Elmerdan Xan Samli - Wikipedia
Əlmərdan xan Şamlı (?-?)-Nadir şahın səfiri, sərkərdə
Əlmərdan xan Şamlı | |
---|---|
Əlmərdan xan Şamlı | |
Doğum yeri | Həmədan, İran |
Vəfat yeri | Tehran, İran |
Fəaliyyəti | diplomat |
Həyatı
redaktəNadir şah Əfşar qüdrətli sərkərdə olmaqla yanası həm də diplomat idi və bu sahədə fəaliyyət gostərən Əlimərdan xan Samlını və basqalarını da bu missiyanı yerinə yetirməyə hazırlamışdı.
Əlimərdan xan Samlı Səfərvilər və əfsarlar hakimiyyətləri dovrunun gorkəmli səxsiyyətlərindəndir. O, Luristan hakimi olmuşdu.
Nadir şah 1145-ci (1732) ildə II Təhmasibi hakimiyyətdən saldıqdan sonra dövlətin siyasətini xarici dövlətlərə bildirmək sahəsində işə başladı.
Nadir şah Qırxlı-Avşar Fars valisi Məhəmmədəli xan Qullarağasını diplomatik numayəndə kimi Hindistana, Məhəmməd şah sarayına göndərdi. Məqsəd bu idi ki, Hindistan şahı Nadir şahın hakimiyyətini tanısın və əfqanlara öz torpağında sığınacaq verməsin. Sahcahanabad sarayında, Dehlidə, Nadir şahın bu tələblərinə əməl olunmadı. Beləliklə, Məhəmmədəli xan ona tapşırılan işi yerinə yetirə bilmədi.
Nadir şah hələ Muğan qurultayı günlərində Əlimərdan xanı əfqanlarla bağlı məsələyə aydınlıq gətirmək üçün Hindistana göndərdi. Əlimərdan xan Şamlı Nadirin şahlıq taxtına çıxması xəbərini Hindistan padşahına çatdırmaqla bərabər, ondan əfqanların bu ölkənin daxilində sığınacaq tapmasına yol verməməsini də xahiş etməli idi. Həmin xahiş Nadir şahın hind padşahına ünvanladığı məktubunda da öz əksini tapmışdı[1].
Əlimərdan xan Samlı 1738-ci ildə İstanbula Osmanlı dövləti sarayına elçi kimi getmişdi.
Nadir şah iranlı zəvvarların Nəcəf yolu ilə Məkkəyə göndərilməsinə razı oldu. Bir şərtlə ki, Bağdad iranlı zəvvarlar karvanlarının mühafizəsinə və ehtiyaclarının ödənməsinə öz köməyini əsirgəməsin. Cəfəri məzhəbinin tanınması və Kəbədə 5-ci mehrabın açılması Nadir şah üçün əhəmiyyət kəsb edən məsələlərdən biri idi. Ona görə bu məsələlərin Osmanlı sarayı tərəfindən qəbul edilməsinə bir də cəhd göstərdi və Luristan bəylərbəyi Əlimərdan xanı öz elçisi kimi Osmanlı nümayəndə heyəti ilə birlikdə yenidən Osmanlı sarayına göndərdi. Osmanlı sarayına olan xoş münasibətini nümayiş etdirmək üçün Nadir şah Osmanlı elçilərinə isti qonaqpərvərlik göstərdi, nümayəndə heyətinin üzvlərinə bahalı hədiyyələr bağışladı və onları ehtiramla yola saldı[2].
Nadir şah yenidən Hindistana bir numayəndə göndərməli oldu. O, bu dəfə Kabildən Əlimərdan xan Şamlını göndərdi və tapşırdı ki, əvvəlki numayəndə ilə, yəni Hindistanda qalmış Məhəmmədəli xanla görüşsün və bu məsələni birlikdə muzakirə etsinlər. Sonra İran şahının təkliflərini bildirsinlər. Əlimərdan xan Hindistana getdikdən sonra orada fəaliyyətini davam etdirdi və danısıqlardan bir nəticə hasil olmadıqda, Nadir şah özü Kabilin bir necə əyan və əşrafını yığaraq, Məhəmməd şahın sarayına yola düşdü. O, bu hərəkəti ilə açıq-aşkar demək istəyirdi ki, Hindistan şahının göstərdiyi bu cür rəftarın özü elə iki millət və iki dövlət arasında dostluğa dəlalət edir. Böyük siyasətçi olan Nadir şahın qosunları 1739-cu ilin 24 fevralında Boyuk Moğollar sülaləsindən olan Məhəmməd şahın ordusunu darmadağın edərək, martın 20-də Dehlini tutdu.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Şamlı elinin tanınmış simaları, "Soy" dərgisi, 9 (29), Bakı, 2009.səh.32-35.