Agdas Qezet - Wikipedia
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
"Ağdaş" – Azərbaycanın Ağdaş rayonunda çıxan əyalət mətbuatı.
Ağdaş | |
---|---|
Yaranma tarixi | 7 yanvar 1932 |
Dil | Azərbaycan dili |
Tarixi
redaktə"Ağdaş" qəzetinin ilk nömrəsi 7 yanvar 1932-ci ildə "Ağdaş pambıqçısı" adı ilə çap olunub. Qəzet 1938-1962-ci illərdə "Pambıq uğrunda mübarizə" adı ilə çıxıb. 1962-1966-cı illərdə Ağdaş, Göyçay, Qəbələ, Ucar, Kürdəmir rayonlarını əhatə edən "Yeni həyat" adlı zona qəzeti Göyçayda nəşr olunub.
1966-2003-cü illərdə Ağdaşda köhnə qəzet "Əmək" adı yenidən dərcini davam etdirib. 2003-cü il noyabrın 16-dan qəzet "Ağdaş" adı ilə nəşr olunur.
1938-ci ildən 1968-ci ilədək "Pambıq uğrunda mübarizə" və "Əmək" qəzetlərinin redaktoru Kərim Abdullayev olub. Qəzet 1983-cü ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanına layiq görülüb. 1983-cü ildə 50 illiyi ilə əlaqədar qəzetin bir qrup işçisi Azərbaycan Jurnalistlər İttifaqının diplom və fəxri fərmanlarına təltif olunub, həmçinin rayon partiya komitəsinin fəxri fərmanını alıb.
Qəzetin redaktorlarından iki nəfəri – Fikrət Hacıyev və Fariz Rüstəmov "Əməkdar jurnalist" fəxri adına və "Qızıl Qələm" mükafatına layiq görülüblər. "Əmək" qəzetində "Zərrəbin" satirik guşəsi və "Tər çiçəklər" ədəbi birliyi fəaliyyət göstərmişdir.
Qəzet ayda iki dəfə nəşr olunur.
Mənbə
redaktə- Ağdaş haqqında Arxivləşdirilib 2017-02-02 at the Wayback Machine
İstinadlar
redaktə Qəzet haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |