7 Li Qayidis Qesebesi - Wikipedia
7 №-li Qayıdış qəsəbəsi — Azərbaycan Respublikasının Füzuli rayonunun 7 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 7 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 6 №-li Qayıdış qəsəbəsi olmaqla, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış və 11 №-li Qayıdış qəsəbələrindən ibarət İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.[2] Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun 7 №-li Qayıdış qəsəbəsi İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, 7 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.[3][4]
7 №-li Qayıdış qəsəbəsi | |
---|---|
39°43′46″ şm. e. 47°31′13″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1 sentyabr 2004 |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 994 26 |
Nəqliyyat kodu | 19 |
Əhalisi
redaktəQəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb.
2019-cu ilin oktyabr ayına olan məlumata görə 7 saylı Qayıdış qəsəbəsinin ümumi əhalisi 830 nəfərdir. Qəsəbədə 4 şəhid ailəsi, 6 Qarabağ müharibəsi əlili var.[5]
Təhsil
redaktə7 saylı Qayıdış qəsəbəsində 198 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.[6]
Qəsəbədə "Qayıdış qəsəbə 6 № li tam orta məktəb" fəaliyyət göstərir.[7]
Sosial infrastruktur
redaktəQəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər.
Qəsəbədə icra nümayəndəliyi, məktəb, uşaq bağçası, tibb məntəqəsi və kitabxana fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.
- ↑ "Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
- ↑ "Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında". anl.az. 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 avq 2024.
- ↑ "Füzulinin icra başçısı Qayıdış qəsəbəsində sakinlərlə görüşüb". 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-20.
- ↑ Kürdəmir Regional Mədəniyyət İdarəsi. "Region haqqında: Təhsil: Füzuli" (az.). kurdamir.mctgov.az. 2020. 2020-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-18.
- ↑ "Füzuli rayonu: Ümumtəhsil məktəbləri" (az.). fuzuli.edu.gov.az. 2020. 2020-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-11.
Xarici keçidlər
redaktə- Füzuli rayon bələdiyyələrinin siyahısı
- Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Azərbaycan. - 2009. - 31 iyul. - S. 1.
- Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
- ""Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 30 may 2014-cü il tarixli Qanunu" (az.). president.az. 2014-05-30. 2020-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.