1994 Nortrid Zelzelesi - Wikipedia
1994 Nortrid zəlzələsi ― 17 yanvar 1994 tarixində Sakit standart saatı ilə yerli vaxtla saat 04:31-də Amerika Birləşmiş Ştatları, Kaliforniya, Los Anceles şəhərində meydana gələn zəlzələ. Zəlzələnin San Fernando Vadisində ki Nortrid bölgəsində sıx olmasından dolayı və həmçinin KİV-in bu adı istifadə etməsindən dolayı Nortrid Zəlzələsi olaraq adlandırılır. Zəlzələnin əsas episentri Resedada olub. 10-20 saniyə aralığında davam edən [1] zəlzələnin moment maqnitudu 6,7 bal gücündə olub.
1994 Nortrid zəlzələsi | |
---|---|
| |
Növü | Nortrid hiss edilməyən zələlə layı |
Tarix |
|
Maqnituda | 6.7 Mw |
Hiposentrin dərinliyi | 17 km (10.56 mil) |
Episentrin yeri | San Fernando vadisi |
Əhatəsi | Amerika Birləşmiş Ştatları (Cənubi Kaliforniya) |
Ölənlər | 57 |
Xəsarət alanlar | 8700+ |
İqtisadi zərər | $20 milyard |
Afterşoklar | IX - Bal |
Xəritədə yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Zəlzələdə ölçülən 1,7g-lik (16,7 m/s2) güclü yer sarsıntısının dəyəri Şimali Amerikanın yaşayış yerlərində o günə qədər ölçülmüş ən yüksək dəyər olmuşdur [2]. Zəlzələnin episentri 360 km (220 mil) uzaqlıqda olan Las Veqasdada hiss edilib. Rinaldi stansiyasında qeydə alınan 183 sm/s-lik (6.59 km/saat və ya 4.09 mil/saat) o günə qədər qeydə alınan ən sürətli pik yer sürəti (PGV) dəyəridir.
Zəlzələdə 57 nəfər ölmüş, 8700-dən çox insan yaralanmışdır. Təxminən $20 milyard dollar zərərə səbəb olan zəlzələ, o günə qədər ABŞ tarixinin ən çox maddi zərərə səbəb olan təbii fəlakətlərdən biridir.
Zəlzələnin episentri
redaktəZəlzələ Los Anceles şəhər mərkəzindən 31 km (20 mil) şimal-qərbdə, Nortrid bölgəsi yaxınlığında San Fernando Vadisində baş verdi. Əsas episentr Resedada, Reseda Bulvarı ilə Strathern küçəsinin kəsişdiyi yerə düşür. Zəlzələnin Nortrid Zəlzələsi adlandırılmasının səbəbi, episentrinin dəqiq yeri müəyyənləşdirməsi uzun müddət çəkdiyindən, zərərin Nortriddə olması və KİV-in Nortrid adını qeyd etməsidir.
ABŞ Milli Geofizik Məlumat Mərkəzi zəlzələnin hiposentrinin coğrafi koordinatlarını 34°12′47″K 118°32′13″B və dərinliyini 17 km (10.56 mil) hesabladı. Bölgənin San Andreas layına yaxın olmasına baxmayaraq zəlzələ bu layın üzərində baş vermədi. Zəlzələyə səbəb olan lay, əvvəllər kəşf edilməmiş, Nortrid hiss edilməyən zələlə layıdır (Pico hiss edilməyən lay olaraq da bilinir).
İstinadlar
redaktə- ↑ "USGS Response to an Urban Earthquake -- Northridge '94". 2012-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-19.
- ↑ Northridge Earthquake Southern California Earthquake Data Center Arxivləşdirilib 2004-09-04 at the Wayback Machine. 6 Oktyabr 2006