Esra Penahinin Qetli - Wikipedia
Əsra Pənahi (az.-əski. عصرا پناهی; 5 mart 2007, Ərdəbil – 13 oktyabr 2022, Ərdəbil) — 12 oktyabr 2022-ci ildə Ərdəbil şəhərində Məhsa Əmini etirazları zamanı qətlə yetirilmiş İran azərbaycanlısı yeniyətmə.[1][2] O, Şəhid Qızlar Liseyində hökumətyönlü nümayişə qatılmaqdan və "Salam Fərmandeh" mahnısını ifa etməkdən imtina edən bir qrup tələbə arasında idi.[3] Şagirdlərin məktəbə çağırılan mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən döyüldüyü bildirilmişdir. Pənahi aldığı ağır xəsarətlərdən sonra Ərdəbildə yerləşən Fatimi xəstəxanasında vəfat etmişdir.[4]
Əsra Pənahinin qətli | |
---|---|
fars. اسراء پناهی | |
Doğum tarixi | 5 mart 2007 |
Doğum yeri |
|
Vəfat tarixi | 13 oktyabr 2022 (15 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | polis şiddəti |
Fəaliyyəti | tələbə, üzgüçü[d] |
Həyatı
redaktəƏsra Pənahi 5 mart 2007-ci ildə[5] İranın Ərdəbil şəhərində anadan olmuşdur.[2] O, etnik cəhətdən azərbaycanlı idi.[6][7][8]
Pənahi üzgüçü kimi tanınmış, 28–29 noyabr 2018-ci il tarixlərində Azərbaycan qızlarının sərbəst üzgüçülüyündə (Azərbaycan Kuboku 2017) 50 m və 100 m məsafələrə sərbəst üzgüçülükdə üçüncü yeri (bürünc), fərdi hesabda (11–12 yaş qrupu) və 4 x 50 metr yarışında sərbəst üzgüçülük üzrə komanda (11–12 yaş qrupu) üçüncü yeri (bürünc) qazana bilmişdir. Bu yarışlar Təbrizdəki Abadgəran hovuzunda keçirilmişdir.[9][10][11][12]
Pənahi həm də 2017-ci ildə Şərqi Azərbaycan ostanının qadınlar arasında üzgüçülük liqasında 12 yaşa qədər qrupda ən yaxşı üzgüçü seçilmişdir.[13][14] O, 2018-ci ilin sentyabr ayında İranın ən yaxşı üzgüçülük istedadlarının olimpiadasında Şərqi Azərbaycan ostanının nümayəndəsi kimi iştirak etmiş, 13–14 yaş qrupunda 50 metr arxası üstə üzmə üzrə respublika üzrə altıncı yeri tutmuşdur.[15]
Vəfatı
redaktəƏsra Pənahi 12 oktyabr 2022-ci ildə mülki geyimli qüvvələrin Ərdəbildə Şəhid Qızlar Liseyinə basqın etməsindən sonra qətlə yetirilmişdir.[2] Məktəbin rəsmiləri tələbələri hökumətyönlü nümayişdə iştirak etməyə[4] və Əli Xamneyini tərifləyən ideoloji "Salam Fərmandeh" mahnısını oxumağa məcbur etmək istəyirdilər.[16] Məktəbə toplaşan bəzi məktəbli qızlar Məhsa Əmininin öldürülməsinə, hökumətə və məcburi hicaba etiraz olaraq burada iştirak etməkdən imtina etmişdir. Şagirdlərdən birinin valideyni demişdir ki, müəllimlər və tələbələr "diktatora ölüm" şüarları səsləndirmişdilər.[4] Məktəb rəsmiləri tərəfindən çağırılan mülki geyimli təhlükəsizlik qüvvələrinin şagirdlərə hücum etdiyi, onları döydüyü və qızlardan 10 nəfərinin həbs edildiyi bildirilmişdir. Pənahi hücumdan sonra Fatimi xəstəxanasına aparılan 12 tələbə arasında olmuşdur. O, aldığı ağır xəsarətlər, o cümlədən daxili qanaxma səbəbindən vəfat etmişdir.[17][18][19][20][2]
Reaksiyalar
redaktəƏsra Pənahinin ölümü İslam Respublikasına son qoyulmasını tələb edən nümayişçilərin, xüsusən də Ərdəbildə nümayişlər üçün çağırışa çevrilmişdir. 15 oktyabr 2022-ci ildə Pənahinin ölümü ilə bağlı Ərdəbildə genişmiqyaslı etirazlar və nümayişlər keçirilmişdir.[6][7]
Pənahinin ölümünün hansı şəraitdə olması dövlət rəsmiləri tərəfindən mübahisələndirilmişdir. İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı "Dana" informasiya şəbəkəsi Pənahinin əmisi olduğunu iddia edilən maskalı şəxsin müsahibəsinin videosunu yayımlamışdır. O, Pənahinin anadangəlmə ürək xəstəliyinin olduğunu və xəstəxanaya aparıldıqdan sonra gecə yarısı vəfat etdiyini demiş, onun ölümünün "heç bir mitinq və ya üsyanla bağlı olmadığını" vurğulamışdır.[6][16] İranın dövlət rəsmiləri və dövlət xəbər agentlikləri Pənahinin ürək xəstəliyindən əziyyət çəkdiyini iddia etmişdilər.[21] Onun əmisi dövlət televiziyasında onun ölümünün təhlükəsizlik qüvvələri tərəfindən deyil, ürək problemindən qaynaqlandığını iddia edən müsahibə vermişdir.[21] Ərdəbil parlamentinin üzvü Kazım Musəvi Pənahinin intihar edərək öldüyünü iddia etmişdir.[21]
2022-ci il noyabrın 28-də Azərbaycan Respublikasındakı gənc qızlar İranda qadın hüquqları uğrunda mübarizə aparan insanlara və orada öldürülmüş azərbaycanlı qızlar Hədis Nəcəfi, Əsra Pənahi və Aylar Həqqinin xatirəsinə fləşmob keçiriblər.[22][23][24][25] Fləşmobun sonunda Əsra Pənahi və digər öldürülmüş azərbaycanlıların şəkilləri nümayiş etdirilib və "Xəbərimiz var, sizinləyik!" yazısı yazılıb.[26]
İran Mütəxəssislər Məclisinin üzvü və Ərdəbil imam cüməsi Həsən Amili verdiyi müsahibədə tələbələrin valideynlərinin icazəsi olmadan Ərdəbildə "Salam Fərmandeh" mərasiminə aparılmamalı olduğunu bildirmi.dir. O, Pənahinin təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsini təkzib etmi.? onun təbii yolla vəfat etdiyi iddiasını dəstəkləmişdir.[27]
İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurası ilkin olaraq Pənahinin ölümünün məktəbə mülki geyimli təhlükəsizlik qüvvələrinin hücumu nəticəsində baş verdiyini bildirmişdir. Saatlar sonra onlar ifadələrində dəyişiklik edərək qeyd etmişdilər ki, tələbənin ölüm səbəbini nə təsdiq, nə də təkzib edə bilməyiblər.[8][2]
Keçmiş iranlı futbolçu, azərbaycanəsilli Əli Dayi demişdir: "Bu müəssisədə elmi və bilik bazalarımı inkişaf etdirdiyim Şərif Texnologiya Universitetinin tələbələrinin etirazlarına və onlara təhqirlərə qarşı hökumətin təzyiqi nəticəsində yaranan səssizlik bu gün Ərdəbilin məktəblərində günahsız şagirdlərə hücum doğma şəhərim Ərdəbildə məktəblilərin döyülməsinə və digər qızlarımın qanının axıdılmasına səbəb oldu. Bu susqunluq ölümlə başa gəlir və hər gün İranın ürəyinə başqa hərarət gətirir. Bu, insanlığa və ölkəmə xəyanətdir".[28]
İstinadlar
redaktə- ↑ "Fire, gunshots reported at Iran prison for political and dual-national detainees". CBC News. Reuters. 15 October 2022. 17 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2022.
- ↑ 1 2 3 4 5 Saaberi, Arezou. "School Girls: Public Enemies of Ayatollahs - Case of Asra Panahi". IranTrue (ingilis). 2022-10-17. 2022-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-19.
- ↑ Parent, Deepa; Kelly, Annie. "Iranian schoolgirl 'beaten to death for refusing to sing' pro-regime anthem". The Guardian. 18 October 2022. 9 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 October 2022.
- ↑ 1 2 3 "اختصاصی؛ جزییات تازه از ضرب و جرح دانشآموزان دبیرستان شاهد اردبیل و کشته شدن یک نوجوان" [Exclusive: New details of the assault of Shahid Ardabil high school students and the killing of a teenager]. ایران اینترنشنال. 15 October 2022. 17 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2022.
- ↑ "ا سرا پناهی؛ چه بر سر دختر اردبیلی آمد؟". BBC News فارسی (fars). 2022-10-19. 2022-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-03.
- ↑ 1 2 3 Hafezi, Parisa. "Fire, gunshots at Tehran jail holding political prisoners, dual nationals". Reuters. 16 October 2022. 15 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2022.
- ↑ 1 2 "علی دایی در واکنش به خبر «کشته شدن» دانشآموز دختر در اردبیل: سکوت خیانت است" [Ali Daei in response to the news of the "killing" of a female student in Ardabil: Silence is treason]. BBC News. 15 October 2022. 17 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2022.
- ↑ 1 2 "انتشار ویدیوی منسوب به بستگان دانشآموز فوتشده اردبیلی: اسراء پناهی بیماری مادرزادی قلبی داشت". رادیو فردا. 15 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2022.
- ↑ ""ششمین دوره مسابقات شنای دختران "جام سرداران شهید آذربایجان" آغاز شد"" [The sixth round of the girls' swimming competition "Azarbaijan Martyrs' Cup" has started]. Isna. 15 October 2022. 15 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 Nov 2018.
- ↑ "هیات شنا، شیرجه و واترپلو استان آذربایجان شرقی مسابقات شنای جام سرداران شهید آذربایجان 6 و7 آذرماه 1397/تبریز-استخر آبادگران" [Swimming, diving and water polo team of East Azarbaijan province swimming competition of Sardaran Shahid Azarbaijan Cup, Azar 6 and 7, 1397/Tabriz-Istkher Abadgaran]. irsf.ir. 17 October 2022. 17 October 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 October 2022.
- ↑ ""پایان مسابقات جام سرداران شهید آذربایجان بخش دختران"". irsf.ir. 15 October 2022. 16 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2022.
- ↑ ""نتایج روز اول مسابقات جام سرداران شهید آذربایجان بخش دختران"". irsf.ir. 15 October 2022. 16 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2022.
- ↑ ""ستارگان تبریز قهرمان لیگ شنا بانوان آذربایجان شرقی شد"". BBC News. 15 October 2022. 17 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2022.
- ↑ ""فدراسیون شنای جمهوری اسلامی ایران - هیات شنای استان آذربایجان شرقی - مرحله سوم لیگ شنا استان-بانوان"". BBC News. 15 October 2022. 17 October 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 16 October 2022.
- ↑ ""هیات شنا، شیرجه و واترپلو استان آذربایجان شرقی - المپیاد استعدادهای برتر شنای ایران-دختران - 8لغایت10شهریورماه سال1398 - تبریز-استخر آبادگران"". BBC News. 15 October 2022. 17 October 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 16 October 2022.
- ↑ 1 2 "Teachers Union Calls For Resignation Of Education Minister After School Raids". Iran International (ingilis). 16 October 2022. 17 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2022.
- ↑ Safi, Akhtar. "Schoolgirl Killed in Custody in Ardabil". iranwire.com. 15 October 2022. 15 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2022.
- ↑ "Coverage Of Nationwide Protests In Iran On Saturday". Iran International. 15 October 2022. 17 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2022.
- ↑ "Four inmates killed in Tehran prison fire: Iran state media". Al Jazeera. 16 October 2022. 16 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2022.
- ↑ Obel, Ash. "Iranian schoolgirl killed by regime forces for refusing to sing pro-Khamenei anthem". www.timesofisrael.com (ingilis). 2022-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-18.
- ↑ 1 2 3 Gritten, David. "Asra Panahi: Iran schoolgirl died after being beaten by security forces, teachers say". BBC News. 19 October 2022. 20 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 October 2022.
- ↑ "Bakıda gənc qızlar Güney Azərbaycandakı etirazçılara dəstək fləşmobu keçirib". kaspi.az (az.). 2023-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-28.
- ↑ "Bakıda gənc qızlar Güney Azərbaycandakı etirazçılara dəstək fləşmobu keçirib". Report İnformasiya Agentliyi (az.). 2022-11-28. 2022-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-28.
- ↑ "Young women in Baku hold flash mob in support of South Azerbaijan protests". Report News Agency (ingilis). 2022-11-28. 2022-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
- ↑ "В Баку молодые девушки провели флешмоб в поддержку протестующих в Южном Азербайджане (Видео)". www.kaspiy.az (rus). 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-29.
- ↑ "Azərbaycanda qadınlar İrandakı etirazlara dəstək fləşmobu keçirib". Voice of America (az.). 2022-11-28. 2022-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-28.
- ↑ "امام جمعه اردبیل: نباید دانشآموزان را بدون اجازه به مراسم میبردند/ دلیل فوت اسراء پناهی را از خانوده اش بپرسید". روزنامه دنیای اقتصاد. 17 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2022.
- ↑ "علی دایی میگوید سکوت در قبال رخدادهای کنونی ایران «تاوان مرگ» دارد". رادیو فردا.