Ehmed Es Suqeyri - Wikipedia
Əhməd əş-Şuqeyri (ərəb. أحمد أسعد الشقيري), (1 yanvar 1908 və ya 1908[1] – 25 fevral 1980, 26 fevral 1980 və ya 1980[1], Amman) — O, Fələstinli siyasətçi və Fələstin Azadlıq Təşkilatının ilk prezidenti və onun yaradıcısıdır. O, həmçinin Fələstin Azadlıq Ordusu, Fələstin Araşdırma Mərkəzi və Fələstin Milli Fondu ilə əməkdaşlıq edib. Onun atası Əsəd əş-Şuqeyri şəriət hakimi və dördüncü Osmanlı ordusunun nümayəndələr şurasının üzvü və müftisi olmuşdur.
Əhməd əş-Şuqeyri | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 yanvar 1908 və ya 1908[1] |
Vəfat tarixi | 25 fevral 1980, 26 fevral 1980 və ya 1980[1] |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, diplomat |
Dini | islam |
ahmad-alshukairy.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏhməd əş-Şuqeyri ərəb millətçi hərəkatı ilə əlaqələrinin gücləndiyi Beyrut Amerika Universitetinə daxil olur və əl-Ürvətul-Vüsqa klubunun fəal üzvü olur. Lakin sözügedən universitet onu gələn il Fransanın Livanda olmasına etiraz olaraq universitetdə böyük nümayişə rəhbərlik etdiyinə görə çıxartdı. Fransa hakimiyyəti 1927-ci ildə onu Livandan qovmaq qərarına gəldi. Əhməd əl-Şəqiri Qüdsdəki Hüquq İnstitutuna qayıtdı və eyni zamanda “Şərq güzgüsü” (مرآة الشرق) qəzetinin redaktoru vəzifəsində çalışıb.