1960 Uefa Milletler Kuboku - Wikipedia
Futbol üzrə 1-ci Avropa çempionatı (və ya Avropa Milllətlər Kuboku) — milli yığma komandalar arasında UEFA bayrağı altında hər dörd ildən bir keçirilən futbol üzrə Avropa çempionatlarının birincisi. Turnirin final mərhələsi dörd komandanın iştirakı ilə Fransada keçirilmişdir. Çempionatın qalibi Parisdəki Park de Prens stadionunda keçirilən final oyununda əlavə vaxtda Yuqoslaviya milli futbol komandasına 2:1 hesabı ilə qalib gəlmiş SSRİ milli futbol komandası olmuşdur. GoldStar, Panasonic və Toyota şirkətləri çempionata sponsorluq etmişlər.
1960 UEFA Millətlər Kuboku | |
---|---|
46°59′49″ şm. e. 2°00′08″ ş. u.HGYO | |
Yarış məlumatları | |
Ev sahibi | Fransa |
Tarix | 6-10 iyul 1960 |
Başlama tarixi | 6 iyul 1960 |
Bitmə tarixi | 10 iyul 1960 |
Stadion sayı | Park de Prens (Paris), Velodrom (Marsel) (Paris, Marsel ev sahibi şəhərdə) |
Yekun nəticəsi | |
Çempion | SSRİ |
İkinci | Yuqoslaviya |
Üçüncü yer | Çexoslovakiya |
Dördüncü yer | Fransa |
Yarış statistikası | |
Oyun sayı | 4 |
Qol sayı | 17 (matç başına: 4.25) |
Tamaşaçı sayı | 78958 (matç başına: 19740) |
Mükafat sahibləri | |
Bombardir(lər) |
Valentin İvanov Viktor Ponedelnik Fransua Ett Milan Qaliç Drajan Yerkoviç (hər biri 2 qol) |
1964 → | |
Vikianbarda əlaqəli mediafayllar |
Reqlament
redaktəTurnir olimpiya sisteminə uyğun şəkildə keçirilmişdir. Ümumilikdə çempionatda 17 komanda iştirak etmişdir. Bu tək rəqəm olduğuna görə turnirdə yeganə seçmə mərhələsi oyunu atılan püşklə Çexoslovakiya və İrlandiya milli futbol komandaları arasında baş tutmuşdur. Oyunun nəticəsinə görə Çexoslovakiya millisi 1/8 finala vəsiqə qazanmışdır. 1/8 və 1/4 final oyunlarında da komandalar iki oyun keçirmişlər: evdə və səfərdə. Yarımfinal oyunları və final Fransada baş tutmuşdur. Çünki turnirin banisi və ideya müəllifi Fransa Futbol Federasiyasının sədri Anri Delone idi. O vaxt ev sahibi komanda üçün avtomatik final mərhələsinə qatılmaq qaydası hələ mövcud deyildi.
Tarixi
redaktə13 komanda 1960-cı ildə keçirilən futbol üzrə ilk Avropa çempionatında iştirakdan imtina etmişdi. Bunların arasında İngiltərə, Belçika, AFR, İtaliya, Niderland, İsveç də vardı. Bu komandalar iştirakdan imtinanı futbolçularının klublarda həddən artıq çox yüklənmələri ilə əsaslandırmışlar. Qeyri-rəsmi səbəblər kimi isə çempionatın nüfuzunun aşağı olacağının ehtimal edilməsi və klublararası kubok yarışlarına rəqabət yarada biləcəyi göstərilirdi.[1][2].
İspaniya milli futbol komandasının oyunçuları 1/4 final oyunu üçün SSRİ-yə gəlməkdən siyasi motivlərə görə imtina etdiklərinə görə komanda turnirdən uzaqlaşdırılmışdır. Beləliklə də dördlər finalına üç Şərqi Avropa komandası - SSRİ, Yuqoslaviya və Çexoslovakiya qatılmışdır. Dördüncü komanda çempionatın ev sahibi Fransa millisi olmuşdur.
Yarımfinalda SSRİ millisi çexoslovakiyalıları 3:0 hesabı ilə darmadağın etmiş, yuqoslaviyalılar isə gərgin keçən oyunda fransızlar üzərində 5:4 hesablı qələbə qazanmışlar. 3-cü yer uğrunda oyunda Çexoslovakiya yorulmuş Fransanı 2:0 hesabı ilə məğlub etmişdir.
Final oyununda Yuqoslaviya millisi hesabı açsa da, SSRİ yığma komandasının əfsanəvi gürcü hücumçusu Slava Metreveli 49-cu dəqiqədə hesabı bərabərləşdirmişdir. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatmışdır. Əlavə vaxtda Viktor Ponedelnik vaxtın bitməsinə 7 dəqiqə qalmış qələbə topunu rəqib komandanın qapısından keçirmişdir.
İştirakçılar
redaktəŞəhərlər və stadionlar
redaktəMarsel | Paris | ||||
---|---|---|---|---|---|
Velodrom | Park de Prens | ||||
43°16′11″ şm. e. 5°23′45″ ş. u.HGYO | 48°50′29″ şm. e. 2°15′11″ ş. u.HGYO | ||||
Tutumu: 40 000 | Tutumu: 40 000 | ||||
Seçmə mərhələsi oyunları
redaktəKomandaların heyətləri
redaktəFinal turniri
redaktəYarımfinallar | Final | |||||
6 iyul | ||||||
Çexoslovakiya | 0 | |||||
SSRİ | 3 | |||||
10 iyul | ||||||
SSRİ | 2 | |||||
Yuqoslaviya | 1 | |||||
Üçüncü yer | ||||||
6 iyul | 9 iyul | |||||
Fransa | 4 | Çexoslovakiya | 2 | |||
Yuqoslaviya | 5 | Fransa | 0 |
1/2 final
redaktə6 iyul 1960 |
|
Velodrom, Marsel Tamaşaçı: 25184 Hakim: Çezare Yonni |
||||||
Heyətlər: Çexoslovakiya: Şroyf, Şafranek, Popluqar, Novak, Bubernik, Masopust, Voyta, Bubnik, Kvaşnyak, Moravçik, Dolinski SSRİ: Yaşin, Çoxeli, Maslyonkin, Krutikov, Voynov, Netto (k), Metreveli, İvanov, Ponedelnik, Bubukin, Mesxi |
6 iyul 1960 |
|
Park de Prens, Paris Tamaşaçı: 26370 Hakim: Qaston Qranden |
||||||
Heyətlər: Yuqoslaviya: Şoşkiç, Durkoviç, Yusufi, Janetiç, Zebets, Peruşiç, Knez, Yerkoviç, Qaliç, Şekularats, Kostiç Fransa: Lamia, Vendlinq, Erben, Rodzik, Marsel, Ferrye, Ett, Müller, Visnyeski, Stivenar, Vensan |
3-cü yer uğrunda oyun
redaktə9 iyul 1960 |
|
Velodrom, Marsel Tamaşaçı: 9438 Hakim: Çezare Yonni |
||||||
Heyətlər: Çexoslovakiya: Şroyf, şafranek, Popluqar, Nivak, Bubernik, Masopust, Pavloviç, Voyta, Molnar, Bubnik, Dolinski Fransa: Teyandye, Rodzik, Jonke, Şorda, Marsel, Syatka, Ett, Dui, Visnyeski, Stivenar, Vensan |
Final
redaktə10 iyul 1960 |
|
Park de Prens, Paris Tamaşaçı: 17966 Hakim: Artur Edvard Ellis |
||||||
Heyətlər: SSRİ: Yaşin, Çoxeli, Maslyonkin, Krutikov, Voynov, Netto (k), Metreveli, Val. İvanov, Ponedelnik, Bubukin, Mesxi Yuqoslaviya: Vidiniç, Durkoviç, Yusufi, Janetiç, Miladinoviç, Peruşiç, Şekularats, Yerkoviç, Qaliç, Matuş, Kostiç |
Avropa çempionu 1960 |
---|
SSRİ İlk titul |
Bombardirlər
redaktə2 top
Simvolik yığma komanda
redaktəİstinadlar
redaktə- ↑ "UEFA Avropa çempionatlarının tarixi. 1960. Fransa". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-22.
- ↑ "1960 Avropa Çempionatı". 2012-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-21.