Ehmed Zeki Soydemir - Wikipedia
Əhməd Zəki Soydəmir (türk. Ahmet Zeki Soydemir) (1883, Saloniki – 4 sentyabr 1954, İstanbul) — Türk əsgəri və siyasətçisi.
Əhməd Zəki Soydəmir | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1883 |
Doğum yeri | |
Vəfat tarixi | 4 sentyabr 1954 |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1905-ci ildən |
Rütbəsi | general |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Hərbi fəaliyyəti
redaktə1905-ci ildə hərbi məktəbi və 1908-ci ildə Hərbi Akademiyanı bitirdikdən sonra Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etdi. Birinci Dünya müharibəndə Çanaqqala cəbhəsində vuruşmuş və 57-ci alayın 1-ci tabor komandiri kimi Qanlısırt, Mərkəztəpə kimi bölgələrdə gedən döyüşlərdə iştirak etmişdi. Döyüşlərdə yaralanaraq bir müddət xəstəxanada yatdı. Daha sonra isə 21-ci alay komandirinin müavini vəzifəsinə təyin edildi.
Sakarya meydan döyüşündən sonra 6-cı tümən, daha sonra isə Mürəttəp tümən komandiri kimi xidmət göstərdi. Böyük hücumda 2-ci süvari tüməninin komandiri idi. 31 avqust 1922-ci ildə polkovnik rütbəsinə yüksəldi. Müharibədən sonra "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) ilə mükafatlandırıldı.
6 iyun 1924-cü ildə Ümumi Jandarma Komandanlığına təyin edildi. 1927-ci ildə general-mayor rütbəsinə yüksəldi.
Siyasi fəaliyyəti
redaktə17 dekabr 1934-cü ildə hərbi xidmətdən təqaüdə çıxdıqdan sonra V, VI və VII dövrlərdə Ərzurum, VIII dövrdə isə Çanqırının millət vəkili kimi Türkiyə Böyük Millət Məclisinin üzvü oldu.
1988-ci ildə İstanbuldakı Ədirnəqapı Şəhid məzarlığındakı nəşi Türkiyə Dövlət məzarlığına köçürüldü.
Medal və təltifləri
redaktəİstinadlar
redaktəMənbə
redaktə- T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 221.