Erebehmed Mescidi - Wikipedia
Ərəbəhməd məscidi (türk. Arabahmet Camii) ― Şimali Kipr Türk Respublikasında, Şimali Nikosiyada məscid. Tikili XVI əsrin sonlarında inşa edilmişdir.[1] Məscid 1571 nömrəli Osmanlı ordusunun komandirinin adını daşıyır.[2] Məscidin bağçasında bəzi önəmli şəxslərinin qəbiri yerləşir.[3]
İslam | |
Ərəbəhməd məscidi | |
---|---|
Növü | Sünni |
Ölkə | |
Üslubu | Osmanlı memarlığı |
Vikianbarda əlaqəli mediafayllar |
Məscid klassik Osmanlı memarlığının bir nümunəsidir. Tikili 1845-ci ildə çoxsaylı tələblər nəzərə alınaraq təmir edilmişdir. Düzbucaqlı formalıdır və Kiprdə tipik türk günbəzini sərgiləyən yeganə məsciddir. Məscidin əsas hissəsini böyük mərkəzi günbəz, girişini isə üç kiçik günbəz əhatə edir. Böyük günbəzin diametri təxminən 6 metrdir. Bundan başqa, məscidin künclərində yerləşən 4 kiçik günbəz daha mövcuddur.[4]
Məscidin qarşısında üç kiçik günbəzlə örtülmüş eyvan var. Tikilinin hal-hazırkı layihəsi 1845-ci ilə aiddir.
Əvvəllər Ərəbəhməd məscidinin yerində məscid binası ətrafında və qonşu evlərdə dağıntıları hələ də qalan kilsə mövcud idi. Lakin bu kilsədən bütöv halda qalmış yeganə qalıqlar 14-cü əsrə aid qəbir daşlarıdır.
Aralarında ən maraqlı yazılı daşlar venesiyalı ailənin üzvləri olan Qaspar Mavrokeni (1402) və Xyu-de-Mimarsın (1324) adlarını əks etdirir. Bu fraqmentlərin əksəriyyəti orta əsrlər yunan əlifbasının adi növündədir. Daşlar arasında XVI əsr italyan intibahının relyef üslubunda olan və yazılarla və ya qalxanlar təsvir olunmuş gerblərlə tamamlanmamış iki məzar döşəməsi var. Bu iki lövhə kolleksiyada relyef üslubundakı yeganə nümunələrdir.[5]
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ "The Arabahmet Mosque, Nicosia, North Cyprus". 2017-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-20.
- ↑ "Arabahmet (Arap Ahmet) Mosque in North Nicosia - Cyprus44, the north cyprus guide". 2018-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-20.
- ↑ Arabahmet Mosque, Nicosia, Cyprus Arxivləşdirilib 2018-06-13 at the Wayback Machine, cypnet.co.uk Arxivləşdirilib 2016-11-08 at the Wayback Machine.
- ↑ Ahmet Gazioglu, The Turks in Cyprus — A Province of the Ottoman Empire, London, 1990
- ↑ "A description of the historic monuments of Cyprus. Studies in the archaeology and architecture of the island" by George Jeffery, Nicosia 1918