Erdebile - Wikipedia
Ərdəbilə[1] — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.[2]
Ərdəbilə | |
---|---|
38°51′00″ şm. e. 48°28′00″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Lerik rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 863 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Əhalisi
redaktəƏhalisi 1500 nəfərdir.[3]
Toponimiyası
redaktəKəndi Cənubi Azərbaycanın Ərdəbil mahalından gəlmiş ailələr salmışlar. Toponim Ərdəbil sözünə talış dilindəki -ə cəm şəkilçisini əlavə etməklə yaranmışdır, "ərdəbillilər" deməkdir. Bəzi tədqiqatçılar Ərdəbil toponimini "müqəddəs su" (İran dillərində arta/arda — müqəddəs) mənasında izah edirlər. Qədimdə Ərdəbildə müalicə əhəmiyyətli su olmuşdur. Başqa ehtimala görə, Ərdəbil qədim türk dillərində "dağ", "dağlıq", "dağ kəndi" mənasında işlənən art sözünə talış dilində "bataqlıq" mənasında işlənən "bil" sözünü əlavə etməklə yaranmışdır. [4]
Coğrafiyası və iqlimi
redaktəBurovar silsiləsinin yamacında yerləşən bu kənd hər tərəfdən dağlar və meşələrlə əhatə olunmuşdur. Yayda maksimum temperatu +25, qışda isə −15 dərəcə arasında dəyişir. Gürdəsər, Əliabad, Soru, Camaşəir, Lərmərud, Kirəvud və Ordahal kəndləri ilə həmsərhəddir.
İstinadlar
redaktə- ↑ "Ərdəbilə: Azerbaijan". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-18.
- ↑ Azərbaycan Respublikasının inzibati — erazi bölgüsü. Məlumat toplusu. Bakı — 2013. 488 səh.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 236.