Ersencan - Wikipedia
Ərsəncan - Haqqında Məlumat
Ərsəncan[1][2][3] və ya Ərsincan[1][2] (fars. ارسنجان) — İranın cənubunda, Fars ostanında şəhər. Ərsəncan şəhristanının inzibati mərkəzidir.
Ərsəncan | |
---|---|
ارسنجان | |
29°54′44″ şm. e. 53°18′30″ ş. u.HGYO | |
Ölkə | İran |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.638 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 17642 (2006) nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəŞəhər Fars ostanının şərq hissəsində, cənub-şərqi Zaqrosun dağlıq ərazisində, dəniz səviyyəsindən 1638 metr hündürlükdə,[1] ostanın inzibati mərkəzi olan Şirazdan təxminən 80 kilometr şimal-şərqdə, ölkənin paytaxtı Tehrandan 660 kilometr cənub-şərqdə yerləşir.
Şəhərətrafı ərazilərdə dənli bitkilər, meyvələr və xaşxaş becərilir.[4] Xalçaçılıq inkişaf edib.[4]
Əhalisi
redaktə2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 17642 nəfər və 4397 ailədən ibarət idi;[5] milli tərkibinə görə şəhərdə farsdilli tayfa olan baserilər üstünlük təşkil edir.[4] Əhalinin əksəriyyəti şiə müsəlmanlardır.
İstinadlar
redaktə- ↑ 1 2 3 Fiziki-coğrafi məlumatları Arxivləşdirilib 2012-11-08 at the Wayback Machine (ing.)
- ↑ 1 2 GeoNames Arxivləşdirilib 2021-10-12 at the Wayback Machine (ing.)
- ↑ "World Gazetteer". 2013-02-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-07. (ing.)
- ↑ 1 2 3 Encyclopædia Iranica Arxivləşdirilib 2022-05-18 at the Wayback Machine (ing.)
- ↑ ""Census of the Islamic Republic of Iran, 1385 (2006)"". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-05.