Ertogrul Osman Osmanoglu - Wikipedia
Ərtoğrul Osman Osmanoğlu (18 avqust 1912, İstanbul, Osmanlı imperiyası – 23 sentyabr 2009[1], İstanbul) — Osmanlı sülaləsinin səkkizinci rəisi və Osmanlı sülaləsinin hakimiyyətdə olduğu dövrdə dünyaya gələn sonuncu şahzadəsi.[2]
Ərtoğrul Osman Əfəndi | |
---|---|
إرتورل عثمان عثمان أفندي | |
12 mart 1994 – 26 sentyabr 2009 | |
Əvvəlki | Mehmed Orxan Əfəndi |
Sonrakı | Osman Bəyazid Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 avqust 1912 |
Doğum yeri | |
Vəfat tarixi | 23 sentyabr 2009[1] (97 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | böyrək çatışmazlığı[d] |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Atası | Mehmed Burhanəddin Əfəndi |
Anası | Aliyə Mələk Nazlıyar xanım |
Həyat yoldaşları |
Gülda Tverski Zeynəb Tərzi |
Ailəsi | Osmanlı xanədanı |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəŞahzadə Ərtoğrul Osman Əfəndi 1912-ci ildə Nişantaşında dünyaya gəlmişdir. Atası Sultan Əbdülhəmidin dördüncü oğlu Mehmed Burhanəddin Əfəndi, anası isə onun ikinci xanımı Aliyə Mələk Nazlıyar xanım idi. 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanun çıxan əsnada 12 yaşlı Osman Əfəndi Vyanada təhsil alırdı. Bu səbəblə sürgünə vətənindən yox, Vyanadan getdi.
1933-cü ilə qədər Avropanın bir çox ölkələrində yaşasa da, sonralar ABŞ-yə köçdü və 1945-ci ildə Nyu-Yorkda daimi məskunlaşdı. Osmanlı türkcəsi ilə yanaşı, ingilis, italyan, ispan, alman və fransız dillərini də bilirdi. 1952-ci ildə Kanadada mədən sənayesi ilə məşğul olan bir firma qurdu. Bu səbəblə ailənin digər üzvləri kimi maddi çətinliklər çəkmədi.
1952-ci ildə Osmanlı sülaləsinin kişi mənsublarına çıxarılan əfv qanunundan sonra ölkəyə qayıtmadı. 1992-ci ildə Türkiyə Cümhuriyyəti tərəfindən İstanbula dəvət edildi. 2 il sonra isə əmisi oğlu Orxan Əfəndinin vəfatı ilə Osmanlı sülaləsinin ailə rəisi oldu.
2004-cü ildə rəsmi olaraq Türkiyə Cümhuriyyəti vətəndaşlığını alan Osman Əfəndi 2009-cu ildə uzun müddətdir ki, əziyyət çəkdiyi böyrək çatışmazlığından vəfat etdi. Cənazə namazı Sultan Əhməd məscidində qılındı və Sultan Mahmud türbəsində dəfn olundu.
Ailəsi
redaktəİlk evliliyi 20 yanvar 1947-ci ildə Gülda Tverski ilə (d. 20 mart 1915 — ö. 16 sentyabr 1985) baş tutdu. İkinci evliliyi isə 27 sentyabr 1991-ci ildə keçmiş Əfqanıstan kralı Əmənulla xanın qohumu Zeynəb Tərzi ilə (d. 16 dekabr 1940) baş tutdu. Övladı olmamışdır.
İstinadlar
redaktə- ↑ 1 2 http://www.todayszaman.com/tz-web/news-187867-101-osmanoglu-the-eldest-ottoman-dynasty-member-passes-away.html.
- ↑ "Son Osmanlı şahzadəsi vəfat etdi". 2009-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-09-24.