Erdebil Xalcalari - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ərdəbil xalçaları — Azərbaycan xalçaçılıq məktəblərindən olan Təbriz xalçaçılıq məktəbinin Ərdəbil qrupuna aid xovlu xalçalar.
Xalça | |
Ərdəbil xalçaları | |
---|---|
Xalça haqqında məlumatlar | |
Məktəbi | Ərdəbil xalçaçılıq məktəbi |
Ölkə | Azərbaycan |
Bölgə | Ərdəbil |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəƏrdəbil özünün xalı, xalça, ipək və s. məhsulları ilə şöhrət qazanmışdır. Ancaq Ərdəbildə toxunan xalça və palazlar digər sahələri çox arxada qoymuşdur. Azərbaycan xalçaçılığında özünəməxsus yerə malik olan Ərdəbil xalçalarının tarixi zəngin və qədimdir.
Burada toxunan xalçalar "Ərdəbil xalçaları" adlanırdı, lakin XVI – XVII əsrlərdən başlayaraq əyri nəbati naxışların inkişafı və çox sayda yeni xalça kompozisiyalarının əmələ gəlməsi ilə Ərdəbil xalçaları "Ağaclı xalçaları", "Ləçəkturunc xalçaları, "Şeyx Səfi", "Şahabbası xalçaları", Əfşan xalçaları adı ilə istehsal olunmağa başladı. Ərdəbil və onun ətraf kəndləri hələ qədim dövrlərdən rəngli, əlvan parçaların, təbii iplikdən hazırlanan geyimlərin, xovsuz və xovlu xalçaların istehsal mərkəzi olmuşdur. Ərdəbildə yüksək sənətkarlığa nail olmuş və onun bədii ənənələrini davam etdirən, xalça işinin görkəmli, istedadlı ustadlarını Türkiyə, Əfqanıstan, Hindistan kimi ölkələrə işə dəvət edirdilər. Əsasən Ərdəbildən, Təbrizdən və Kaşandan gəlmə ustalar Hindistana köçüb, orada İran – hind xalçaçılığının yeni məktəbini yaratdılar.
Bədii xüsusiyyətləri
redaktəƏrdəbildə və onun ətraflarında (Namin, Ağbulaq, Miriş, Mir, Astara və başqaları) müxtəlif keyfiyyətdə, müxtəlif növdə və sıxlıqda xalçalar toxuyurlar. Kiçik ölçülü namazlıq xalçaların (100x150sm) əsas istehsal mərkəzi Ərdəbil olmuşdur. Xalçaçılıq məntəqələrində istehsal olunan namazlıqların orta sahəsinin naxışları dini xarakterli ornamental üslublaşdırılmış yazılardan ibarət olardı. Tağın forması çox vaxt mürəkkəb konturlu rəsmlə ifadə olunur. Bunlar Quran ayələrindən və dualardan sətirlərdir. Bu yazılar möminlər üçün müqəddəs olub, namaz qılma mərasimi ilə əlaqədardır. Müqəddəs sətirlər, bir qayda olaraq, xalçanın yuxarı hissəsində yerləşdirilir. Namazlıqlar, adətən, məhrabla (tağla – ləçəklə) olur.[1]
Texniki xüsusiyyətləri
redaktə"Ərdəbil xalçaları" müxtəlif keyfiyyətdə, müxtəlif növdə toxunduğundan bu xalçaların ölçüləri, hər kvadrat desimetrdə və eləcə də hər kvadrat metrdə vurulan ilmələrin sıxlığı, həmçinin bu xalçaların xovunun uzunluğu müxtəlif ölçülərdədir.
İstinadlar
redaktə- ↑ "Ərdəbil xalçaları". 2011-08-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-12.