0 Eded - Wikipedia
0_(ədəd) - Haqqında Məlumat
2894(
Sıfır — ədəd oxunu müsbət və mənfi ədədlərə ayıran tam ədəd.
Tarixi
redaktəQədim yunan astronomu və riyaziyyatçısı Klavdi Ptolemey astronomik cədvəllərində boş kvadratlara O işarəsi qoyardı (yunan əlifbası ilə omikron hərfi, q.yun. ονδεν — heç nə). Sıfır rəqəmi işarəsinin ondan yarandığı güman edilir.
Riyaziyyatda
redaktəSıfırın əsas xassələri
redaktə- İstənilən ədədin üzərinə 0 əlavə etsən, cəm dəyişmir. Bu xassə genişləndirilmiş sistemlərdə, o cümlədən həqiqi və kompleks ədədlər meydanında da doğrudur.
- İstənilən ədədin 0-a hasili sıfra bərabərdir.
- Sıfırın işərəsi yoxdur, yəni o, nə mənfi, nə də müsbət ədəddir.
- 0 nə tək ədəddir, nə də cüt ədəddir.
- 0 istənilən natural ədədə bölünür və qismət 0-a bərabərdir.
- Sıfra bölmək olmaz. Belə ki, əgər , onda bölmənin tərifinə görə olmalıdır, eyni zamanda istənilən b üçün sıfra bərabərdir. Başqa sözlə 0-ın tərsi yoxdur.
- Sıfır faktorial birə bərabərdir.
Əsas hesablamalarda
redaktəƏsas hesablama zamanı ədədi 0-a vurub böldükdə sıfır, 0-dan çıxdıqda mənfi, topladıqda isə müsbət alınır.
Say sistemində
redaktəSay sistemlərində sıfırdan geniş istifadə olunur, sıfır mərtəbələrin yüksəldiyini bildirir. İkilik, səkkizlik, onluq, ve onaltılıq say sistemində sıfır vardır. Sıfır riyazi çəki kəsb etmir, yəni sıfır dedikdə təsəvvürə "boşluq", "heç bir şey" gəlir.
Mənbə
redaktə- İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.