1783 Cu Il - Wikipedia
1783-cü_il - Haqqında Məlumat
1783 digər təqvimlərdə | |
---|---|
Qriqori təqvimi | 1783 MDCCLXXXIII |
Yuli təqvimi | 1783 |
Yuli təqvimi bizans erasında |
7291-7292 (1 sentyabr) |
Romanın yarandığı gündən | 2535-2536 (21 aprel) |
Avropa təqvimi |
5543-5544 ה'תקמ"ג - ה'תקמ"ד |
Hicri təqvim | 1197-1198 |
Erməni təqvimi | 4275-4276 (11 avqust)
ՌՉՁԳ |
Çin təqvimi | 4479-4480 壬寅 - 癸卯 qara pələng - qara dovşan |
Efiopiya təqvimi | 1775 - 1776 |
Hind təqvimi | |
- Vikram-samvat | 1839-1840 |
- Şaka sambat | 1705—1706 |
- Kali-yuqa | 4884-4885 |
İran təqvimi | 1161-1162 |
Buddist təqvimi | 2326 |
Holosen təqvimi | 11783 |
Yapon xronologiyası | 3 Temmey erası
|
Hadisələr
redaktə- 3 sentyabr - Paris (Versal) sülh müqaviləsinin imzalanması, İngiltərənin ABŞ-nin müstəqilliyini tanıması.
- 11 oktyabr — Rusiya Elmlər Akademiyası təsis edilib. İlk prezidenti knyaginya Yekaterina Daşkova olub.
- Krım yarımadası Rusiya imperiyasına birləşdirildi. Həmin ildə də Krımda Sevastopol şəhərinin əsası qoyuldu.
- İrəvanda üsyan nəticəsində Hüseynəli və Məmmədhəsən xan qardaşlarının öldürülməsi, Hüseynəli xanın oğlu Qulaməli xanın hakimiyyətə (1783-1785) gəlməsi.
- Xoy xanı Əhməd xan tərəfindən Cəfərqulu xanın Naxçıvanda hakimiyyətə gətirilməsi.
- Gəncədə Hacı bəyin başçılığı ilə baş verən üsyan nəticəsində ikihakimiyyətliliyə son qoyulması.
- Xoy xanı Xudadad xanın Təbriz döyüşündə Əli xan Şəqaqiyə qalib gəlməsi.
- Məliklərin Qarabağ xanlığına qarşı mübarizəsinin kəskinləşməsi.
- 20 avqust - Qafqazdakı rus qoşunlarının komandanı P.S.Potyomkinin Azərbaycan xanlarına müraciəti.
Doğumlar
redaktə- Vaşinqton İrvinq – tanınmış Amerika yazıçısı, tarixçi, siyasətçi (ö.1859).