Ersin Tatar - Wikipedia
Ersin Tatar (7 sentyabr 1960[1], Nikosiya, Nikosiya rayonu[d]) — kiprli türk iqtisadiyyatçı, siyasətçi, Şimali Kipr Türk Respublikasının prezidenti. 2018–2020-ci illər arasında Milli Birlik Partiyası başqanlığını yerinə yetirmişdir. Bundan əvvəl 2009–2013-cü illərdə maliyyə naziri olaraq çalışmışdır. 2019–2020-ci illərdə Tatar hökumətinin rəhbəri olaraq baş nazirlik etmişdir. 2020-ci il seçkilərində Milli Birlik Partiyasının namizədi olmuş və 18 oktyabr 2020-ci il tarixində keçirilən ikinci tur seçkilərində prezident seçilmişdir.[2][3]
Ərsin Tatar | |
---|---|
türk. Ersin Tatar | |
Vəzifədədir | |
18 oktyabr 2020-ci ildən | |
Əvvəlki | Mustafa Akıncı |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 sentyabr 1960[1] (64 yaş) |
Doğum yeri |
|
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
İlk illəri və təhsili
redaktəErsin Tatar 7 sentyabr 1960-cı ildə Kiprin paytaxtı Lefkoşada anadan olmuşdur.[4] Atası mühasib və siyasətçi Rüstəm Tatar, anası evdar xanım Canev Tatardır. Köşklüçiftlik ibtidai məktəbindən məzun olduqdan sonra 1971–1974-cü illərdə İngilis Məktəbində təhsil almışdır. 1974 Kipr Sülh Hərəkatından sonra məktəbin cənubda qalmasından sonra təhsilinə İngiltərənın London şəhərinin Forest Məktəbində davam etmişdir. Orta təhsilini də 1979-cu ildə burda bitirmişdir.[5][6] 1982-ci ildə Kembric Universitetinin İqtisadiyyat fakültəsindən məzun olmuşdur.[7] Ailəlidir və 2 övladı var.
Fəaliyyəti
redaktəİlk olaraq 1982–1986-cı illərdə Prays Vaterhaus şirkətinin İngiltərədəki mərkəzi ofisinda çalışmıdşır. Burada hesab mütəxəsisliyi təhsili almış və maliyyə müşaviri olmuşdur.[8] Daha sonra Asil Nadirin Polli Pek şirkətində maliyyə rəhbəri olaraq çalışmışdır. Nadirin mətbuat sahəsinə girməsi ilə birlikdə, Ersin Tatar 1990-cı ildə Show TV və Cine5 kanallarının qurucu rəhbərliyini etmişdir. 1991–1992-ci illərdə Ankaradakı FMC-Nurol Müdafiə Sənayesi firmasında maliyyə rəhbəri olaraq çalışmışdır. 1992–2001-ci illər arasında İstanbulda Show TV-də baş kordinatorluq vəzifəsini icra etmişdir. 1996-cı ildə Şimali Kiprin ilk özəl televiziyası olan Kanal T-ni qurdu və idarə heyəti başqanlığını icra etdi.[9] 1990-cı illərdə Doğan Harman və Hüseyn Macit Yusif ilə Kiprli jurnalını nəşr etdirdi. 2001–2003-cü illər arasında Yenicami Ağdələn klubunun rəhbərliyi etdi. 2000-ci illərdə "Xalqın Səsi" qəzetində həftəlik yazılar yazmağa başladı.
Siyasi fəaliyyəti
redaktə5 may 2009-cu ildə Şimali Kiprin maliyyə naziri kimi çalışmağa başladı. Bu dövrdə MBP katibinin müavini olaraq da çalışırdı. 2013-cü ildə hökumətin səslərinin aşağı olmasına görə Tatarın kabinetdəki vəzifəsi də sonlandı. 2018-ci ilin 18 oktyabrında edilən MB partiyasının qurultayında birinci seçildi. 31 oktyabr 2018-ci ildə MBP Qurultay Divan Heyəti tərəfindən başqan elan edildi. 2020-ci ildə prezident seçkilərində 32.5 faiz səs toplayaraq ikinci tura keçdi. Tufan Erhürmanın baş nazirliyini etdiyi CTP-HP-TDP-DP koalisiya hökumətinin istefasından sonra 14 may 2019-cu ildə MBP rəhbəri olaraq hökuməti qurma tapşırıldı.22 mayda MBP-HP koalisiya hökumətinin qurulması ilə Şimali Kiprin baş Naziri oldu. 2020-ci il prezidentliyi seçkilərində Milli Birlik Partiyasından prezidentliyə namizəd oldu. 9 oktyabr 2020 tarixində keçirilən seçkilərin ilk turunda 32.34 faiz toplayaraq birinci oldu və o dövrki prezident olan Mustafa Akıncı ilə ikinci tura keçdi. 18 oktyabr 2020-ci ildə keçirilən ikinci turda 51.74 faiz səs toplayaraq prezident seçildi.[10]
İstinadlar
redaktə- ↑ 1 2 http://www.kibrispostasi.com/iste-vekiller!-09012018.
- ↑ Evie Andreou. "Clash in north over direction of Cyprus problem". 23 May 2019. 26 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2019.
- ↑ "Ersin Tatar is the new leader of TRNC main opposition, the National Unity Party – T-VINE". 16 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2019.
- ↑ "KKTC Cumhurbaşkanı Ersin Tatar kimdir, kaç yaşında ve nereli?". Milliyet. 18 October 2020. 19 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2020.
- ↑ "Ersin Tatar kimdir? Ersin Tatar'ın biyografisi". 2020-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-09.
- ↑ Staff, T. N. H. "Turkish-Cypriot Official Sees Brexit Helping Cyprus Reunification". The National Herald. 2020-10-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-09.
- ↑ "New Turkish Cypriot Leader Tatar Backed By Erdogan". Barron's. 18 October 2020. 20 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2020.
- ↑ "TRNC PM Ersin Tatar arrives in London without incident". T-Vine. 29 November 2019. 21 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2020.
- ↑ "North Cyprus News | Tatar Promotes Two-State Solution". North Cyprus News | Online News for North Cyprus. September 6, 2019. December 15, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 9, 2021.
- ↑ "Sibel Tatar wife Ersin Tatar candidate prime Editorial Stock Photo - Stock Image | Shutterstock". Shutterstock Editorial. 2020-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-09.