Ejder Xaspoladov - Wikipedia
Əjdər Mahmud oğlu Xaspoladov — Rusiyanın Azərbaycan əsilli ilk ədliyyə generallarından biri
Əjdər Xaspoladov | |
---|---|
Əjdər Mahmud oğlu Xaspoladov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Göyçay qəzası, |
Vəfat tarixi | |
Vəfat yeri | Moskva |
Dəfn yeri | Moskvanın Kuntsevo məzarlığında dəfn olunub |
Dini | İslam |
Həyatı
redaktəƏdliyyə general-mayoru Əjdər Mahmud oğlu Xaspoladov 1901-ci il fevral ayının 22-də Göyçay şəhərində anadan olub. Çox erkən yaşlarında atasını itirən balaca Əjdər ehtiyac üzündən bir rus keşişinin evində xidmətçilik edir. Burada rus dilini mükəmməl öyrənərək ibtidai təhsil alır. Anasının vəfatından bir qədər sonra o, Bakıya gedir, işə ...düzəlir və gənclərin inqilabi hərəkatında fəal iştirak edir. 1919-cu ilin payizinda Ə.Xaspoladov oxumaq üçün N.Nərimanovun təqdimatı ilə bir qrup qabaqcıl gənclə birgə Moskvaya göndərilir. Həmin ildən etibarən həyatını birdəfəlik Moskva ilə bağlayan Əjdəri və onun dostlarını o zamankı Sovet dövlətinin rəhbərlərindən biri olan M.İ.Kalinin qəbul edir və onları "Şərq zəhmətkeşləri universitetinə" qəbul etdirir. 1920-ci ildə Ə.Xaspoladov təhsilini davam etdirərək Qızıl Ordunun Şərq və Qafqaz xalqlarının nümayəndələrindən təşkil olunmuş polkunda xidmət edir. O, Moskvada Sovet dövlətinin rəhbəri Lenini dəfələrlə görmüş və onun çıxışlarını dinləmişdi. 1924-cü ildə Leninin ölümündən sonra onun tabutu önündə fəxri qarovulda dayananlardan biri də Ə.Xaspoladov idi. Həmin ildə o, Ukrayna Hərbi dairəsindən Perekop atıcı diviziyasının altıncı korpusuna hərbi tribunalın üzvü kimi işə göndərilir. 1926-cı ildə isə SSRİ Ali Məhkəməsi hərbi heyətinin sərəncamı ilə üçüncü Türküstan atıcı diviziyası hərbi tribunalının heyət üzvlüyünə dəyişdirilir. O, bir neçə şərq dilləini mükəmməl bilirdi. Ötən əsrin otuzuncu illərinin əvvəllərində Ə.Xaspoladov Orta Asiya Hərbi Dairəsi üzrə hərbi tribunalın Sədri təyin olunur. Həmin dövrdə SSRİ-də ilk dəfə olaraq ədliyyə general-mayoru rütbəsi təsis olunur və Ə.Xaspoladov bu rütbəyə layiq görülən ilk beş nəfərdən biri olur. 1956-cı ildə hərbi xidmətdən istefaya çıxan Ə.Xaspoladov Daşkənddən Moskvaya köçür və burada hərbi-vətənpərvərlik işində fəal surətdə çalışır. Lakin ömrünün ən qaynar vaxtlarını keçirdiyi nəmli səngərlər, yuxusuz narahat gecələr onun səhhətinə ciddi təsir göstərmişdi. General Əjdər Xaspoladov ağır xəstəlikdən sonra 1986-cı ildə vəfat edib və Moskvanın Kuntsevo məzarlığında dəfn olunub.
Mənbə
redaktəAraz Xaspoladov
Əsərləri
redaktəMənbə
redaktə- [1] Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine