12 May 1994 Cu Il Tarixli Ateskes Sazisi - Wikipedia
12 may 1994-cü il tarixli atəşkəs sazişi — Birinci Qarabağ müharibəsi zamanı (1988–1994) Bişkek protokolunun imzalanmasından bir neçə gün sonra bir tərəfdən Ermənistan və tanınmamış Dağlıq Qarabağ Respublikası, digər tərəfdən Azərbaycan[1] tərəfindən bağlanmış üçtərəfli atəşkəs sazişi.
Müqaviləni 9 may 1994-cü ildə Məmmədrəfi Məmmədov (Azərbaycan tərəfdən), 10 may 1994-cü ildə Serj Sarkisyan (Ermənistan tərəfdən), 11 may 1994-cü ildə Samvel Babayan (Dağlıq Qarabağ Respublikası tərəfdən) imzalamışdır.. Müqavilənin əsas müddəası 12 may 1994-cü il saat 00:01-dən etibarən tam atəşkəsin təmin edilməsi və hərbi əməliyyatların dayandırılması idi. Heç bir strateji əhəmiyyət kəsb etməyən müntəzəm toqquşmalara və qarşılıqlı atəşə baxmayaraq, 2016-cı ilin aprelində vəziyyətin əhəmiyyətli dərəcədə gərginləşməsinə qədər, ümumiyyətlə, atəşkəsə əməl olunmuşdur. 2020-ci ildə münaqişə zonasında İkinci Qarabağ müharibəsi başlamışdır və noyabrın 9-dan 10-na keçən gecə üçtərəfli bəyannamənin imzalanması ilə başa çatmışdır.[1]
İstinadlar
redaktə- ↑ 1 2 "Прорыв к перемирию в Нагорном Карабахе". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-07.
Xarici keçidlər
redaktə- Сайт Казимирова В. М., руководителя посреднической миссии России, полномочного представителя Президента Российской Федерации по Нагорному Карабаху, и сопредседатели Минской группы ОБСЕ от России
- Полный текст Бишкекского протокола на сайте Владимира Казимирова
- 25 лет принуждения Азербайджана к миру. Международная практика: от соглашения о перемирии к межгосударственному мирному договору между Республикой Арцах и Азербайджанской Республикой