Ense Payi - Wikipedia
Ənsə_payı - Haqqında Məlumat
Ənsə payı – lat. lobus occipitalis çəpgənin dal şöbəsini tutur, öndən lat. sulcus paretooccipitalis və sulcus occipitalis transversus vasitəsilə təpə payından ayrılır. Ənsə payı ilə gicgah payı arasındakı hüdudu təpədaxili şırımın dal ucunu yan şırımın dal ucu ilə birləşdirən xəyali xətt təşkil edir. Ənsə payının yuxarı yan səthində olan şırımlar o qədər sabit deyildi; burada yuxarı və bayır ənsə şırımları – lat. sulci occipitalis superior et laterales və bunların arasında eyni adlı qırışıqlar – lat. gyri occipitalis superior et laterales vardır. Ənsə payının aşağı səthində xüsusi şırım və qırışıqlar yoxdur; buranı gicgah payında olan şırım və qırışıqlar işğal edir.
Ənsə payı | ||
---|---|---|
Kəllə beynin diaqramı | ||
Sol beyin yarımkürəsinin ənsə payı (qırmızı) | ||
Latınca | Lobus occipitalis | |
Qrey | subyekt 189 823 | |
Çəpgənin | hissəsi | |
Arteriya | Böyük deyinin dal arteriyası – lat. a. cerebri posterior | |
NeuroNames | Burada-122 | |
MeSH | Occipital+Lobe | |
NeuroLexID | birnlex_1136 | |
Aid şəkillər
redaktə-
Beyin.
-
Drawing to illustrate the relations of the brain to the skull.
-
Ənsə payı göy rənglə göstərilmişdir
İstinadlar
redaktəMənbələr
redaktə- Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1982
- Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy
- Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)
- Anatomy: Embryologie[ölü keçid]