolu var; varlı olmaq! Həm də ölkənin mühüm sərvətlərindən biri olan Endər və ailəsini qarşısında diz çökdürmək.
Filmin heyəti
redaktəAktyor | Obrazı | Oynadığı hissələr | haqqında |
---|---|---|---|
Kənan İmirzalıoğlu | Mehmet Kosovalı | 1–59 | Nərminin köhnə nişanlısı. Tərsanədə qaynaqçıydı. Kərvançıoğullarından intiqam almaq üçün tərsanədən ayrıldı |
Selin Dəmiratar | Nərmin Yıldız | 1–59 | Acı həyat serialında rol alan Nərmin, İstanbulun Varoş Məhəllələrindən birində yaşayayır. Nərmin və Mehmet bir-birini çox sevən iki gəncdir. Evlənib yuva qurmaq istədikləri halda pulsuzluq üzündən davamlı çətinlik yaşayırlar. Tale, sanki bu iki sevgilini bir-birindən qoparmaq üçün şəbəkələrini qururlar.
Nərmin gün keçdikcə yoxsulluğun onu itələdiyi ümidsizliyə qapılır. Nərmin varlı və işıltılı bir dünyaya doğru gün keçdikcə yaxınlaşmağa və bunun bədəli olaraq həyatının eşqi Mehmetdən uzaqlaşmağa başlayır. Endər tərəfindən 51-ci hissədə vurulur. Ancaq Aparılan müdaxilələrə baxmayaraq xilas ola bilmir, və 59-cu seriyada ölür. |
Oğuz Galeli | Endər Kərvançıoğlu | 1–59 | |
Ebru Kocaağa | Filiz Kərvançıoğlu | 1–59 | Endərin bacısı |
Əhməd Yenilməz | Həsən | 1–59 | |
Ekin Türkmən | Özləm Kosovalı | 1–59 | Mehmetin bacısı |
Murad Soydan | Cəlal Kosovalı | 1–59 | Mehmet və Özləmin atası |
Meral Orhonsay | Sultan Kosovalı | 1–59 | Cəlal Kosovalının həyat yoldaşı, Mehmet və Özləmin ögey anası |
Fərdi Mərtər | Səfa Kərvançıoğlu | 1–56 | Kərvançıoğlu Holdinqin sahibi. Endər və Filiz Kərvançıoğlunun atası. Həbsxanada intihar edir. |
Özləm Turhal | Mügə | 1–59 | |
Gülsevən Yılmaz | Mələk | 1–59 | Nərminin bacısı |
Təkin Təməl | Şükrü | 1–59 | Mələyin həyat yoldaşı. Mehmet Kosovalının dostu. |
Uğur Taşdemir | Çağdaş | 5–57 | Kərvançıoğlu Holdinqin vəkili. Pulları qaçırarkən Topal İzzət tərəfindən öldürülür. |
Mehmet Polat | Bəkir Qaradağlı | 6–51 | Acı həyat serialında rol alan Bəkir Qaradağlı, 6-cı bölümdən 51-ci bölümə qədər iştirak edir. Acı həyat serialının 8-ci bölümündə Mehmet Kosovalını aslayır və işgəncə verdikdən sonra, qəbirstanlığa atır. Bir neçə müddətdən sonra, Mehmet Kosovalının sağ olduğunu öyrənir. 23-cü bölümdə, Rəhman Maraşın evi, Bəkir Qaradağ tərəfindən havaya uçurulur. 51-ci bölümdə Bəkir, Səfa Kərvançıoğlunun yeni iş adamı — Tərzini öldürüb, cinayəti Mehmet Kosovalının üzərinə atmaq istəyir, lakin silahı boş çıxır. Tərzi tərəfindən silahla öldürülür. |
Murad Yatman | Beton | 8–58 | Səfa Kərvançıoğlu'nun cənazəsindən sonra qəbirstanlıqda olan atışma nəticəsində Mehmet Kosovalı alnından vuraraq öldürür. |
Süleyman Arslan | Sülo | 8–58 | |
Enis Aybar | Uzun | 8–58 | |
Şahin Çəlik | Tərzi | 32–58 | Səfa Kərvançıoğlu'nun cənazəsindən sonra qəbirstanlıqda atışmada Mehmet Kosovalı alnından vuraraq öldürür. |
Hüseyn Almalıpınar | Numan | 32–58 | Səfa Kərvançıoğlu'nun cənazəsindən sonra qəbirstanlıqda çatışmada Beton tərəfindən vurularaq öldürülür. |
Ərcan Dəmirəl | Rəhman Maraş | 9–23 | Bəkir Qaradağ tərəfindən evi havaya uçurulur. |
Xəlil İbrahim Qalayçıoğlu | Topal İzzət | 10–58 | Uzun və Sülo tərəfındən öldürülür. |