Endelus - Wikipedia
Əndəlüs,[2][3] həmçinin Əndəlus[4], Əndəlis[5] və ya Andalusiya[6] (isp. Andalucía, İspanca tələffüz: [andaluˈθi.a]) — İspaniyanın cənubunda tarixi vilayət və muxtar region. Sahəsi 87,3 min km2. Əhalisi 8 mln. nəfər (2007). Andalusiya inzibati ərazisinə 8 əyalət (Almeyra, Qranada, Kadis, Kordova, Malaqa, Sevilya, Uelva və Xaen) daxildir. Paytaxtı və əsas şəhəri Sevilyadîr.
Muxtar icma | |
Andalus | |
---|---|
isp. Andalucía | |
isp. Himno de Andalucía | |
|
|
Ölkə | İspaniya |
İnzibati mərkəz | Sevilya |
Prezident | Susana Dias Paçeko |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1835 |
Sahəsi | 87 268 km2 km² (2-ci yer) |
Hündürlük
|
|
Saat qurşağı | UTC+1 |
Əhalisi | |
Əhalisi | 8 424 102 (2011)[1] nəfər (2011) (1-ci yer) |
Əhalinin sıxlığı | 97/km2 nəfər/km² (1-ci yer) |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | ES-AN |
Poçt indeksi | AN |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Ərazisinin çox hissəsini Qvadalkvivir çayı hövzəsindəki Əndəlus ovalığı tutur. Şimaldan Syerra-Morena, cənub və şərqdən Əndəlüs dağları ilə əhatələnir. VIII əsrin əvvələrində ərəblər bütün işğal edilmiş İspaniyanı əl-Əndəlüs adlandırmışdılar. Rekonkistanın gedişində Əndəlüsün çox hissəsi ərəblərdən geri alındı (XIII əsr). Orta əsrlərdə sənətkarlıq və ticarət xeyli inkişaf etmiş, iri torpaq sahibliyi geniş yayılmışdı. Qranada əmirliyi ərəblərdən geri alındıqdan (1492) sonra Əndəlüs bütünlükdə İspaniya krallığına daxil edildi.
İstinadlar
redaktə- ↑ "Official Population Figures of Spain. Population on the 1 January 2009" (PDF). Instituto Nacional de Estadística de España. 11 June 2009 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 3 June 2009. (#invalid_param_val)
- ↑ "Arxivlənmiş surət". 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18.
- ↑ "Arxivlənmiş surət". 2023-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18.
- ↑ "Arxivlənmiş surət". 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18.
- ↑ Иберләр // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: Елдәҝәз—Итабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 353.
- ↑ "Arxivlənmiş surət". 2023-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18.