Abbas Israfilov - Wikipedia
Abbas İsrafilov (ləzg. Абас Исрафилов, 28 sentyabr 1960, Dərbənd rayonu, Dağıstan MSSR – 26 oktyabr 1981, Əfqanıstan) — Sovet İttifaqı Qəhrəmanı, Əfqanıstandakı Sovet Qüvvələrinin 40-cı Ordusunun tərkibində 103-cü Qvardiya Hava -Desant Diviziyasının 357-ci Qvardiya Paraşütçü Alayının mühəndis taqımının komandir müavini, qvardiya çavuşu.
Abbas İsrafilov | |
---|---|
ləzg. Абас Исрафилов | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 sentyabr 1960 |
Doğum yeri | |
Vəfat tarixi | 26 oktyabr 1981 (21 yaşında) |
Vəfat yeri | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | çavuş |
Təltifləri |
|
Ailə
redaktəAtası İslam Abasoviç İsrafilov (1916) topçu olmuşdur. Kiyev, Lvov, Krakovun nasist işğalçılarından azad edilməsində və Berlinin alınmasında iştirak etmişdir. Hərbi ixidmətlərinə görə iki Şöhrət ordeni, "İgidliyə görə", "Berlinin alınmasına görə", "Almaniya üzərində qələbəyə görə" və digər medallarla təltif edilmişdir.
Anası Səlimət İsrafilova da atası kimi Beliçi konserv zavodunda işləyirdi.
Həyatı
redaktəAbbas İslamoviç İsrafilov 28 sentyabr 1960-cı ildə Dağıstanın Dərbənd rayonunun Belici kəndində anadan olmuşdur. Milliyyətcə ləzgidir. 1975-ci ildə səkkizinci sinfi bitirib 16 saylı Dərbənd peşə məktəbinə daxil olur, sonra rəngsaz və suvaqçı kimi işə başlayır. 1980-ci ildə bir qrup gənc inşaatçı, komsomolçu ilə birlikdə "Olimpiya kəndini" qurmaq üçün Moskvaya göndərilir. Elə həmin il orduya çağırılır və Litvaya hava-desant qoşunlarının təlim hissəsinə göndərilir[1][2]. 1980-ci ilin mayında Abbas İsrafilovun hərbi təlim keçdiyi hissə Minskdən hava yolu ilə Əfqanıstana köçürülür. 1980–1981-ci illərdə Əfqanıstanda Sovet qoşunlarının kontingenti ilə xidmət edir. 357-ci Qvardiya Hava-Desant Alayının (10-cu Qvardiya Hava Desant Diviziyası) mühəndis taqımının komandir müavini olur. Bir sıra hərbi basqınlarında və əməliyyatlarında, mina təmizləmə taqımının komandiri vəzifəsini yerinə yetirən çavuş İsrafilov sütun yollarının mühəndis kəşfiyyatını təmin edir.
26 oktyabr 1981-ci ildə döyüşdə aldığı yaralardan ölür.
Sovet İttifaqı Qəhrəmanı
redaktəSSRİ Ali Soveti Rəyasət Heyətinin 28 dekabr 1990-cı il tarixli fərmanı ilə Əfqanıstan Respublikasında beynəlxalq vəzifəni yerinə yetirərkən göstərdiyi şücaət və qəhrəmanlığa görə qarovul çavuşu İsrafilov Abbas İslamoviç Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür (ölümündən sonra).
Mükafatlar
redaktə- "Qızıl Ulduz" medalı (26.12.1990, ölümündən sonra);
- "Lenin" ordeni (26.12.1990, ölümündən sonra);
- "Qırmızı Bayraq" ordeni;
- "İgidliyə görə" medalı.
Xatirəsi
redaktəSovet İttifaqı Qəhrəmanı Abbas İsrafilovun şərəfinə Dağıstanın Dərbənd rayonunun Belici kəndində bir küçə və orta məktəb adlandırılmışdır. Dərbənd şəhərində İsrafilov parkı vardır.
İstinadlar
redaktə- ↑ "В поселке Белиджи почтили память героя Совесткого Союза Абаса Исрафилова". Администрация Дербентского района. 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-01.
- ↑ "Abbas İsrafilov". 2021-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-03.